GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Maraqlı » “3-cü qüvvə”, “5-ci element”

“3-cü qüvvə”, “5-ci element”

Tarix: 7-02-2013, 10:09 Bölmə :Maraqlı Baxış: 1 010
“3-cü qüvvə”, “5-ci element”

Yeni hərəkatın əsl sirri “Gündəm-xəbər”də

Ziyalılar Forumunun üzvü, tanınmış kinorejissor Rüstəm İbrahimbəyovun “3-cü qüvvə” adlı yeni bir hərəkatın elan ediləcəyi ilə bağlı açıqlaması ictimaiyyət tərəfindən maraqla qarşılanıb. Hər zaman ciddi və sensasion addımların müəllifi kimi tanınan R.İbrahimbəyovun bu dəfə də ortaya ciddi bir fəaliyyət qoyacağı gözləniləndir. Hələlik “3-cü qüvvə”nin zərbə qüvvəsi, potensialı, güc və təzyiq rıçaqları bəlli olmasa da, Rüstəm İbrahimbəyovun verdiyi açıqlamalardan yeni birliyin yaranma səbəbləri və üstlənəcəyi missiya ilə bağlı müəyyən informasiyalar almaq mümkündür. Lakin hələ ki, R.İbrahimbəyovun “3-cü qüvvə” –“El” hərəkatı ilə bağlı daha geniş açıqlama verməməsi yalnız sadə vətəndaşlar üçün deyil, ölkənin siyasi həyatında aktiv rol oynayan şəxslər üçün də bu məsələni xeyli dərəcədə müəmmalı edib. Bu baxımdan günümüzün rakursundan “3-cü qüvvə” ilə bağlı açıqlamalar məşhur “5-ci element” filmini yada salır. Hansı ki, həmin filmdə də 5-ci elementin mahiyyətinin tam olaraq nədən ibarət olduğu filmin qəhrəmanları üçün müəmmalı qalır və yalnız sonda bəlli olur. Fəqət bugünlərdə özəl mənbələrdən aldığımız informasiyalar əsasında apardığımız araşdırma “3-cü qüvvə”nin mahiyyəti və bütövlükdə yeni hərəkatın məğzi ilə bağlı müəyyən ehtimallar irəli sürməyə imkan verir.

“3-cü qüvvə”nin ideya müəllifi kimdir?

Aldığımız məlumatdan görünür ki, yeni hərəkatın və bütövlükdə “3-cü qüvvə” ideyasının əsas müəllifi R.İbrahimbəyov ola bilər. Bununla belə, çox güman ki, R.İbrahimbəyov bu ideyanın qəbulundan öncə məlum məsələ ilə bağlı yaxın çevrələri ilə ciddi məsləhətləşmələr aparıb. Yalnız müəyyən müzakirə və söhbətlərdən sonra, özünə və elan etməyə hazır olan hərəkata dəstək veriləcəyinə əmin olan R.İbrahimbəyov, “3-cü qüvvə” ilə bağlı anonslara start verib. Lakin məlum olduğu kimi, bu anonslarda da yeni hərəkat və birlik modeli ilə bağlı geniş məlumat yoxdur. Məhz bu baxımdan ehtimal etmək olar ki, R.İbrahimbəyovun verdiyi açıqlamalar həm də bir növ ictimai rəyi yoxlamaq məqsədi güdür. Şübhəsiz, R.İbrahimbəyov bu məsələdə iqtidar və ona yaxın olan qüvvələrin hansı mövqe sərgiləyəcəyini gözəl bilirdi. Lakin R.İbrahimbəyov üçün əhəmiyyət kəsb edən əsas amil ölkə müxalifəti və bitərəf siyasilərin sərgiləyəcəyi mövqe idi. R.İbrahimbəyovun ölkə mətbuatının köməyi ilə apardığı kəşfiyyat növbəti addımların atılması üçün təməl zəminin mövcud olduğunu göstərdi. Məhz bundan sonra R.İbrahimbəyov və onun kölgədəki komandası növbəti addımlar üçün ciddi hazırlığa start verdi.

“3-cü qüvvə”nin zərbə qüvvəsi kimlərdir?

Apardığımız araşdırma nəticəsində R.İbrahimbəyovun şərti olaraq “3-cü qüvvə” – “El” hərəkatı adlandırdığı yeni birlik formatının zərbə qüvvəsinin kimlərdən təşkil olunduğuna da aydınlıq gətirdik. Belə ki, əldə etdiyimiz məlumata görə, “3-cü qüvvə”nin əsas zərbə qüvvəsi gənclər olacaq.
Zərbə qüvvəsi kimi niyə məhz gənclərin seçilməsinə gəlincə, bunun bir neçə səbəbi mövcuddur. Bu səbəblərdən ən əsası bu gün siyasi-mənəvi aşınmaya məruz qalan və öz qüvvəsinin önəmli bir qismini daxili mübarizələrə sərf edən ənənəvi müxalifətdən fərqli olaraq gəncliyin daha real, daha dinamik və daha mübariz bir qüvvə olmasıdır. R.İbrahimbəyov haqlı olaraq belə hesab edir ki, bu gün bir-birini satqınlıqda və xəyanaətdə ittiham edən, heç cür bir araya gəlməyən müxalifətin zəifləyən sosial bazası “3-cü qüvvə”ni çox da uzağa apara bilməz. Bundan başqa, məlum sosial baza ənənəvi müxalifətin inhisarında olduğu üçün R.İbrahimbəyov üçün bu qüvvələri istədiyi kimi idarə etmək də olduqca çətindir. Məhz bu səbəbdən də R.İbrahimbəyov bu məsələdə yeni və daha aparıcı bir qüvvəyə istinad etmək istəyir ki, bu qüvvə də gənclikdir. Ehtimal ki, R.İbrahimbəyov gəncliyin qüvvəsinə istinad edərək yalnız ölkə iqtidarını deyil, müxalifətdəki müəyyən dairələrə də təzyiq göstərməyə, onları özü ilə razılaşdırmağa vadar etməyə çalışır. Gəncliyin təbii keyfiyyətləri – coşqu və cəsurluğu da R.İbrahimbəyovun seçimində rol oynayan əsas amillərdən biri hesab edilir.

Yeni hərəkat Eldar Namazovun əlinə oynayacaq?

Ehtimal ki, R.İbrahimbəyov “3-cü qüvvə” vasitəsi ilə xalqın və müxalifətin geniş birliyinə nail olmaq istəyində tamamilə səmimidir və bu baxımdan onun bu yöndəki bütün açıqlamalarına bel bağlamaq olar. Lakin yeni qüvvənin son və həlledici məqamda, yəni mövcud rejimi devirdikdən sonra Ziyalılar Forumunun digər üzvü Eldar Namazovun əlinə oynayacağı ilə bağlı ciddi şübhələr mövcuddur. Məlum siyasi proseslərin E.Namazovun prezident seçkilərinə hesablandığı ehtimalı qüvvətləndirən bir çox məqam var ki, bu da “3-cü qüvvə”nin ilkin mərhələdə tanınmış politoloqa yaxın olan gənclər təşkilatları hesabına formalaşması ilə bağlıdır. “3-cü qüvvə”nin fəaliyyətə başlamasından sonra E.Namazovun R.İbrahimbəyovdan fərqli olaraq gənclərlə daha çox və daha yaxından işləməsi də nəzərdə tutula bilər. Ehtimala görə, “3-cü qüvvə” müxalifətin birliyi və mövcud rejimin devrilməsi zərurəti ideyasını təbliğ və icra etməklə yanaşı, E.Namazovun yeni dönəm prezidentliyi üçün ən uyğun namizəd olduğu fikrini də təbliğ edə, heç deyilsə onun müxalifətin iki ən populyar lideri hesab edilən İsa Qəmbər və Əli Kərimliyə bərabər güc olduğunu ortaya qoymağa çalışa bilər.

Eldar Namazovun ikinci planda yer almasına səbəb nədir?

Məlumata görə, əslində “3-cü qüvvə”nin yaradılması ilə bağlı anonsların məhz E.Namazov tərəfindən səsləndirilməsi nəzərdə tutulsa da, daha sonra yeni hərəkatın məhz R.İbrahimbəyovun dili ilə elan edilməsinin daha məqsədəuyğu qərara alınıb. R.İbrahimbəyovun komandası ilə yanaşı, E.Namazovun özü də hesab edib ki, yeni birliyin hörmətli kinorejissorun xeyir-duası ilə elan edilməsi ictimai rəyə təsir baxımından daha effektiv olar. R.İbrahimbəyovun ictimai düşüncədəki çəki və nüfuzuna görə E.Namazovdan daha üstün olduğu hər kəs, o cümlədən, E.Namazovun özü tərəfindən də qəbul edilən həqiqətlərdəndir. Bundan başqa, R.İbrahimbəyovun “Milyaderlər ittifaqı”nın üzvü kimi məlum qurumdakı şəxslər, həmçinin Rusiyanın bir sıra dairələri ilə də müəyyən əlaqələrə malik olduğu güman edilir ki, bu da “3-cü qüvvə”nin çətin məqamda lazımi dəstəklə təmin edilməsi baxımından mühüm rol oynayır. Yəqin ki, bu və digər amillər səbəbilə hazırda R.İbrahimbəyovun önçüllüyünü lazım hesab edən komanda E.Namazovun hələlik ikinci planda qərarlaşmasını daha məntiqli hesab edir.

“3-cü qüvvə” ənənəvi müxalifəti necə “əridəcək?”

Yaxın gələcəkdə əməli baxımdan fəaliyyətə başlayacaq “3-cü qüvvə”nin ənənəvi müxalifətin illər uzunudur ki, mövcud olan nizamını da ciddi şəkildə dəyişəcəyi, daha doğrusu, bu gün özünü əsas güc hesab edən bir çox müxalifət partiyasını özündə birləşdirəcəyi gözləniləndir. Müxalifətin birlik ideyasının aktual olduğu qədər də mümkünsüz olduğu bir zamanda bu birliyin necə və hansı formada baş verəcəyinə gəlincə, “3-cü qüvvə”nin bununla bağlı ehtimal edilən planı olduqca maraqlıdır. Çox güman “3-cü qüvvə”nin ideya müəllifləri hesab edir ki, əgər onlar həqiqətən də öz sıralarını yüz minlərlə xalq kütləsi hesabına genişləndirə, xalqı öz arxalarıycan aparan qüvvəyə çevrilə bilsələr, o zaman avtomatik olaraq Müsavat, AXCP və digər müxalifət partiyaları da istər-istəməz onlara qoşulmaq məcburiyyətində qalacaq. Çünki belə bir qüvvəyə qoşulmamaq proseslərdən tamamilə kənarda qalmaq demək olacaq ki, bu da heç bir müxalif siyasi partiyanın maraqlarına cavab vermir. Bu baxımdan, “3-cü qüvvə”nin ənənəvi müxalifəti özündə birləşdirmək planı olduqca məntiqlidir. Bu cür birləşmənin digər üstün cəhətləri isə bunun həm təbii, həm də zəhmətsiz başa gəlməsi ilə bağlıdır. Yəni hər şey planlaşdırıldığı kimi cərəyan edərsə, o zaman yəqin ki,“3-cü qüvvə”nin hər hansı siyasi partiyanı öz ətrafında birləşdirmək üçün əlavə qüvvə sərf etməsinə ehtiyac qalmayacaq.
İlqar Rəsulov
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • MSK-dan Rüstəm İbrahimbəyovla bağlı yeni açıqlama

    MSK-dan Rüstəm İbrahimbəyovla bağlı yeni açıqlama ...

    28-08-2013, 10:26

  • 
  • “Rüstəm İbrahimbəyovun namizədliyi sonacan müdafiə olunacaq”

    “Rüstəm İbrahimbəyovun namizədliyi sonacan ...

    13-08-2013, 00:33

  • 
  • Rüstəm İbrahimbəyovun evi Milli Şuranın ofisi olacaq

    Rüstəm İbrahimbəyovun evi Milli Şuranın ofisi ...

    12-07-2013, 14:23

  • 
  • “Rüstəm İbrahimbəyovun namizədliyi müzakirə olunacaq”- AÇIQLAMA

    “Rüstəm İbrahimbəyovun namizədliyi müzakirə ...

    6-06-2013, 12:31

  • 
  • Rüstəm İbrahimbəyovun sənədləri MSK-ya təqdim olundu

    Rüstəm İbrahimbəyovun sənədləri MSK-ya təqdim ...

    22-08-2013, 12:18


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (268)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu