GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Maraqlı » Səhiyyə sisteminin böhranlı vəziyyətindən çıxış yolu varmı?

Səhiyyə sisteminin böhranlı vəziyyətindən çıxış yolu varmı?

Tarix: 31-03-2015, 12:12 Bölmə :Maraqlı Baxış: 0
Səhiyyə sisteminin böhranlı vəziyyətindən çıxış yolu varmı?

Artıq səhiyyə işçiləri həyəcan təbilini döyəcləyirlər, bütövlükdə sistemi həyatın burulğanına buraxan nazir Oqtay Şirəliyev isə hər şeydən xəbərsiz kimi susmağa üstünlük verir

Azərbaycan Respublikasının öləziməkdə olan sahələrindən biri də səhiyyə sistemidir. Təəssüflə də olsa qeyd etmək lazımdır ki, ölkə səhiyyə sisteminin rəhbərliyində təmsil olunanlar tərəfindən nəinki nəticə çıxarılmadığından, hətta yazılanlara reaksiya belə göstərilmədiyindən kütləvi informasiya vasitələri son vaxtlar səhiyyə sisteminin neqativ hallarını, bu sahədə yaranmış böhranlı vəziyyətin ştrixlərini qabartmaq istəmirlər. Artıq heç kim inanmaq istəməz ki, nazir kreslosunda oturduğunun on illiyinin dadını çıxarmağa hazırlaşan cənab Oqtay Şirəliyev üçün rəhbərlik etdiyi sahənin bu vaxtadək hansısa qaranlıq məqamı qalsın.

Böhranlı vəziyyətin yaranmasına ilk və əsas səbəb kimi kadr heyətinin çatışmazlığı göstərilir. Bu da heç şübhəsiz ki, Səhiyyə naziri professor Oqtay Şirəliyevin son siyasətinin uğursuz nəticələnməsi ilə üzə çıxıb. Yaşı altmış beşi keçmiş həkimləri bir ucdan təqaüdə göndərən nazir kəskin kadr çatışmazlığı ilə üzləşib. İş o yerə gəlib çatıb ki, yüzlərlə kabinet bağlanıb. Poliklinikalara baş həkim vəzifəsinə təyin etməyə tibbi personal tapılmır. Əlbəttə ki, səhiyyəyə rəhbərlik etdiyi on il ərzində bu problemi aradan qaldıra bilməsə belə görməyə də bilməzdi. İstənilən halda ildə bir dəfə kollegiya iclası keçirən, hesabat məruzələri dinləyən rəhbər ən azından belə bir problemlə üzləşəcəyindən xəbər tutmalı və yaranacaq böhranlı vəziyyəti qabaqlamaq, tədricən tarazlamaq üçün vacib tədbirlər həyata keçirməli idi. Əfsuslar olsun ki, bu sahənin tənzimlənməsi üçün heç bir addım atmayan nazir səhiyyəni taleyin burulğanına buraxaraq gözləmə mövqeyini seçməyə üstünlük verir. Nəticədə hadisələrin necə cərəyan edəcəyini proqnozlaşdırmaq çətindir.

Kəskin kadr çatışmazlığı ilə üzləşən nazir təqaüd məsələsini dayandıraraq yaşlı kadrlardan dördəlli yapışmaq məcburiyyətində qalıb. Çüki onları əvəzləyəcək kadrlar yoxdur. İş o yerə çatıb ki, qəsəbə poliklinikasının işə güclə gəlib-gedən səksən beş yaşlı baş həkimi də təqaüdə buraxmırlar. Onu daha bir il işlətmək üçün yeni müqavilə bağlayıblar.

Yaranmış böhranlı vəziyyətdən istifadə edən özəl tibb müəssisələrinin rəhbərləri qanuni, qeyri-qanuni ölkəyə İrandan və Türkiyədən ucuz başa gələn tibb işçisi daşımaqdadırlar. Səhiyyə nazirliyi isə buna, sözsüz ki,nəyinsə, hansı maraqlarınsa müqabilində göz yummaq məcburiyyətindədir. Amma Səhiyyə nazirinin müavini Elsevər Ağayevin açıqlamasında maraqlı məqamlar diqqəti çəkir: “Xaricdən Azərbaycana gələn tibbi işçiləri birinci növbədə Səhiyyə nazirliyindən şəhadətnamə, sonra isə Dövlət Miqrasiya Xidmətindən əmək miqrasiyası almalıdırlar”.

Birincisi, normal ölkələrdə ilk əvvəl əmək miqrasiyası alınır. Bəlkə əmək miqrasiyası alandan sonra Şəhadətnamə Səhiyyə nazirliyinə müraciət etsələr düzgün olardı? İkincisi də özəl sektora rəhbərlik edən işbazlar, sözsüz ki, bir çox hallarda tibbdən kənar adamlardır və onlar üçün əsas məsələ insanların sağlamlığı deyil, bizneslərinin inkişafıdır. Sonra da xaricdən gələnlərə, gətirilənlərə kim nəzarət edə bilir ki, görsün əmək miqrasiyası, ya şəhadətnamə alıblar, ya yox? Ümumiyyətlə, belə bir nəzarəti Səhiyyə nazirliyi deyil, kim, hansı orqan həyata keçirməlidir?

O ki, qaldı xaricdən gələn tibb personalının peşəkarlığına, bunu araşdırmaq, səhiyyə nazirliyini bilmirəm, bizim üçün çox da çətin deyil. Belə ki, daha çox müştəri cəlb etmək üçün özəl klinika rəhbərləri onların reklamlarını televiziya kanallarında təşkil etmək üçün ətəklərlə pul xərcləyirlər. Nəticədə bəlli olur ki, xaricdən gələn “UZMAN”dır. Uzman hələ həkim demək deyil, tibbi kursu başa vuran hər kəsə uzman sertifikatı verilir. Azərbaycanda bu sahə nəzarətdən çıxdığına görə rayon mədəniyyət evlərinin müdirləri də tibb bacısı, diş texniki, laborant, əczaçı və digər tibbi personalı hazırlamaq üçün kurslar təşkil etməkdən çəkinmirlər. Görün nə yerə çatmışıq ki, İrandan, ən çox da Türkiyədən çağrılan Uzmanlara həyatımızı, yaxınlarımızın həyatlarını etibar edirik. Ad çəkməsək də bu sahədə özəl klinikalar sanki bir-birləri ilə yarışa qoşulublar. Hətta yeni yaranmış, dövlət nəzarətində olan “Bakı Medikal Çentr” rəhbərliyi də yaranmış vəziyyətdən istifadə edib Türkiyədən uzman gətirdib. Fərq ondadır ki, milli psixologiyanı yaxşı bilən işbazlar burada yalnız çox pul qazanmaq məqsədi güdürlər. Azərbaycanlı həkimin edəcəyi əməliyyat üçün işbazlar müştəri ilə min manatlıq sövdələşməyə girirlərsə xaricdən gələn uzman üçün bu məbləğ ən azından üç-dörd dəfə artır. Maraqlısı odur ki,

aldadılanlar arasında savadlı, dövlət vəzifələrində çalışanlar da az deyil. Əməliyyatdan sonra uzman yoxa çıxdığından xəstənin vəziyyətinə həm cavabdeh olan, həm də məsuliyyət daşıyan yerli həkimlərin niyə bu işə girdikləri də orta səviyyəli adama bəllidir. Çünki narkoz halında olan adam onun kim tərəfindən əməliyyat olunduğunu bilmir. Bəlkə elə yerli həkimlər əməliyyat ediblər? Əgər belə deyilsə niyə normal xərc çəkib mütəxəssis deyil, uzman gətizdirirlər? Burada hər şey gün kimi aydındır, məsələ müştərilərdən daha çox pul almaqdır.

“Azad Azərbaycan” televiziya kanalının ötən günlərdə apardığı araşdırmadan əhaliyə məlumdur ki, Türkiyədən çağrılmış uzmanın axtarışları hansı nəticə ilə yekunlaşıb. Bakıda fəaliyyət göstərən İstanbul Estetik Klinikası rəhbərliyinin dəvəti ilə bir neçə dəfə gələrək fırıldaqlar həyata keçirmiş şəxs haqqınd Türkiyəyə sorğu göndəriləndə nəinki orada belə bir uzmanın, ümumiyyətlə vətəndaşın qeydiyyatda olmadığı bildirildi.

Ad çəkmək istəməsək də bunu Xətai Estetik, Real, Elmed, Təbriz Mehr və digər klinikalara da aid etmək mümkündür. Özəl klinika rəhbərləri işə gələrkən sanki işə yox, istirahətə gəlirlər. “Qurdlar Vadisi”ndəki kimi onların silahlı cangüdənləri, istirahət (qonaq və yataq) otaqları mövcuddur. Hər hansı bir güzəşt, yaxud başqa məsələlərlə bağlı onların qəbuluna düşmək mümkünsüzdür. Onlar tibbdən başqa hər şeylə, bəlkə lap elə eyş-işrətlə də məşğuldurlar. Kim onlara nəzarət edə bilər???

İnternet şəbəkələri tibbin yarıtmaz əməllərini ifşa edən yazılarla doludur. Şikayət etdiyi üçün həkim tərəfindən şikəst edilən, tamahı ucbatından ona aid olmayan onkoloji xəstəni əməliyyat edib öldürən həkimin əməllərindən, doğuş zamanı öldürülən analara görə nəinki məsuliyyətə cəlb edilməyən, heç izahatı belə alınmayan akuşerkadan, doğuş həkimindən, şəkər xəstələrinin dərmanını satışa çıxardan həkimdən, ümumilikdə çoxşaxəli səhiyyənin bütün sahələrindən bəhs edən yazılar kifayətdən də çoxdur ki, tədbir görmək üçün hərəkətə keçilsil. Amma nə fayda?!

Hətta ölkə rəhbərliyi tərəfindən kütləvi informasiya vasitələrində gedən yazılan məlumatlar əsasında səhiyyə müəssisələrində yoxlamalar aparılması üçün xüsusi komissiyanın yaradılmasına göstəriş də olmuşdu. Nəticəsi göz qabağındadır. Hələ ki, bu sahədə heç bir hərəkət olunmayıb və gözlənilmir də.

İş o yerə çatıb ki, daha səhiyyəni özəl və dövlət sektoruna bölmürlər. Dövlət sektorunun harada bitdiyi və özəl sektorun harada başlandığı bəlli deyil. Divarlardan asılmış pulsuz dərman təminatı siyahıları sadəcə sağlam adamları qıcıqlandırıb xəstə salır, xəstələrin isə müvafiq olaraq təzyiqini, şəkərini qaldırıb halını pisləşdirir.

Heç kimə sirr deyil ki, səhiyyə sistemi ölkənin əsas və aparıcı sahələrindən biridir. İnsanların sağlamlığı keşiyində durmalı olan bu sahə öləziyirsə, deməli yaranmış fəsadlardn bütün sahələr ziyan çəkə bilər. Özünü Azərbaycan Demokratik Respublikasının varisi hesab edən ölkəmizdə bu sahəyə diqqət artırılmalıdır. Tarixdən bizə məlumdur ki, Xalq Cümhuriyyətinin Tiflisdən Gəncəyə gəlib yerləşdiyi, fəaliyyətə başladığının ikinci günü, yəni 17 iyun 1918-ci ildə Səhiyyə Nazirliyinin yaranması haqqında qanun qəbul edilib ki, indi də tibbi işçiləri həmin günü özlərinin bayram günü kimi qeyd edirlər. Bu gün səhiyyə işçiləri üçün qüvvədə olan Əsasnamə isə 29 dekabr 1998-ci ildə təsdiq edilmişdir. Sonralar cüzi əlavə və dəyişikliklər edilsə də əsas müddəalar qorunub saxlanmışdır. Əsas vəzifə kimi insan sağlamlığının keşiyində durmaq səhiyyə sisteminin qarşısına qoyulmuş bir nömrəli vəzifədir.

Başa düşüləsidir ki, ölkəni bürüyən tikinti bumu nəticəsində çirklənən hava, tərkibinin təmizliyinə nəzarət edilməsi tam mümkün olmayan su və xaricdən daşınan çeşid-çeşid ərzaqlarla yanaşı daha çox pul qazanmaq naminə meyvələrin genini dəyişən, toyuğu çox qısa müddətdə dərmanla şişirdən, inəyi iyirmi gündə maksimum kökəldən, içkiləri zərərli poroşoklardan hazırlayan və bu kimi yüzlərlə şərəfsiz əməllərə əl atan işbazlarla mübarizə aparmaq səhiyyənin gücündən xaric məsələdir. Ümumilikdə böhranlı vəziyyətin yaranmasına təkan verən amillər kənardan olsa da sistemin dağılması, çökməsi, öləziməsi daxilin problemidir. Bu sahədə ya nazir özündə güc toplayıb vəziyyəti dəyişmək üçün hərəkətə keçməli, ya da ölkə rəhbərliyi siyasi iradə nümayiş etdirməlidir. Əks halda öləziməkdə olan səhiyyə sistemi digər sahələrin zədələnməsinə fəsadlar törədəcəkdir.

Əli bəy Azəri
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
Geri

Oxşar yazılar :

    
  • Artıq səhiyyə işçiləri həyəcan təbilini döyəcləyirlər, nazir Oqtay Şirəliyev isə hər şeydən xəbərsiz kimi susmağa üstünlük verir

    Artıq səhiyyə işçiləri həyəcan təbilini ...

    31-03-2015, 01:10

  • 
  • Oqtay Şirəliyev yola salınır? – Səhiyyə naziri iş otağını boşaldıb

    Oqtay Şirəliyev yola salınır? – Səhiyyə naziri iş ...

    18-10-2019, 14:49

  • 
  • Oqtay Şirəliyev səhiyyə naziri vəzifəsindən azad edilib

    Oqtay Şirəliyev səhiyyə naziri vəzifəsindən azad ...

    23-04-2021, 21:03

  • 
  • Oqtay Şirəliyev ÜST-nin Avropa üzrə Regional Komitəsinin sessiyasında çıxış edib

    Oqtay Şirəliyev ÜST-nin Avropa üzrə Regional ...

    14-09-2020, 19:57

  • 
  • Oqtay Şirəliyev istefa versin!

    Oqtay Şirəliyev istefa versin! ...

    15-03-2020, 20:14


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (253)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı Antivirusdan istiafdə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu