ABŞ Konqresindən Azərbaycana qarşı növbəti ermənisayağı təxribat
ABŞ Konqresində Xocalı soyqrımı ərəfəsində 1988-1990-cı illərdə guya ki, Azərbaycanda kütkləvi şəkildə öldürülən ermənilərin xatirəsinə həsr olunmuş tədbir keçirilib. “Gündəm Xəbər” Ermənistanın “Armeniya Today” nəşrinə istinadən verdiyi xəbərə görə, tədbir 11 fevralda Qondarma Dağlıq Qarabağın ABŞ-da daimi nümayəndəsi Robert Avetisyan Vaşinqton ofisi olan Ay Data-ın ABŞ Konqresində 1988-1990-cı illərdə guya ki, Azərbaycanda kütkləvi şəkildə öldürülən ermənilərin xatirəsinə həsr olunmuş tədbir keçirib. Erməni nəşri qeyd edir ki, həmin hadisələrə cavab olaraq, Dağlıq Qarabağın ermənilər tərəfindən işğalı həyata keçirilib. Tədbirdə “Dağlıq Qarabağ”, ermənilərin kütləvi halda qətlə yetirilməsi, demokratiya və sülhün bərqərar olunması” mövzusunda çıxışlar edilib. Tədbirdə Qondarma Dağlıq Qarabağ Respublikasının Prezident Aparatının nümayəndələri, Ay Dat-ın Amerika ofisinin rəhbərliyi, ABŞ konqresmeni Frenk Palloun, ABŞ-dakı erməni icmasının nümayəndələri iştırak edib. ABŞ konqresmeni Frenk Palloun çıxış edərək, Azərbaycanda yaşayan ermənilərin qətlə yetirilməsini tənqid edib və QDQR-nın müstəqilliyinin tanınması, eyni zamanda da ABŞ tərəfindən uzun müddətli Dağlıq Qarabağa maliyyə yardımının təmin olunması təklifləri ni irəli sürüb. Azərbaycana qarşı təxribat xarakteri daşıyan tədbirdə guya Azərbaycandan olan erməni qaçqınlar da çıxış edərək, Bakıda həqiqətən də ermənilərin qətlə yetirilməsini təsdiq edib. “Gündəm Xəbər”in araşdırmaları zamanı məlum olub ki, erməni qaçqınları qismində konqresdə çıxış edən Anna Astvatsatauryan-Türkot əslində amerikalı hüquqşünasdır. Əvvəllər Bakıda yaşayıb. Daha sonra Amerikaya köçüb. Digər bir erməni qaçqın isə Los-Ancelesin Koliforniya Universitetinin müəllimi Alina Doroyan Konqresdə çıxış edərək ABŞ-ın acınacaqlı vəziyyətdə olan Dağlıq Qarabağa maliyyə yardımının edilməsini istəyib. Sonda Ermənistanın ABŞ-dakı daimi nümayəndəsi olan Robert Avetisyan çıxış edərək, Azərbaycanı erməniləri qətlə yetirmələrinə görə cəzalandırmağı tələb edib.
Bu da ABŞ Dövlət Departamentinin və konqresmenlərinin Azərbaycana haqq və ədalətdən dəm vurması. Sizcə, Xocalı soyqrımını törətmiş erməni separatçılarını konqresdə qarşılayıb, elə işğala və qətlə məruz qalmış Azərbaycanı ittiham etmək axı nə qədər doğrudur? Sizcə, bu ABŞ-dan işğala məriz qalmış dövlətlə bağlı təxribati bir mövqeyi insan haqqları və beynəlxalq hüquq normalarını pozmurmu? Hər zaman Azərbaycanda insan hüqlarının pozulduğunu iddia edən ABŞ işğalçı Ermənistana qucaq açaraqmı haqqdan-ədalətdən danışır? ABŞ bu cür mövqe sərgiləməklə, əslində Rusiyaya qarşı tətbiq etdiyi sanksiyaların məhz işğalçı dövləti cəzalandırmaq niyyətindən irəli gəlmədiyini ortaya qoymuş oldu. ABŞ-ın Rusiyaya qarşı tətbiq etdiyi sanksiyalar məhz regionda öz gücünü möhkəmlətmək və Rusiya kimi rəqibini zəiflətməkdən başqa mahiyyət daşımır. Əks halda ABŞ bu gün Ermənistan kimi separatçı və terrora xidmət edən bir dövlətə konqresdə ağzına gələni danışmasına yol evrməzdi. Bundan sonra ATƏT-in Minsk Qrupunun Amerika Birləşmiş Ştatlarının həmsədrliyinin təmsil olunması da absurddur.
Azərbaycana xəyanət edib, ABŞ da Qondarma Dağlıq Qarabağın daimi nümayəndəliyini tanıyan bir dövlət sizcə Dağlıq Qarabağın taleyi ilə bağlı hansı ədalətli qərarı verə bilər? ABŞ boyda nəhəng bir dövlət haqq- ədalət diktə etməzdən əvvəl öz əməllərinə baxıb nəticə çıxarmalıdır. İki-üç erməni oliqarxına satılmış ABŞ hüququ, bu gün nisbətən kiçik dövlətlərə insan hüquqlarından, insan haqqlarından dərs keçmək hüququnu da çoxdan itirənlərdəndir. Mediamızı da qınamaq gərəkir...
Bu gün bu boyda biyabırçılığı ABŞ-ın və yağı düşmənimizin burnumuzun dibində etdiyi məkirlikləri işıqlandırmayan mediya əhlimiz. Nədənsə Lamiyə xanımın necə uşaq sahibi olduğuna bundan daha çox diqqət ayırır. Hər zaman öndə olan ANS belə ABŞ konqqresindən Azərbaycana qarşı Xocalı soyqrımı qabağı hazırlanmış təxribat əvəzinə barmaqlıqlar arxasında Lamiyə xanımın necə uşaq sahibi olması prosesini işıqlandırır... Görəsən bu nədən irəli gəlir? Bəlkə elə rəhmətlik Bəxtiyar Vahabzadə demişkən bu çərxi-fələk tərsinə fırlanır, Amma bizlər bunun fərqində deyilik?! Bu gün medimızın siyasi baxışları nədənsə ancaq Müsavat və AXCP formatından uzağa getmək iqtidarında deyil. Daxili siyasət vacibdir, amma xarici siyasət qədər önəmli və əsas deyil. Bu gün heç uzağa getməyək, Röyanın, Aygünün qısa ətək geyməsi belə bizim mediya əhlinin və hətta siyasətçilərimizin gözündən qaçmır. Amma ayın 11-indən bu günə qədər heç bir nəşr, nə də xəbər sayt ABŞ konqresindəki biyabırçılıqdan danışmadı... Görəsən mediyamız susursa, bəs Azərbaycanın xarici işlər nazirliyi niyə susur? Bu durumla bağlı bir çox politoloqlara sual ünvanlansa da təəsüf ki, o da cavabsız qaldı... Cənablar, erməniyə, ən qəti düşmənimizə və hələ ona himayədarlıq edənlərə qarşı mübarizə kollektiv deyil, fərdidə aparılmalıdır. Hər bir əlində qələm olan və özünü jurnalist adlandıran kəs incəsənət xadimlərinin qısa ətəyindən və ya barmaqlıqlar arxasındakı bir xanımın necə uşaq sahibi olmasından deyil, məhz elə ABŞ konqresindəki erməni separatının rəzalətindən yazmalıdır... Hanı o jurnalistlər ki, Qarabağ şüarı altında gizlənib özlərini günə verir? Hanı daim vətən sevgisindən dəm vuran deputatlarımız? Başqa zaman ABŞ-dan Azərbaycana səsi gəlib çatan müxalifət üzvlərimizin səsi nə üçün çıxmadı bəs? Bəs bu gün Azərbaycana olunan xəyanətə kimlər cavab verməlidir? Azərbaycan hər kəslə bərabərhüquqlu siyasət yürüdür. Amma erməni terrorunu dəstəkləyən və “erməni sözü” ilə Azərbaycanı qınayan birisi ilə bərabərhüquqlu siyasət yürüdə bilməz. Erməni terroruna, erməni separatçısına qucaq açıb konqresdə Xocalı soyqrımında amansızlıqla qətlə yetirilən azərbaycanlıların ruhuna və xatirəsinə ədəbsizlik edən və hələ üstəlik Qondarma Dağlıq Qarbağ Respublikasının daimi nümayəndəliyinə ABŞ-ın göbəyində ofis ayırıb şadəmərdcəsinə qəbul edən konqresmenlər görəsən sabah hansı sifətlə Dağlıq Qarabağın sülh yolu ilə həllindən dəm vuracaq? Azərbaycan 11 fevral Xocalı soyqrımı ərəfəsində ona olunan bu ədəbsizliyə görə təcili olaraq, ABŞ-ın ATƏT-in Minsk Qrupunun həmsədrliyindən kənarlaşdırılmasını tələb etməlidir. Əks halda erməni oliqarxlarına bir könüldən min könülə vurulmuş ABŞ konqresmenləri hər gün daha aydın şəkildə terrora xidmət edib, kiçik ölkələri insan hüquqlarının pozulması ilə ittiham etməyə davam edəcək!
Sorğu
Yeni dizaynımız necədir?