GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Maraqlı » Uçulan körpü və keçidlərimiz də yollarımızın günündədir...

Uçulan körpü və keçidlərimiz də yollarımızın günündədir...

Tarix: 14-04-2015, 22:02 Bölmə :Maraqlı Baxış: 0
Uçulan körpü və keçidlərimiz də yollarımızın günündədir...

Hələ bir müddət əvvəl istifadə etdiyimiz ərazi - metronun "Xalqlar dostluğu” stansiyasının yaxınlığındakı yol ötürücüsü də yaxşı vəziyyətdə deyildi. Qafqazın ən böyük yol ötürücüsü hesab edilən bu körpünün bir hissəsi hələ bir müddət əvvəl bir neçə metr çökmüşdü. Vəziyyət o həddə idi ki, buradan sürücülər belə, keçməyə ehtiyat edirdi. İndi eyni vəziyyət Neftçala rayonunun girişindəki ard-arda olan üç körpünün mənzərəsidir. Xatırlatmaq yerinə düşər ki, həmin körpülərdən uşaqlar piyada məktəbə gedərkən istifadə etməli olurlar. Həyati risk daşıyan Neftçala körpüsü də bu gün icra başçısının tamahına tuş gəlib.

Elə Bakıdakı Dərnəgül yolunun bəzi əraziləri də bu kökdədir. Asfalt yolun bəzi yerlərdə dağılması ərazini elə iflic vəziyyətə salıb ki, maşınlar saatlarla tıxacda qalırlar. Paytaxtda asfalt yolların tez-tez sıradan çıxmasını onun başdansovdu çəkilməsi ilə əlaqədardır. Yollar elə salınmalıdır ki, yağış-qar yağanda sular yolun ortasında qalmasın. Ancaq bəzi ərazilərdə, xüsusən də paytaxtdan kənarda bu qaydalara əməl edilmir. Ona görə də asfalt örtük tez korlanır, yollarda iri çatlar əmələ gəlir. Asfalt döşəmələrin keyfiyyətsiz olması üzündən suyun asfaltın alt qatına keçməsi onun korlanmasına səbəb olur. Yolsalma normativlərinə əməl olunmasından danışmaq çox çətindir. Nəqliyyat Nazirliyinin işçiləri bəzi köhnə yolların üzünü qaşıyıb yenidən asfaltlayırlar. Nəticədə yollar bərbad hala düşür. Məsələn, "Azadlıq” metrostansiyasının sağından keçən yolun iki

addımlığında yerləşən eni 2, uzunluğu isə 25 metr olan piyadalar üçün nəzərdə tutulan hərəkət zolağı əvvəllər tamamilə bərbad vəziyyətdə idi. Sonradan burda bir sıra kosmetik işlər görülsə də, vəziyyət əsaslı dərəcədə dəyişmədi. Bu azmış kimi, sonradan "Bolluq bazarı”ndan üzü yuxarı yol bir neçə yerdən də qazıldı. Paytaxtın ayrı-ayrı yerlərində yaşayan sakinlər, xüsusən də yaşlı adamlar bərbad yollarda yeriməyə əziyyət çəkdiklərini deyirlər. Vətəndaşlar yolların vəziyyəti ilə bağlı dəfələrlə Nəqliyyat Nazirliyinə, habelə digər qurumlara müraciət edirlər. Amma nəticələr də göz qabağındadır. Eyni məqamda paytaxtın ayrı-ayrı mərkəzi ərazilərinin bir neçə yerinə asfalt vurulur. Amma əgər hansı yol bərbad haldadırsa, ora asfalt vurulması «yaddan çıxır».

Asfaltlama işi çox ləng, sönük şəkildə davam etdirilir. Şübhəsiz ki, işlərin yarımçıq olması əsas nöqsandır. Xüsusilə infrastruktur layihələrinə gəldikdə, ilk növbədə, magistral yolların tikintisi və təmiri aparılmalı olsa da, işlər məlum səbəblər üzündən yarımçıq şəkildə həyata keçirilir. Kənd yollarının tikintisi isə bir çox hallarda aparılmır. Bir sözlə, nəqliyyat infrastrukturu sahəsində problemlər çoxdur. Dövlət üzərinə düşən bütün vəzifələri icra edir. Amma əfsuslar olsun ki, nəqliyyat sahəsində kifayət qədər boşluqlar mövcuddur. Şəkillərdə gördüyünüz hansısa ucqar dağ kəndi deyil, Bakının mərkəzi sayıla biləcək küçələridir. Hələ bu il 2015-ci ilin Avropa yay olimpiya oyunlarının bir hissəsini qəbul etməyə belə hazırlaşırıq. Amma mərkəzdə bu cür mənzərənin olması heç də ürək açan deyil. Nəzərə alsaq ki, bu cür vəziyyətlər ölkəmizin müvafiq orqanlarının da diqqətindən yayınmır, o zaman aidiyyəti qurumların, cavabdeh şəxslərin laqeydliyinə anormallıqdan başqa heç bir ad qoymaq mümkün deyil. Başqa sözlə desək, qəsəbədaxili yollar bərbad vəziyyətdədir, bir çox hallarda torpaq yollarıdır, heç asfalt da yoxdur.

Yağış, qar yağanda oradan keçmək mümkün deyil. Dövlət başçısının hələ bir müddət əvvəl imzaladığı sərəncamda da Bakı şəhəri ərazisində qəsəbələrarası və qəsəbədaxili avtomobil yollarının tikintisi və təmirinin vacibliyi vurğulandı. Bu istiqamətdə müəyyən işlər görülsə də, ara yerlərdəki bərbad yollar nəticələrin ürəkaçan olmadığını deməyə əsas verir. Ümumiyyətlə, hər il bu məqsədlərlə dövlət büdcəsindən milyonlarla manat vəsait ayrılır, lakin vəziyyət hələ də ürəkaçan deyil. Müşahidələr göstərir ki, müvafiq qurumlar daha çox gediş-gəliş, daha çox diqqət mərkəzində olan yollara xüsusi diqqət göstərirlər, nisbətən gözdən uzaq yerlərdə isə işə ciddi yanaşılmır. Adətən söz paytaxt yollarının vəziyyətindən düşəndə yada ilk növbədə Nəqliyyat Nazirliyi düşür və çoxları məsuliyyəti bu qurumun üzərinə atır. Prezidentin ötən ilki sərəncamından sonra artıq sürətli işə başlanıldı, bir neçə qəsəbədə yollar asfaltlandı. Amma təmirə ehtiyacı olan yollarda asfaltsalma işləri sonadək başa çatdırılmadı. Söylədiklərimiz Bakıya aiddirsə, görün bölgələrdə vəziyyət necədir. Siz Bakıdan çıxıb həmin Kürdəmir magistral yolu ilə rahat hərəkət edərkən Ucar-Zərdab istiqamətinə dönmüş olsanız, o zaman qara gününüzü indidən qablaşdırın. Ölkəmizdə yeni salınmış yollardan olan Bakı-Kürdəmir yolu Gəncəyə, oradan da Gürcüstan sərhədinə qədər uzanır. Lakin bu rahat yolun 250-ci kilometrində sol tərəfə daha bir dönüş var.

Söhbət Ucar və Zərdab rayonlarına aparan 30-40 kilometrlik yoldan gedir. Siz Bakıdan çıxıb həmin Kürdəmir trası ilə rahat hərəkət edərkən qeyd etdiyimiz Ucar-Zərdab istiqamətinə dönmüş olsanız, o zaman hansı çətinliklərlə qarşılaşacağınızı gözünüzün önündə indidən canlandırın. Bu yol o qədər bərbaddır ki, hətta onun fotolarını çəkib təqdim etməklə də vəziyyəti olduğu kimi çatdırmaq mümkün deyil. Obrazlı desək, Ucar yolunda tektonik hadisələr baş vermiş, asfalt qabararaq bir-iki metr hündürlükdə təpələr əmələ gəlmişdir. Əməkdaşımızın da hazırladığı reportajlarda Ziya Məmmədovun ata yurduna aparan bu yolda gerçəkdən heyrətamiz mənzərələr var. Maraqlı bir məqam da ondan ibarətdir ki, bu bərbad yol ölkənin yollarına cavabdeh olan nəqliyyat naziri Ziya Məmmədovun ata ocağına aparır. Biz o yoldan keçib gələndə düz Bakıya kimi fikirləşdik ki, görəsən, Ziya Məmmədov axırıncı dəfə öz ata yurdunda nə vaxt olub? Ziya Məmmədov ötən ilin birinci yarısı ilə bağlı hesabatında bildirdi ki, 6 ayda respublikamızda 430 kilometr yol təmir olunub. Maraqlıdır, bəs nə üçün həmin yol abadlaşdırılmayıb? 2013-cü ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında çıxış edən Ziya Məmmədov bildirdi ki, Gəndob-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun tikintisi, Qəbələ-Ağdaş, Ağstafa-Poylu avtomobil yollarının yenidən qurulması, Qəbələ-Oğuz, Kürdəmir-İmişli, Bəhramtəpə-Biləsuvar avtomobil yollarının əsaslı bərpa işləri, həmçinin Cəlilabad-Yardımlı, İsmayıllı-Lahıc, Qusar-Ənik-Ləzə, Xocasən-Lökbatan, Şəki-Qax və digər yerli əhəmiyyətli avtomobil yollarında yenidənqurma və əsaslı təmir işləri aparılıb.

Düzdür, Bakıda bir sıra irimiqyaslı nəqliyyat layihələri həyata keçirilib. Amma paytaxtda 572,2 kilometr yolun əsaslı təmir olunması, 32 yol qovşağının, bu yol qovşaqlarında 35 körpünün, yol ötürücülərinin və tunellərin tikilməsi, 50 yeraltı və yerüstü piyada keçidlərinin inşası, 10 yeraltı piyada keçidin isə təmir olunması bir qədər şübhəli görünür. Əgər Bakı şəhərində dünyanın ən müasir nəqliyyatı intellektual idarəetmə mərkəzlərindən biri istismara verilibsə, marşrut avtobusları niyə qrafikə əməl etmirlər? Ziya Məmmədovun öyündüyü dünyanın ən müasir nəqliyyatı intellektual idarəetmə mərkəzi paytaxtda həqiqətən də normal çalışırsa, nə üçün «175» saylı, Hövsan-Səməd Vurğun bağı istiqamətində hərəkət edən marşrut avtobusları günorta çağlarında 45 dəqiqəyə sərf etdikləri məsafəni axşam saat 19-dan sonra nə üçün 1 saat 40 dəqiqəyə gedirlər? Olmaya marşrut sahibi nəqliyyat müfəttişlərini

lazımınca «görüm-baxım» edir? Bakı şəhərində nəqliyyat axınlarının səmərəli idarə olunması məqsədilə əsas yol kəsişmələrində işıqforların idarə edilməsi üçün qurulan nəqliyyat siqnallarına nəzarət sistemi və "Yaşıl dalğa” tədbirlərinin tətbiqi şəhərdə nəqliyyat axınına o qədər də müsbət təsir etmədi. Nəticədə avtomobillərin orta hərəkət sürəti 35 km/saat-dan 48 km/saat-a qədər, küçələrin ötürücülük imkanı orta hesabla sutkada 20,2 min avtomobildən 27,7 min avtomobilə qədər artdı.

Bakı və onun ətraf qəsəbələrin sosial-iqtisadi inkişaf proqramında başlıca məsələlərdən biri şəhər və ətraf qəsəbələri birləşdirən yolların təmiri və yenidən qurulmasıdır. Dövlət büdcəsindən ayrılmalarla burada həmçinin qəsəbədaxili yolların da yenilənməsi nəzərdə tutulub. Bu məqsədlə, cari və bundan əvvəlki illərdə müvafiq işlər görülsə də, nəticələr ürəkaçan deyil. Məsələ burasındadır ki, şəhər mərkəzi ilə yanaşı, ətraf qəsəbələrə gedən yollarda da demək olar ki, yamaqlama işləri həyata keçirilib. Biz hələ onu demirik ki, asfaltlanaraq istifadəyə verilən yeni yollar bir müddətdən sonra sıradan çıxır. Bunun səbəbləri barədə qəzetimizdə dəfələrlə müzakirələr olub. Amma vəziyyət yenə də olduğu kimi qalmaqdadır. Mütəxəssislər hesab edirlər ki, avtomobil yollarına ayrılan vəsaitlər düzgün istiqamətdə xərclənmir. Nəticədə yollar keyfiyyətsiz təmir olunur. Bunlara baxmayaraq, ötən il dövlət büdcəsindən Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair yolların bərpasına 5 milyon manat vəsait ayrıldı. Ölkə başçısının imzaladığı sərəncama əsasən, iki yüz min nəfərə yaxın əhalinin yaşadığı Zabrat, Maştağa, Pirşağı, Kürdəxanı, Buzovna, Bilgəh qəsəbələrini Bakı şəhəri ilə birbaşa birləşdirən Zabrat - Maştağa - Buzovna və Zabrat - Kürdəxanı - Pirşağı avtomobil yollarının I texniki dərəcəli standartlara uyğun yenidən qurulması üçün 2012-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentin Ehtiyat Fondundan Nəqliyyat Nazirliyinə 5 milyon manat ayrıldı.

Sərəncama görə, Maliyyə Nazirliyi nəzərdə tutulan məbləğdə maliyyələşməni müəyyən olunmuş qaydada təmin etməli, Nazirlər Kabinetinə isə bu sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırıldı. Ekspertlər hesab edir ki, Bakı şəhəri və onun ətraf qəsəbələrinin avtomobil yollarının təmiri 2006-cı il dövlət başçısının sərəncamından irəli gələn məsələlərdir. O gündən bu günə kimi, daim Bakı və ətraf ərazilərdə yolların təmiri və yenidən qurulması üçün böyük vəsaitlər xərclənir, amma işlər yaxşı görülmür. Bu günə qədər bu yollara həddən ziyadə çox vəsaitlər plansız şəkildə sərf olunub. Amma təəssüflər olsun ki, yollar təmir, yaxud yenidən qurularkən beş gündən sonra bir «əmma»sı çıxır. Məlum olur ki, o yola yenidən kommunikasiya xətti çəkilməli, yaxud əlavə yardımçı işlər görülməlidir.

Ona görə də, bu gün Bakı şəhərində yolların tikintisindən söhbət gedəndə belə başa düşürük ki, yollar bizi çox uzaqlara aparacaq. Yəni yolların tikintisinə hələ çox xərclər gedəcək. Çünki yolları bu formada heç cür düzəltmək olmaz. Sovet dönəmində hər bir iş planlaşdırma əsasında aparılırdı. Məsələn, bir yol istifadəyə veriləndə bildirilirdi ki, həmin yola müəyyən kosmetik düzəlişlərdən başqa düz 15 il əsaslı vəsait qoyulmayacaq.

Ülkər
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
Geri

Oxşar yazılar :

    
  • Ziya Məmmədovun tikdiyi körpü fontan vurdu- VİDEO

    Ziya Məmmədovun tikdiyi körpü fontan vurdu- VİDEO ...

    17-10-2016, 19:57

  • 
  • Zəfər yolunun tikintisinin 80 faizi başa çatıb - RƏSMİ

    Zəfər yolunun tikintisinin 80 faizi başa çatıb - ...

    16-06-2021, 14:36

  • 
  • Cənub bölgəsinə şad xəbər: yolunuz düzəlir

    Cənub bölgəsinə şad xəbər: yolunuz düzəlir ...

    21-11-2015, 12:41

  • 
  • Bakı-Sumqayıt yolunda körpü uçurduldu

    Bakı-Sumqayıt yolunda körpü uçurduldu ...

    20-10-2014, 14:55

  • 
  • Tərtər icra başçısının ifşa olunan hesabatı

    Tərtər icra başçısının ifşa olunan hesabatı ...

    23-11-2014, 00:26


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (315)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu