GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Maraqlı » “Öz toyunda fotoqrafa gizlincə nömrə verən gəlinlər...”

“Öz toyunda fotoqrafa gizlincə nömrə verən gəlinlər...”

Tarix: 30-12-2014, 23:02 Bölmə :Maraqlı Baxış: 0
“Öz toyunda fotoqrafa gizlincə nömrə verən gəlinlər...”

Ofisiant tanışım danışıb mənə: “Bir gün pəzəvəngin biri arvadı ilə toya gəlmişdi. Mənim qulluq elədiyim masada oturası oldular. Məclis başlayandan adamın əmrləri də başlandı. Onu gətir, bunu gətir. Arada - sırada hələ qışqırırdı da üstümə. Hətta dərinə gedib təhqir də edirdi.

Zibilə qalsın bu “kliyent vseqda prav”- söhbəti. Təsəvvür elə, söz də deyə bilmirəm. Desəm öz çörəyimə bais olacam. Və... dözürəm. Dişimi dırnağıma qısnayıb dözürəm. Bu isə sıfarişləri, atmacaları, təhqirləri ard- arda sıralamaqdadır...

Amma ofisiant “kruq”unda da yazılmamış qanunlar var. Bunu məhdud dairədən savayı kimsə bilmir. Nədir o? Deyim. Deməli belə: Əgər ofisiant təhqir olunursa, bu məsələ ofisiant “obşak”ında dərhal müzakirəyə çıxarılır. Mətbəxdə. Yerindəcə də “fətva” verilir. Cəza anlamında. Həddini aşan gədə təkdirsə özünə, xanımı ilədirsə, o zaman xanımına kokteyl aparılır. Amma... aparılmadan öncə həmin kokteylə bütün ofisiant heyəti tüpürür. Doyasıca!

Hələ daha ağır cəzalar da var. Onlar haqda danışmayım. Sonra yemək - zad yeyə bilmərsən”.

***

Evdə arvadına söz deyə bilməyənlər toyda ofisiantın üstünə qışqırır. Həyatında “dalı” ilə bir qapı açmayanlar ofisianta 500 manatlıq içki açdırır. Dünyaya yüz minlik maşınlarının “podpress”indən baxanlar – həmin dünyanın hər üzünü görənlərə əmr edir, tapşırıqlar verir, səs qaldırır...

Kübar insan kübardır. Aksiomadır bu. O yan-bu yanı yoxdur. Öldür, eləməz belə şey. Amma o ki, qaqalar var e.... şəkil çəkdirəndə arvadın qorxusundan məcburən - xoşbəxtcəsinə gülürlər, ta nə bilim rəqqasə salona girərkən, yenə də arvad zəhminin müşayəti ilə aşağı düşüb maşını (guya) yenidən “parkovka” edirlər, oturduğu masada 5 sm - lik radiusdan o yana baxa bilmirlər, xanımın bir çimdiyi ilə 50 yaşında düşüb ortalıqda Ciminin mahnılarını “sökürlər”... Bax, onlar acığını kimdənsə çıxmalıdır! Başqa yol yoxdur...

Özündən zəifləri əzən, özü də hardasa mütləq əzilmişdir! Faktdır bu. Üstəgəl, daxildə dombalan təkəbbürün, kompleksin səbəbi. Çünki, dəyyus da dəyyusdur. Kübarın kübar olduğu kimi. Varlığını, gücünü haralardasa göstərməlidir, bəyan etməlidir, bildirməlidir. Mənəviyyatsızca olsa belə....!

***

Siz heç özünüzü ofisiant yerinə qoydunuzmu? - Bilmirəm. Amma mən qoydum. Hətta xəyalən onların paltarını geyinib, “baboçka”sını belə taxdım. Toyun, məclisin başlama saatını gözlədim. Görəsən, qulluq elədiyim masada kimlər oturacaq: əxlaqlımı-əxlaqsızmı, alkaşmı-dindarmı, ziyalımı-gədəmi, uşaqmı-böyükmü, avtoşmu-piyadamı...? – Bax bu rəngarəng sualların içində vurnuxub, karıxıb qaldım. Üstəgəl, vahimələndim. Hələ keçmiş sinif, qrup yoldaşlarını, köhnə sevgililəri, bədxah qonşuları, ya da bir az pullanan kimi başından yekə məsləhət verən qohumları demirəm... Hər anın stressdir! – HƏR ANIN!!! Və... bu da azmış kimi – arvadına özünü göstərmək istəyən gədələrin səni təhqir etmə perspektivi... bir tikə çörək ucbatından özündən əksiklərin sözünü udma məziyyəti... yemək dadlı olmayanda, ya da içindən nəsə çıxanda aşbazın əvəzinə cavab vermə məcburiyyəti... fıştırıqla, çırtma llə çağırılma “lüksü”...
Hansı birini deyim?!

***

Bir ofisiantın - yerə tökülənləri süpürüb xəkəndaza yığması bilirsinizmi nə deməkdir? – Həm də 300 nəfərin içində?! Bilmirsiz. Bilməzsiniz! Bunun üçün onun yerində olmaq, onun yaşadıqlarını yaşamaq lazım...

İki il öncə mənim də iştirakçısı olduğum bir məclisdə belə hal yaşandı. Masada oturan nurani, ağbirçək bir qadın dözməyib ofisianta qayıtdı ki, oğlum sən kişisən, ver mən süpürüm. Nəsə içim çəkmir, ağır gəlir mənə kişi yer süpürəndə...

Yaxşı bəs ofisianta verdiyiniz 5 manatın içində - onun həm yol, həm övladının oyuncaq, həm də evinin bazarlıq xərclərinin olduğunu necə, düşündünüzmü? Məncə bunu da düşünmədiniz! Düşünə bilməzsiniz! Düşünsəniz, bir “izalent”li beşliyi bu qədər nümayişkəranə şəkildə, hamının görəcəyi tərzdə təqdim etməzdiniz, masanın bu başından o başına ötürməzdiniz...!

Ofisiantın bilmədiyi, görmədiyi şey yoxdur. İnanın. Makiyaj adıyla çölə çıxıb tamada ilə ayaqyolunda sevişən ərli qadınlardan tutmuş, ta öz toyunda fotoqrafa gizlincə nömrə verən gəlinlərə qədər...
Bax bu qədər DÜNYAGÖRMÜŞDÜR onlar..!

***

Bizdə ofisiantların çoxu diplomludur. Məhz diplomlu. Bayaq qrup yoldaşı söhbətini elə-belə xatırlatmadım. Və ya xaricdə, dünyada, Avropada o kəslər ofisiant işləyir ki, tələbədir... zaman udur, evə ziyan vurmamaq üçün müvəqqəti pul qazanır. Bizdə isə camaat institut qurtarıb ofisiant olur. Həm də bir tək ofisiant yox, taksi sürücüsü, gözətçi, fəhlə, hambal...

***

Bu əhvalatı isə bir başqa dostum danışıb mənə. Olan söhbətdir. Demək, bir boynu yoğun qaqaş içib gül vurandan sonra ofisianta qayıdır ki, 250 manat verəcəm. Amma dombalaq aş...

Ofisiantın təklif qarşısında susqunluğu isə adamı bir az da coşdurur: "Alə, mənə 250 verən olsa var - yoxuna lənət düşünmədən boynumu yerə qoyub fırlanaram". Və bunu deyib şaqqanaq çəkir...
Ofisiant otaqdan çıxır. Gedib digər ofisiant dostlarını halü - qəzadan agah edir. Onlar da eləmir tənbəllik, atışıb 500 manat düzəldirlər. Pulu da verirlər təhqir olunan həmkarlarına...
Ofisiant içəri girib pulu stola atır: "Haydı qoçum, 500 manatım var. 2 “kruq” dombalaq istəyirəm. Özün dedin ki, pul verən olsa aşaram. Həm də aşmayan üçün var - yox söhbəti var".
Qaqaş dombalağını aşır, hesabını verir və bir göz qırpımında rədd olub, itir...

aktual.az
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
Geri

Oxşar yazılar :

    
  • Ən erotik ofisiant qadınlar seçildi - FOTOSESSİYA

    Ən erotik ofisiant qadınlar seçildi - FOTOSESSİYA ...

    5-07-2013, 23:43

  • 
  • Paşinyan və ailəsini ofisiant koronavirusa yoluxdurub

    Paşinyan və ailəsini ofisiant koronavirusa ...

    1-06-2020, 14:43

  • 
  • Ofisiant tualetin yerini soruşan qızı zorladı - FOTO

    Ofisiant tualetin yerini soruşan qızı zorladı - ...

    21-08-2017, 18:39

  • 
  • Bakıda ofisiant qız və yaşlı kişinin görüntüləri etirazlara səbəb oldu – VİDEO (18+)

    Bakıda ofisiant qız və yaşlı kişinin görüntüləri ...

    12-03-2018, 19:35

  • 
  • ​4 “Ferrari”ni əzən şəxs 28 il pulsuz işləyəcək

    ​4 “Ferrari”ni əzən şəxs 28 il pulsuz işləyəcək ...

    21-12-2018, 22:53


Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Arxiv xəbərlər

Avqust 2025 (573)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu