Son illər vətəndaşların ən çox şikayət etdikləri sahələrdən olan Baş Dövlət Yol Polis İdarəsinin əməkdaşları özləri üçün nəticə çıxarsalar daha yaxşı olar. Doğrudur, qanunlara əməl etməyən, sərxoş vəziyyətdə maşınları idarə edən və bir çox yol hərəkəti qaydalarını kobudcasına pozan sürücülərin də əl-üzünü yumaq günah sayılar. Söhbət isə elə də qayda pozuntusuna yol verməyən, dinc sürücülərə olan “basqınladan” gedir. Bu önəmdə BDYP idarəsinin 9-cu Tağımında olan özbaşınalıqlar daha qabarıq şəkildə özünü biruzə verir. Səbəbi isə hamıya aydındır. 9-cu tağımda çalışan zabitlərdən savayı adi yol patrul xidməti əməkdaşları əyinlərinə bu peşənin geyimlərini geydikdə, sanki kobudlaşır, vətəndaşlarla danışıqlarında etik qaydalardan kənara çıxır və nəyin bahasına olur-olsun qarşısındakını özlərinə tabe etməyə çalışırlar. Biz əvvəlki yazılarımızda da qeyd etmişdik ki, bu göstəricilərin hamısı onalrın işə girərkən təhsilsizliyindən, maarifləndirilməməsindən, eyni zamanda əksəriyyətinin təsadüfi və imkanlııların balası olmasından xəbər verir.
Qazax şəhər sakini Vəlizadə Toğrul Nizami oğlunun redaksiyamıza ünvanladığı şikayət ərizəsini oxuduqda, qarşı tərəfin fikrini öyrənmək istəsək də cavab verməmələri, onu göstərir ki, şikayətçilər nahaqdan gileylənmirlər.
Yuxarı Salahlı kəndində yolunu kəsdilər.
Vəlizadə Toğrul 5 aprel 2015-ci ildə, saat 19 radəsində Sınıq Körpü Sərhəd Gömrük Keçid Məntəqəsindən “AUDİ” markalı, 20 DK 470 dövlət nömrə nişanlı maşını ilə evlərinə qayıdarkən, Qazxın Yuxarı Salahlı kəndinin girəcəyində 90 YP 851 nömrəli, BMV markalı maşını idarə edən YPX əməkdaşları, polis çavuşları Anar Yahyayev və Etibar Hüseynov tərəfindən saxlanılır. Özlərini təqdim etmədən sürücünü “BMV”-nin arxasına çəkən YPX əməkdaşları ona maşının arxasındakı pərdənin qanunsuzluğunu izah edirlər. Toğrul isə, nə etməsini bildirir. Onun ərizəsində yazdığı kimi, polis işçiləri Toğrulu buraxmaları üçün 50 manat pul istəyirlər. Dedikləri ilə razılaşmayan Toğrul sürüklənərək “BMV”-nin qabağına, düz kameranın qarşısına gətirilir. Yenidən məsələ təkrarlanır, nəticədə Toğrula 150 manat cərimə yazılır.
Toğrulun ağıla batan izahı.
Toğrul Vəlizadə ali təhsil alamasa da, belə çıxır ki, hüquqlarını yaxşı bilir. O, ərizəsində göstərir: “ Doğrudur, mənim maşınımda pərdə var. Qanunla olmaz. Məni saxlayıb cərimə edən YPX əməkdaşları maşınımdakı pərdəni qanunla söküb yola salmalı idilər. Lakin bunu etmədilər. Sadəcə , 150 manat cərimə edib yola saldılar. Onların kimliyini mən idarə etdikləri dövlət maşınına görə başqa YPX əməkdaşlarından öyrənə bildim. Özlərini nə üçün təqdim etmədilər? Qaldı ki, mənə verdikləri cərimə kağızı parçasında sadəcə imza qoyulub. Nə ad var, nə də soyad. Bunu necə başa düşmək olar?
Tabel silahını itirdi, yenə yerində qaldı.
Araşdırmalar zamanı məlum olur ki, Toğrul Vəlizadə ilə “BMV”-nin arxasında “zakon talkavat” edən polis çavuşu Etibar Hüseynov xiodməti zamanı düz 2 dəfə tabel silahını itiribmiş. Etibarın yenidən bu işdə çalışması, görəsən hansı qanunla tənzimlənib? (Yazılanda ki, YPX-də təsadüfi, arxalı adamların balaları çalışır, onda kimlərsə yazı müəllifinin haqsız danışdığını dilə gətitirlər).
Etbar Hüseynov haqqında o da söylənilir ki, işə qəbul ediləndə özünün 07 markalı minik avtomobilini idarə edirdi. Hazırda isə 57 BB 001 dövlət nömrə nişanlı, Yaponiya istehsalı olan “CAMAY” markalı minik maşınını idarə edir. Bu hansı vəsait hesabınadır?
Kimlərdəsə nöqsan axtaranlarda nöqsan olmasa daha yaxşı olar. Xüsusilə də, BDYP-ni 9-cu Tağımının əməkdaşları olan Etbar Hüseynov və Anar Yəhyayev də...
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?