GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Maraqlı » Nazir oğlunun oğurlanması kimə lazım olub?

Nazir oğlunun oğurlanması kimə lazım olub?

Tarix: 12-02-2013, 09:58 Bölmə :Maraqlı Baxış: 1 383
Nazir oğlunun oğurlanması kimə lazım olub?

Taleh Heydərov barədə yayılan xəbərin əsl təfərrüatları üzə çıxır

Fövqəladə hallar naziri Kəmaləddin Heydərovun oğlu barəsində yayılan son xəbər böyük rezonans doğurub. Nazir oğlu Taleh Heydərovun Belçikada oğurlanması planı ciddi narahatlığa səbəb olub. Hollandiyada yaşayan “Azərbaycanın Dostları Cəmiyyəti”nin sədri Elman Mustafazadə gunxeber.com-a deyib ki, bir neçə il əvvəl T.Heydərovu Avropada oğurlamaq istəyiblər. E.Mustafazadə hadisənin təfərrüatını belə nəql edib:
“2006-2007-ci illərdə Taleh Heydərovun Belçikada oğurlanması üçün böyük əməliyyat qurulmuşdu. Buradakı Alban və İraq mafiyası bəzi “azərbaycanlılar”ın “navodka”sı ilə Taleh Heydərovu oğurlayaraq külli-miqdarda pul tələb etməliydilər. Bu söhbətə qoşuldum və olmaz dedim. Onlara dedim ki, bu mənim millətimin övladıdır, azərbaycanlıdır, mənim də övladım var, eləməyin. Amma alınmadı. Gördüm vəziyyət çox qəlizdir. Bu məlumatı Azərbaycanın Belçikadakı səfirliyində çalışan çox inandığım bir nəfərə sızdırdım. Bundan sonra Taleh Heydərovun təhlükəsizliyi çox yüksək səviyyədə təmin olundu və onun oğurlanması əməliyyatı baş tutmadı”.
E.Mustafayev deyib ki, həmin vaxt T.Heydərov Britaniyadan Belçika forumuna gəlibmiş: “Bundan sonra Azərbaycandan mənə çıxdılar və bizneslə məşğul olduğumu bildikləri üçün dedilər ki, Azərbaycan gömrüyündə sənə heç bir problem olmayacaq. Bu vədi və prezident İlham Əliyevin Avropadakı Azərbaycan diasporunun güclənməsinin ermənilərlə informasiya savaşında ölkəmizin xeyrinə olduğunu və dövlətin buna maraq göstərməsi ilə bağlı dediklərini nəzərə alaraq düşündüm ki, Azərbaycan gömrüyündə problemlə üzləşmərəm. Azərbaycana ilkin olaraq, test üçün 50 min avroluq mal vurdum. İnanın gömrükdə məni elə günə qoydular ki, 23 ildir yaşadığım qürbət ölkəyə 20 avro ilə qayıtdım”.
E.Mustafayev əlavə edib:
“Bu mənim Kəmaləddin Heydərova etdiyim, bu da onun nəzarətində olan gömrüyün mənə etdiyi. Taleh Heydərovun oğurlanması planı haqda daha çox şeyləri bilirəm və açıqlamağa hazıram. Planını pozduğum qüvvələr isə indi də mənimlə düşməndi. Amma bu məni qorxutmur, millətimin bir gənc övladına qarşı olan təhlükənin qarşısını almışam və kim olmasına baxmayaraq, bununla şərəf duyuram”.
Mustafayevin açıqlaması və nazir oğlu barədə iddiaları ilk baxışdan qərəzli görünə bilər. Ehtimal olunur ki, o gömrükdə üzləşdiyi problemin əvəzində qisas almaq üçün Heydərovun əleyhinə şayiə yayıb. Çünki nazir oğlunu oğurlamaq planı olan mafiya qruplaşması hər halda əməliyyat sirrini açıqlamaz. Əgər belə plandan dostluq cəmiyyətinin sədri xəbər tutubsa, deməli qeyri-ciddi məsələ olub.
Nazir oğlunu oğurlamaq istəyən qüvvələr bunu qeyd-şərtsiz dərhal həyata keçirməlidir. O baxımdan E.Mustafayevin açıqlaması şübhə doğurur. Məsələni aydınlaşdırmaq üçün Hollandiyada yaşayan mühacirlərdən biri ilə əlaqə saxladıq. Adının çəkilməsini istəməyən mənbə internet vasitəsi ilə “Gündəm-xəbər”ə bildirdi ki, əslində nazir oğlunun oğurlanması planı olmayıb. Sadəcə, həmin dövrdə nazirlə konflikti olan qüvvələr arasında biznes savaşı başlanıb.
Onlar da Heydərovu oğlunu oğurlamaqla hədələyiblər. Daha doğrusu, onu yola gətirmək üçün şantaj xarakterli mesaj yollayıblar. Hətta nazir o zaman oğlunun müvəqqəti başqa ölkədə gizlədib. Əslində T.Heydərovun oğurlanması nəzərdə tutulmayıb. Atasından tələb olunan şərti qəbul etməsi üçün belə bir addım atılıb. Mənbə qeyd etdi ki, bu faktın 7 il sonra üzə çıxması kimlərinsə maraqlarına xidmət edir.
A.Ağasoy
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Tale Heydərov ermənilərə qarşı bəyanat yaydı

    Tale Heydərov ermənilərə qarşı bəyanat yaydı ...

    18-07-2014, 03:51

  • 
  • Taleh Bağırov məhkəmədə xütbə dedi

    Taleh Bağırov məhkəmədə xütbə dedi ...

    5-07-2013, 18:01

  • 
  • "Fövqəlnazir"lə bağlı müdhiş plan

    "Fövqəlnazir"lə bağlı müdhiş plan ...

    8-12-2012, 10:51

  • 
  • Prokuror Taleh Xasməmmədova 4 il iş istədi

    Prokuror Taleh Xasməmmədova 4 il iş istədi ...

    22-07-2015, 13:33

  • 
  • Taleh Qaraşovdan 1 milyon manatlıq şok korrupsiya

    Taleh Qaraşovdan 1 milyon manatlıq şok korrupsiya ...

    8-01-2013, 10:18


Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Arxiv xəbərlər

Avqust 2025 (573)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı Antivirusdan istiafdə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu