GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Maraqlı » Rüşvətin “hörmət” sayıldığı Azərbaycan

Rüşvətin “hörmət” sayıldığı Azərbaycan

Tarix: 8-02-2015, 01:18 Bölmə :Maraqlı Baxış: 0
Rüşvətin “hörmət” sayıldığı Azərbaycan

Yaxud, rüşvətxorluğun kökünü necə kəsmək olar?

Azərbaycanda istisnasız olaraq, bütün sahələrdə inkişafın qarşısını alan əsas amillərdən biri, hətta demək olar ki, birincisi rüşvətdir. Bütün bəlalarımızın kökündə rüşvətxorluq, rüşvət almağa və rüşvət verməyə meyill olmağımız dayanır.
Xalqımızın, xüsusən də hakim elitanın rüşvətə o qədər simpatiyası var ki, bu çirkin və qanunsuz əməli hörmətə mindirmək üçün onu “şirinlik” adlandırırlar. Hətta rüşvətə daha çox “hörmət” deyənlər də var. “Filan işimi aşır, “hörmətini edərəm”, yaxud “Hörmət elə, problemini həll edim” cümlələri məmur-vətəndaş təmaslarında ən populyar söhbətlərdəndir.

Bəs, Azərbaycanda rüşvət daha çox hansı sahələrdə yayılıb?
“Transparency İnternational” təşkilatının Azərbaycan bölməsinin məlumatına görə, Azərbaycanda vətəndaşlar rüşvətlə daha çox hüquq-mühafizə və məhkəmə orqanlarında qarşılaşırlar. Özü də burada rüşvətin məbləği də digər sahələrdə olduğundan fərqlənir.
Dövlət Reyestr Xidməti, İcra Hakimiyyəti orqanları, Torpaq Komitəsi isə ən çox şikayət olunan qurumlar siyahısında ikinci yerdə gəlir.

Üçüncü şikayət blokuna isə kasıb insanlara sosial müavinət, ünvanlı sosial yardım verən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi daxildir.

Maraqlısı isə budur ki, vətəndaşlar müəllimlərə və həkimlərə verdikləri rüşvətlə razılaşırlar və bu barədə şikayət etmirlər. Bu əlbəttə o demək deyil ki, həmin sahələrdə rüşvət yoxdur. Xeyr. Bu sahələrdə də rüşvət kök salıb. Və bu barədə, xüsusən də təhsil sahəsində rüşvətlə bağlı ayrıca danışacağıq. Sadəcə, vətəndaş rüşvət verdiyi müəllim və həkimdən şikayət etmək istəmir. Ona görə ki, bunun acı nəticələrindən çəkinir. Yaxud nələrinsə xatirinə susur

Azərbaycanda rüşvət və korrupsiyaya qarşı mübarizə aparıldığı bəyan edilsə də, korrupsiya və rüşvətxorluq Azərbaycanı tərk etmək bilmir. Bu məsələdə rüşvət alanlarla yanaşı rüşvət verənlərin də “əməyi” böyükdür.

Bəs insanlarımız niyə rüşvət verməyə meyillidirlər?

Bu, ilk növbədə onların axtarmaq istəyi ilə bağlayır. Rüşvət verib vəzifəyə düzəlmək, yaxud hansısa sənədi almaq və ya hansısa işi düzəltmək insanların həyatını rahat edir. İstər yol polisi saxlayanda, istər “JEK”də, istərsə də hansısa məmurun yanında məsələnin qanuni yolla düzəlməsi çox vaxt aparır. Bu səbəbdən vətəndaş problem tez həll etmək üçün rüşvət verir.
Çox vaxt isə bu, çarəsizliklə bağlıdır. Yəni məsələnin həllinin başqa yolu yoxdur. Sadəcə, rüşvət verməlisən! Vəssalam!

Rüşvətə qarşı mübarizə niyə effect vermir? İş burasındadır ki, rüşvət verən və alan bunu asanlıqla edir. Əgər rüşvət götürənin, eyni zamanda verənin tutulmaq qorxusu olsa, bunu etməzlər. Hazırda əksər idarələrdə rüşvət götürürlər və buna qarşı mübarizə tədbirləri də adda-budda gedir, kimsə tutulur və o biri rüşvət alan adam fikirləşir ki, min nəfərdən birinin başına iş gəlir ki, o da mən deyiləm. Buna görə də rüşvət verməkdə və almaqda davam edirik.
Məsələnin həlli üçünsə radikal addımlar atmaq lazımdır. Bizə deyirlər ki, rüşvət bizim qanımızdadır, bu məsələ düzəlməz. Lakin bu, heç də düzgün deyil. Rüşvət məsələsində etnik, dini və ya irqi mənsubiyyətin heç bir rolu yoxdur.
Rüşvətə qarşı mübarizədə ən doğru sayılan digər yol təbliğat və maarifçilikdir. Təbliğat isə orta məktəblərdə aparılmalıdır ki, gənc nəsil rüşvətin çirkin və qanunsuz əməl olduğunu başa düşsün.

Lakin təəssüf ki, bu sahədə maarifçilik işlərinin səviyyəsini çox aşağıdır. Təbliğat işlərinin effektiv alınması üçünsə ilk növbədə təhsil sistemində rüşvətin kökü kəsilməlidir. Ali məktəblərdə bağçalarda və orta məktəblərdə rüşvəti görən uşaq travma alır və öz qarşısına çıxan ilk fürsətdə rüşvət götürür.

Rüşvətxorluğa son qoymaq üçün cəmiyyətdə təmiz yaşayan insanların qazandığı uğurlar da təbliğ edilməlidir. Bir var, varlı insanlar, bir də uğurlu insanlar. Uğurlu insanlar təmiz yolla sevdikləri işdə çox irəli gedirlər, varlı insanların isə sadəcə pulu olur. Bizim cəmiyyətdə də uğur qazanan insanlar var, amma təəssüf ki, onların heç biri öz həyatları barədə dəqiq məlumat vermirlər. Amma xaricdə uğur qazanmış iş adamları öz həyatları barədə kitablar yazır, filmlər çəkirlər ki, böyüməkdə olan gənclik onlardan örnək götürə bilsin. Bu praktika bizdə də tətbiq edilməlidir. Çünki yeniyetmələr qəhrəman axtarır. Onlar görsələr ki, kiminsə həyatı uğurlu olub, özləri də o yolu götürəcəklər. Bu gün isə telekanallar müğənnilərin və şou-biznesin təbliğinə yönəlib. Təmiz yollarla uğur qazanmış adamlar haqqında verilişləri, filimləri cəmiyyətə göstərmək lazımdır. İnsanlar ilk vaxtlar belə verilişlərə baxmayacaqlar, amma bir-iki verilişdən sonra buna alışacaqlar. Başqa sözlə, ictimai fikri idarə etmək mümkündür.

Beynəlxalq təcrübəyə görə isə, cəmiyyət kəskin islahatlara hazır deyil. Çünki cəmiyyətdə rüşvətlə dolanan müəyyən təbəqə var və onlar əsasən bürokratiyanı təmsil edirlər. Onların savadı və maddi imkanları cəmiyyətin digər hissəsinə təsir etmək imkanı yaradır. Adətən, bu insanlar xalqı səhv yola yönəldərək doğru siyasət aparan hakimiyyətə qarşı narazı salmağa çalışırlar. Bu da cəmiyyətdəki dayanıqlı inkişafı əngəlləyir. Bu baxımdan maarifçilik üsulu ilə rüşvətə meylliliyi şüurlardan silmək və cəmiyətin orientirlərini uğurlu təmiz insanlara yönəltmək daha məntiqli görünür.

Lakin parallel olaraq həm təbliğatdan, həm də korrpusiyaya qarşı effektiv üsullardan istifadə edilə də bilər. Faktların yoxlanılması zamanı rüşvətxor və korrupsioner olduğu aşkarlanan adamlar inayətlərinə görə cəzalandırılmalıdırlar. Məmurlara elə şərait yaradılmalı və onlara elə nəzarət qurulmalıdır ki, rüşvət almağa nə ehtiyacları, nə də imkanları olsun.

Xalqla ünsiyyətdə olan məmurların bütün xidmət prosesinin səsinin yazılması və ya görüntüsünün çəkilməsi bu baxımdan çox effektiv ola bilər. Məsələn, yol polisinin üzərində səsyazma qurğusu birləşdirmək olar ki, sürücülərlə bütün danışığı yazılsın. Yəni kimsə oturub onların gün ərzində dediklərinə qulaq asmayacaq, amma adamlarda məsuliyyət artacaq. O, düşünəcək ki, səsim yazılır və yalvarsalar da rüşvətə yaxın durmayacaq.

Qeyd edək ki, son illər Vergilər və Daxili İşlər nazirliklərində, eləcə də Baş Prokurorluqda yaradılmış qaynar xətlər korrupsiya səviyyəsinin aşağı düşməsinə yardımçı olur, çünki həmin dövlət qurumları qaynar xəttə daxil olan hər bir məlumatı yoxlayırlar. Bu təcrübə bütün dövlət qurumlarını əhatə etməlidir.

Hazırda rüşvətxorluqda və korrupsiyada ittiham edilənlər əsasən aşağı səviyyəli məmurlardır. Buna görə də xalq bu tədbirləri elə də ciddi saymır. Bir neçə yüksək çinli məmurun cəzalandırması da rüşvət və korrupsiya ilə mübarizədə ciddi effekt verə bilər.

Yuxarıda, qeyd etdiyimiz kimi, rüşvətlə mübarizəyə orta məktəblərdən başlanmalıdır. Birincisi, ona görə ki, rüşvətsiz, sağlam cəmiyyətə nail olmaq üçün sağlam düşüncəli insanlar yetişdirilməlidir və bunun təməli məktəblərdə qoyulmalıdır. İkincisi isə təhsil sahəsində rüşvətə son qoyulmayacaqsa, digər sahələrdə rüşvətlə mübarizə aparmağın heç bir faydası yoxdur.
Bəs, Təhsil naziri Mikayıl Cabbarov kiçik vəzifəli məmurları cəzalandırmaqla təhsildə rüşvətə son qoya biləcəkmi? O, bir sıra tədris müəssisələri rəhbərlərini rüşvət və yol verdikləri qanun pozuntularına görə cəzalandırıb. Məsələn, 270 nömrəli məktəbin direktoru Talıb Rəhimov, Təhsil Nazirliyinin mühafizə polisinin əməkdaşı və Xaricdə Şagird, Tələbə, Aspirant və Staj keçənləri iş üzrə Şura Katibliyin bir əməkdaşı, Bakı Dövlət İqtisadi və Humanitar Kollecinin Qiyabi şöbəsinin müdiri A.Quliyeva tutduqları vəzifədən azad edib. Eyni zamanda xeyli sayda orta məktəb direktoru rüşvətə görə vəzifəsini itirib.
Ancaq buna baxmayaraq, ölkədə ən çox korrupsiyalaşmış sahələrdən biri təhsildir. Qanunsuzluq və özbaşınalıq məktəbəqədər təhsil müəssisəsindən tutmuş, ali məktəblərə qədər bütün tədris pillələrini əhatə edib.
Adicə bağçaya bir uşağın qəbulunun qiyməti 200 manatdır. Bundan sonra bağça rəhbərliyinə aylıq 20-30 manat civarında pul ödənilir, hər bayramda tərbiyəçi heyətinə «hörmət» edilir. Orta məktəbdə isə hər ay yığılan «fond pulu», «süpürgə pulu», «təmir pulu», «müəllimlər günü», müxtəlif bayramlar münaisbəti lə toplanan vəsaitlər, şagirdlərə satılan kitablar, gündəliklər, iş dəftələri və sair ödəmələrin hamısı qeyri-qanunidir. Ali məktəblərdə isə vəziyyət hər kəsə bəllidir. Həmçinin, təhsil müəssisələrindən birində işə düzəlmək «haqqı» ən azı 5 min manat rüşvətdən başlayır.

Mikayıl Cabbarov bu korrupsiya şəbəkəsini dağıda bilərmi?
Məsələ burasındadır ki, ayrı-ayrı şəxsləri cəzalandırmaqla buna nail olmaq mümkün deyil. Çünki təhsildə rüşvət və korrupsiyanın kökündə duran səbəb hansısa kiçik cinli məmurin qanunsuzluğu deyil, məvaciblərin orta aylıq əməkhaqqı səviyyəsindən də çox aşağı olmasıdır: Orta məktəblərdə müəllimlərin orta aylıq əməkhaqqı 128-178 manat arası, ali məktəblərdə 175-200 manatdır. Bunu nəzərə alanda məlum olur ki, təhsil işçiləri əlavə mənbələr olmadan gündəlik sosial ehtiyaclarını ödəyə, yaşayış minimumlarını təmin edə bilməzlər. Ona görə də, nə qədər təkrar səslənsə də, təhsildə rüşvətin və korrupsiyanın başında duran ən başlıca amil budur.
Bir müddət əvvəl müəllimlərin maaşı bir qədər artırıldı. Lakin elm işçiləri üçün də alternativ maliyyə mənbələri məhduddur. Elm işçilərinin apardıqları tədqiqatlara görə əlavə qonarar almaq, gəlir əldə etmək imkanları yoxdur.

Təhsilə yönəldilən vəsaitlərin şəffaf xərclənməsi çox vacib amillərdən biridir. Vaxtilə ali məktəblər Maliyyə Nazirliyinə müraciət edərək, əlavə ştatlar alıb, öz adamlarını yerləşdiriblər. İndi də araşdırmalardan məlum olur ki, ştatların sayı tələbələrin sayına görə kifayət qədər çoxdur. Ona görə də, məcburi qaydada ixtisarlar aparırlar.
Bu sahədə korrupsiya və rüşvətin kökünü kəsmək üçün ciddi addımlar atmalıdır. Tədris müəssisələrinin rəhbərliyində 10-15 ildən artıq oturan və işləri qənaətbəxş olmaya şəxsləri uzaqlaşdırmaq, daim çevik kadr islahatları aparmaq lazımdır. Lakin indiki halda vəzifədən uzaqlaşdırmaq hələ ki, aparıcı addım sayıla bilməz. Bu, valideyn və məktəb direktorları üçün sıqnal ola bilər. Bir neçə şəxsi cəzalandırmaq formal xarakter daşıyır. Bu proseslər bir müddətdən sonra dayanacaq, əvvəlki vəziyyət yenə davam edəcək.

Samir
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
Geri

Oxşar yazılar :

    
  • Azərbaycanda rüşvətə görə həbs edilən polis işinə qaytarıldı

    Azərbaycanda rüşvətə görə həbs edilən polis işinə ...

    4-12-2014, 23:18

  • 
  • Gürcüstanda rüşvətə görə biri məmur olmaqla üç nəfər saxlanılıb

    Gürcüstanda rüşvətə görə biri məmur olmaqla üç ...

    17-08-2019, 11:24

  • 
  • Cəmiyyətimizdə dərin kök atmış bir sıra neqativlər var...

    Cəmiyyətimizdə dərin kök atmış bir sıra ...

    9-08-2017, 16:39

  • 
  • Prezident bəzi məmurların ciddi cəzalanacağını bildirdi - Twitter

    Prezident bəzi məmurların ciddi cəzalanacağını ...

    6-02-2014, 17:25

  • 
  • Rüşvət almayan və bu iyrəncliyin kökünü kəsməyə çalışan icra başçılarımız da olub  Elə, biri də, rəhmətlik SƏRDAR HƏMIDOV!

    Rüşvət almayan və bu iyrəncliyin kökünü kəsməyə ...

    2-05-2020, 00:58


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (253)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu