İcra başçılarının tutduqları vəzifə və sahib olduqları yetkidən istifadə edərək müxtəlif yollarla qanunsuz gəlirlər əldə etdiyi hər kəsə məlumdur. Bugünlərdə özəl mənbədən redaksiyamıza daxil olan məlumatda icra başçıları ilə bağlı yeni informasiya yer alıb. Mənbənin verdiyi məlumata görə, son vaxtlar kadr islahatı adı altında icra hakimiyyətinə məxsus strukturda ciddi dəyişikliklər aparan icra başçıları bu yolla külli miqdarda vəsaitə əldə etməkdədir.
İcra nümayəndələrinə diplom tələsi
Son iki aydır ki, icra nümayəndələrinin təftiş prosesinə cəlb edildiyini bildirən mənbə, ali təhsil haqqında diplomu olmayan icra nümayəndələrinin tutduqları vəzifədən uzaqlaşdırıldığını bildirib: “İcra başçılarının göstərişi ilə əksər rayonlarda xüsusi təftiş komissiyaları yaranıb ki, həmin komissiyalar rayon rəhbərliyinə tabe olan bütün icra nümayəndələrini təftiş edir. Təftiş prosesində məqsəd ali təhsil haqqında diploma malik olmayan icra nümayəndələrinin vəzifədən azad edilməsi, onların ali təhsilli kadrlarla əvəz olunması ilə bağlıdır. Təbii ki, bu, məsələnin sadəcə görünən tərəfidir. Məsələnin əsl mahiyyətində isə məlum bəhanədən istifadə edərək işdən çıxarılan icra nümayəndələrinin yerinə müəyyən vəsait hesabına bu vəzifədə təmsil olunmaq istəyən şəxsləri yerləşdirmək, bununla da kadr islahatından maddi baxımdan qazanc əldə etməkdir. Başqa sözlə desək, baş verən prosesin mahiyyətində kadr islahatı deyil, icra başçılarının biznes marağı dayanır. Məhz buna görə də təftiş komissiyalarını sərt iş rejimində çalışmağa vadar edən icra başçıları ali təhsili olmayan icra nümayəndələrinin çıxarılmasına ciddi səy göstərir”.
Köçkün rayonlarının icra başçıları “islahata daha meyillidir”[/b]
Mənbənin bildirdiyinə görə, dırnaqarası kadr islahatında məcburi köçkün rayonlarının icra başçıları daha maraqlı görünür: “Proseslərin təhlili göstərir ki, biznes maraqlarına söykənən kadr islahatında yerli rayonlarla müqayisədə məcburi köçkün rayonlarının icra başçıları daha aktiv rol oynayır. Onların bu məsələdə daha çox aktivlik sərgiləməsinin isə bir neçə səbəbi var ki, bunlardan da biri olmayan rayonu təmsil edən icra başçılarının gəlir sahələrinin də az olması ilə bağlıdır. Belə ki, digər rayonlardan fərqli olaraq köçkün rayonlarını təmsil edən icra başçılarının əlində alqı-satqı predmeti olacaq torpaq və digər obyektlərin yoxluğu onlara bu kimi məsələlərdən şəxsi maraqları baxımından yararlanmağa imkan vermir. Elə bu səbəbdən də köçkün rayonlarının icra başçıları zaman-zaman bu və bu kimi üsullardan istifadə edərək kadr islahatları hesabına “çörək pulu” qazanmağa cəhd edir. Bu səbəbdən də icra başçıları atdıqları addımlarınmahiyyətini ört-basdır etmək üçün bunu cəmiyyətə islahat kimi təqdim edir, rayon ictimaiyyətini bu tədbirlərin əhəmiyyətinə inandırmağa çalışırlar”.
[b]Laçın və Qubadlı lider durumda
Laçın və Qubadlı rayonlarının məlum “islahatlarda” lider olduğuna diqqət çəkən mənbə, hər iki rayonda yüzə yaxın icra nümayəndəsinin işdən azad edildiyinə diqqət çəkib: “Məcburi köçkün rayonlara arasında ali təhsilli kadr axtarışına çıxan Laçın və Qubadlı rayonlarının icra başçıları bu yöndə ortaya qoyduqları “əməyə” görə daha çox diqqət cəlb edir. Hər iki rayonda yüzə qədər icra nümayəndəsinin ali təhsilə malik olmadıqları üçün işdən azad edilməsi reallığı bunu sübut edir. Artıq azad edilən icra nümayəndələrinin bir qismi yenləri ilə əvəzlənsə də, hələ boş qalan kifayət qədər kreslo var ki, bu kerslolara “layiqli namizəd” axtarışı davam edir. Bundan başqa, təftiş işləri də paralel olaraq davam etdirilməkdədir. Aparılan təftiş prosesinin sonucunda ali təhsil diplomu olmayan bütün icra nümayəndəlrimnin işdən azad edilməsi prqonozlaşdırılır ki, bu da həm işdən çıxan, həm də işdən çıxarılacağı gözlənilən icra nümayəndələrinin etirazına səbəb olmaqdadır. İcra nümayəndələri hesab edir ki, “haqqını verib gəldikləri” postdan onların bu şəkildə uzaqlaşdırılması düzgün deyil və bu, “ədalət prinsipinin pozulması deməkdir”.
Icra başçılarına qarşı kompromat savaşı
Bilgili qaynağın sözlərinə görə, işdən azad edilən icra nümayəndələrinin bir qismi məlum olaylardan sonra icra başçılarından qisas almaq üçün onlara qarşı kompromat savaşına start verib: “Təbii ki, tutduqları vəzifədən azad edilmələri icra nümayəndələri tərəfindən etirazla qarşılanıb və onlardan bəzisi baş verənlərə qarşı açıq da olmasa gizli şəkildə müxalif mövqedə qərar tutub. Bəzi icra nümayəndələri onları işsiz qoyan icra başçılarından qisas almaq üçün rayon rəhbərləri ilə bağlı kompromat savaşına maraq göstərməkdədir. Onların bəzisi iş prosesi zamanı əldə etdikləri bilgiləri mətbuata ötürməklə icra başçıları haqqında mənfi rəy yaratmağa çalışır, rayon rəhbərlərinin qanunsuzlqularını ifşa edirlər. Bu baxımdan yaxın günlərdə icra başçıları ilə bağlı mətbuatın yeni informasiyalardan korluq çəkməyəcəyini proqnozlaşdırmaq olar. Bundan başqa, yeni gələn icra nümayəndələrinin də vəziyyəti stabil hesab edilə bilməz. İcra başçıları baş verənlərə pul yığımı üçün nəzərdə tutulan növbəti kampaniya kimi baxdıqları üçün bəlli bir müddətdən sonra vəzifəyə yenicə gətirilən ali təhsilli kadrların da saf-çürük edilməsi gözləniləndir. Bugünə qədərki təcrübəyə nəzər salsaq, ehtimal etmək olar ki, bir neçə aydan sonra bu şəxslərin də bir qismi “tutduqları vəzifənin öhdəsindən layiqincə gəlmədikləri”, “işdə ciddi nöqsanlara yol verdikləri” üçün işdən azad ediləcək. Bu isə o deməkdir ki, yaxın aylarda icra başçılarına qarşı daha bir kompromat savaşı başladıla bilər”. İlqar Rəsulov
Sorğu
Yeni dizaynımız necədir?