GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Maraqlı » Mətbuata təzyiqlər ölkəni hara aparır?

Mətbuata təzyiqlər ölkəni hara aparır?

Tarix: 20-02-2015, 12:12 Bölmə :Maraqlı Baxış: 0
Mətbuata təzyiqlər ölkəni hara aparır?

Bəlkə də Suriyada, İraqda və bir sıra oxşar ölkələrdə gedən müharibələrdə, peşə borcunu yerinə yetirərkən jurnalistlərin qəsdən öldürülməsi, digər yerlərdə isə onların “ucuzlaşmasına” gətirib çıxarır. Ya da hansısa bir məmurun var-dövlətini aşkarlayan mətbuat orqanı, həmin məmurun qəzəbinə tuş gəlir. Nəticədə, ölkədə həlli vacib olan məsələlər bir kənara atılaraq, mətbuat haqqında qanunda dəyişikliyə ehtiyac olduğu bilidirilir.

Yaxşı bilirik ki, 7-8 il bundan öncə mətbatımıza bəslənilən münasibət də belə deyildi. İlin ildən pis gəlməsi danılmaz faktdır. Vaxtilə jurnalistləri özünün dostu hesab edən mərhum prezidentimiz, xalımızın ümumilli lideri Heydər Əliyev, mətbu orqanların dövlətə olan borcunun silinməsi haqda qərarını verdi. O, jurnalistləri tez-tez qəbul edib, hər kəsə lazımi köməkliyini də göstərirdi.. Üstəlik məmurlara və məhkəmə orqanlarına, jurnalistlərə qarşı nəzakətli davranmağı tövsiyyə edərdi. Hansısa deputat və yaxud da vəzifə sahibi KİV haqqında əsassız danışa bilməzdi. Axı, jurnalistin qələmdən savayı nəyi var?

Doğrudur, bu sahədə çox qarışıqlıqdır. Elektrik, traktorist, bərbər, bufetçi və sairə peşə sahibləri əlinə vəsiqə alıb. Onun da günahı biz özümüzük. Bunu nə Prezident edir, nə də Mlli Məclis. Hər qəzet açan vəsiqə satır. Vəsiqəni qəbul edənlər istər-istəməz küçələrə düşür, “reket”çilklə məşğul olurlar. Nə danışığını bilir, nə sual verməyi bilir, nə də gedişinin məqsədini bilmir. Nəzakətsizliyi və xarıci formasının uyğunsuzluğu, əsl yazarlara qarşı mənfi imic yaradır. Onlara vəsiqə satanlar bilməlidirlər ki, böyük bir tarixi olan Azərbaycan jurnalistikası dilənçilik demək deyil! Bu sahəyə gəlir mənbəyi kimi baxanlar başa düşməlidirlər ki, hər bir ölkənin müstəqilliyinin atributlarından sayılan, söz və mətbuat azadlığını qoruyub saxlamaq lazımdır. Vəsiqə satanların bu əqidəsi ilə mətbuat ucuzlaşar da, üstəlik anarxiya da olar. Bunu deməkdə məqsədim budur ki, Milli Məclis bu yaxınlarda KİV haqqında qanunda dəyişiklik edilməsi barədə qanun layihəsini ölkə başçısının masasının üstünə çıxarana kimi, yaxşı olardı ki, Azərbaycan mətbuatında anarxiyanın aradan götürülməsi haqqında qanun işləyib, Prezidentə təqdim edəydi.

Ötən il Bakıda jurnalistlərə yeni mənzillərin tikilib istifadəyə verilməsi, ölkə rəhbəri tərəfindən böyük qayğıdır. Bu dünyada analoqu olmayan humanist bir addımdır. Lakin Bakıda evi olanlara da ev verilmıəsi, evsizlərin isə kirayədə qalması xoşagəlməzdir. Mənim fikrimcə bu yaxşı hal deyil. Prezident də bu məsələdə günahkar sayılmır. Ona yalançı məlumatlar verənlər birbaşa məsuliyyət daşıyırlar. Ölkə başçısı hansı jurnalistin evinin olub-olmamasını yoxlayan deyil. Ətrafındakı inandığı adamlar da, gərək Prezidentə haqsız danışmasınlar. Onu da qeyd edək ki, Bakı heç də jurnalistlərin və jurnalistikanın mərkəzi deyil. Əyalətlərdə də bu peşə sahiblərinin içərisində gözəl qələmi, peşə fəaliyyəti olanlarımız da az deyil. Bəs onlar qayğını kimdən gözləməlidirlər? Yəni, Bakıda yaşamırlar

deyə evsuz-eşiksizmi qalmalıdırlar? Yaxşı olardı ki, KİV haqqında qanunda jurnalistlərin əleyhinə dəyişiklik üçün layihə işləyən Milli Məclis üzvləri bunu da nəzərə alaydılar.

Son zamanlar jurnalistlərə təzyiq vasitəsi kimi məhkəmələrdən istifadə mexanizmı şiddətlənib. AR MPM-nin müvafiq maddəsinə əsasən, vəzifəli şəxsin şərəf, ləyaqətinin alçaldılması və işgüzar nüfuzuna xələl gətirilməsi maddəsi dəbdədir. Necə yəni, məmurun əli hər gün pulla oynadığı halda, onun nöqsanlarından yazan şərəf və ləyaqətinə, işgüzar nüfuzuna xələl gətirmiş olur? Demək, susub danışmamalı, gördüyünü də görməıməzliyə vurmalısan. Yəqin ki, onda bu işə demokratik qayda demək olar...

Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun seçimini düz aparmamağını izah etməyə dəyməz. Hər il dövlətdən yardım alan eyni qəzetlərdir. Onlar həm dövlətin özündən, həm də dövlətin ayırdığı vəsaitdən yararlanırlar. Əslində həmin vəsaitdən yararlanan mətbu orqanların günahı yoxdur. Günah vəsaiti haqsız parçalayanlardadır. Hətta, elə qəzetlərə də vəsait ayrılır ki, onların çox az oxucusu var, ya da heç yoxdur. Məgər, bu Azərbaycanda mətbuatın inkişafımı deməkdir?

...Bəlkə də belə də deyil. Ancaq bu mənin şəxsi fikrimdir. Nədənsə xəbislik, paxıllıq və irəli gedənə badalaq vurmaq, sanki qanımıza hopub. Cəmi 60-80 il ömür yaşayan insanların bir-biri ilə ədavətinə nə ehtiyac var? Olmazmı ki, insanlar həyat və fəaliyyət dövrlərini mehribanlıqla yaşayalar. Bax bu ədavət prinsipi, yazılan həqiqətlərdən əsəbini cilovlayanmayan məmurlar bu gün azad və müstəqil dediyimiz mətbuata təzyiqlərini artırır və hər vasitə ilə jurnalistlərə ləkə yaxmağa çalışırlar. Təbii ki, azad sözü və azad fikri olmayan, eyni zamnda haqlı danışığı boğulan ölkə heç vaxt xoşbəxt ola bilməz!

İlham Hacalı
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
Geri

Oxşar yazılar :

    
  • Deputatlar Tağı Əhmədova qarşı kampaniyaya münasibət bildirdilər

    Deputatlar Tağı Əhmədova qarşı kampaniyaya ...

    27-11-2013, 14:18

  • 
  • "Bunu birmənalı şəkildə hansısa məmurun istedadsız təxribatı hesab edirəm"

    "Bunu birmənalı şəkildə hansısa məmurun ...

    13-10-2014, 16:46

  • 
  • «Vahid Millət» Dövlətçiliyə Dəstək İ.B jurnalistləri təbrik edir

    «Vahid Millət» Dövlətçiliyə Dəstək İ.B ...

    22-07-2013, 11:11

  • 
  • Mətbuat Günündə müstəqil qəzetə “mükafat”

    Mətbuat Günündə müstəqil qəzetə “mükafat” ...

    26-07-2016, 23:35

  • 
  • Parlament jurnalistləri Azay Quliyevin seçki qərargahında olublar

    Parlament jurnalistləri Azay Quliyevin seçki ...

    26-10-2015, 14:28


Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Arxiv xəbərlər

Sentyabr 2025 (65)
Avqust 2025 (568)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı Antivirusdan istiafdə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu