Çinin Shandong əyalətində bir qadın qəssabdan aldığı bifşteklik əti evə gətirib açdığında eynilə bir ürək kimi atdığını gördükdə şok keçirib.
People'S Daily-nin xəbərinə görə, qadın, qəssabdan aldığı təzə əti evinə apardıqdan bir saat sonra bifşteks etmək üçün mətbəx dəzgahının üzərinə qoyub. Ancak qadın ətin tərpəndiyini görüncə şok keçirib. Anasının çağırışı üzərinə mətbəxə gələn oğlu "canlanan" əti cib telefonu ilə çəkib. People'S Dailyyə müsahibə verən bir bioloq titrəmə və sıxılmaların ətin üzərindəki sinir uclarından qaynaqlandığını söyləyib. Kəsilən heyvanlarda zaman- zaman bənzər görüntülərə rastlana bildiyini qeyd edən bioloq, mərkəzi sinir sisteminin ölmüş olmasına qarşı sinir uclarının sonra bir müddət yaşamağa davam etdiyini qeyd edib.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?