GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Maraqlı » Elşad Abdullayevin şəxsi nümayəndəsinin hüquqları pozulub

Elşad Abdullayevin şəxsi nümayəndəsinin hüquqları pozulub

Tarix: 17-02-2013, 10:50 Bölmə :Maraqlı Baxış: 1 403
Elşad Abdullayevin şəxsi nümayəndəsinin hüquqları pozulub

Azad Mursaliyevin ölkədən çıxmasına
qoyulan məhdudiyyət aradan götürülmür


Fəaliyyəti dayandırılmız ABU-nun rektoru Elşad Abdullayevlə bu və ya digər şəkildə baş verən qanunsuzluqlar getdikcə artır. Video çəkilişlərlə hələ aylar öncə ifşa olunan Gülər Əhmədovanın həbsini böyük bir hadisə kimi təqdim edən hüquq-mühafizə orqanları əslində yenə də öz qərəzini saxlamaqdadır. Bu dəfə E.Abdullayevin şəxsi nümayəndəsi, həm də bacısı oğlu Azad Mursaliyevin vətəndaş hüquqları kobud şəkildə pozulub.
Məlumat üçün bildirək ki, ötən il noyabrın 1-də şəxsi işi ilə əlaqədar olaraq Şimali Kipr Türk Respublikasına getmək üçün “Türk Hava Yolları” şirkətindən Bakı-İstambul-Ərcan marşurutu üzrə 426 manat 69 qəpiyə təyyarə bileti alır. O 02 noyabr 2012-ci ildə saat 02.30 radələrində Bakı şəhər beynəlxalq hava limanına gəlir və limanın qeydiyyat şöbəsinə yaxınlaşıb, qeydiyyatdan keçir. Amma saat 03.00-da hava limanında dövlət sərhəd xidmətinin yoxlanışından keçərkən həmin xidmətin əməkdaşları tərəfindən pasportu alınır və hava limanının inzibati binasında yerləşən sərhəd məntəqəsinə məxsus növbətçi hissəyə aparılaraq orda saxlanılır.Heç bir səbəb göstərilmədən orda 7 saat saxlanıldıqdan sonra saat 10.00-da Azərbaycan Respublikası Baş prokurorluğunun Telman A.Mursaliyev adlı əməkdaşına təhvil verilir və o Azərbaycan Respublikası Baş prokurorluğunun inzibati binasına aparılır.
Bizimlə söhbətində Azad bəy dedi: “Yolda Telmanla söhbət edən zaman mənə məlum oldu ki, dayım Abdullayev Mahir İslam oğlunun oğurlanması (öldürülməsi) faktına görə başlanmış cinayət işinin istintaqı ilə əlaqədar mənim ölkədən getmək hüququm məhdudlaşdırılmışdır.Azərbaycan Respublikası Baş prokurorluğunun inzibati binasında mən Telmanla birlikdə dayım Abdullayev Mahir İslam oğlunun oğurlanması (öldürülməsi) faktı ilə bağlı cinayət işinin istintaqını aparan müstəqil istintaq komissiyasının iş otağında olduq. Komissiyanın sədri Elmar Camalov, Faiq, Yasin adlı müstəntiqlər və digər tanımadığım şəxslər var idi. Mən onlara öz narazılığımı bildirib onlardan hansı cinayət işinə və hansı əsasla mənim ölkədən getmək hüququmu məhdudlaşdırdıqlarını soruşdum. Elmar Camalov bildirdi ki, bu işdə onların günahı yoxdur, cinayət işinin istintaqını aparan əvvəlki müstəntiq tərəfindən sənin ölkədən getmək hüququn məhdudlaşdırılmışdır. Bu söhbətdən sonra mən sərbəst buraxıldım, mənim hər hansı izahatım və ifadəm alınmadı. Bu da onu göstərir ki, Baş prokurorluq hər hansı hüquqi zəruriyyət olmadan mənim ölkədən getmək hüququmu əsassız olaraq məhdudlaşdırmışdır”.
Bu hadisədən sonra A.Mursəliyev ölkədən çıxmasına qoyulan məhdudiyyətin qanunsuz olması və bu məhdudiyyətin ləğv olunması ilə bağlı məhkəməyə üz tutur: “Hesab edirəm ki,Azərbaycan Respublikasının Baş prokurorluğu mənim ölkədən getmək hüququmu əsassız olaraq məhdudlaşdırmaqla Azərbaycan Respublikası Konstitusiyasının 28-ci maddəsində nəzərdə tutulmuş azadlıq hüququmu pozmuşdur. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 28-ci maddəsinin 3-cü hissəsinə əsasən, qanuni surətdə Azərbaycan Respublikasının ərazisində olan hər kəs sərbəst hərəkət edə bilər, özünə yaşayış yeri seçə bilər və Azərbaycan Respublikasının ərazisindən kənara gedə bilər.
Eyni zamanda “Ölkədən getmək, ölkəyə gəlmək və pasportlar haqqında” 14 iyun 1994-cü il tarixli Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının hər bir vətəndaşı (bundan sonra-vətəndaş) Qanunda nəzərdə tutulmuş qaydada xüsusi ayrılmış nəzarət məntəqələrindən keçib sərbəst surətdə ölkədən getmək və ölkəyə gəlmək hüququna malikdir. Vətəndaş ölkədən getmək və ölkəyə gəlmək hüququndan məhrum edilə bilməz. Bu hüquq yalnız aşağıdakı hallarda məhdudlaşdırıla bilər:
1) Vətəndaş cinayət işi üzrə şübhəli və ya təqsirləndirilən şəxs qismində tanındıqda, məhkum edildikdə və ya barəsində tibbi xarakterli məcburi tədbirlər tətbiq edildikdə-müvafiq olaraq barəsində cinayət təqibi üzrə icraat başa çatanadək, cəzasını çəkib qurtaranadək və ya cəzadan azad edilənədək, yaxud tibbi xarakterli məcburi tədbirlərin tətbiqi ləğv edilənədək;
2) Vətəndaş müəyyənləşdirilmiş qaydada müddətli hərbi xidmətə çağırıldıqda-müddətli həqiqi hərbi xidmət keçənədək və ya qanuna uyğun olaraq ondan azad edilənədək;
3) Beynəlxalq tibbi sanitariya qaydalarına və ya Azərbaycan Respublikasının tərəfdar çıxdığı dövlətlərarası müqavilələrə uyğun olaraq profilaktik peyvəndlər tələb olunan ölkələrə gediş-gəliş zamanı profilaktik peyvəndlərin aparılmasınadək;
4) Məhkəmə qərarı əsasında verilmiş icra sənədinin könüllü icra üçün müəyyən olunmuş vaxtda üzrsüz səbəbdən icra edilməməsinə görə vətəndaşın ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə məhkəmənin qanuni qüvvəyə minmiş qərarı olduqda-məhdudlaşdırmanın götürülməsi barədə qərar qəbul edilənədək.
Dövlət sirri ilə işləməyə buraxılmış şəxslərin tanış olmağa buraxıldığı məlumatın məxfilik müddəti bitənədək, lakin 5 ildən çox olmamaq şərtilə, xarici ölkəyə daimi yaşamağa getmək hüququmüvəqqəti məhdudlaşdırıla bilər.
Hər hansı bir ölkədə fövqəladə vəziyyət və ya insan həyatı, sağlamlığı və azadlığı üçün təhlükə yaranarsa, Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Azərbaycan Respublikasının əhalisini dərhal xəbərdar etməklə, vətəndaşlara həmin ölkəyə getməkdən müvəqqəti çəkinməyi tövsiyyə edə bilər.
Mənimlə bağlı ölkədən getməyimin məhdudlaşdırılmasına səbəb olan qanunvericilikdə nəzərdə tutulmuş hər hansı bir hal baş vermədiyindən prokurorluq orqanı qeyd olunan qanunun tələblərini pozmuşdur.
Göründüyü kimi prokurorluq orqanının qanunazidd inzibati aktı nəticəsində mənə 426 manat 69 qəpik məbləğində maddi ziyandan əlavə, qanunsuz olaraq ac-susuz saxlanılmağımla əlaqədar mənə eyni zamanda mənəvi ziyan da dəymişdir ki, həmin ziyanı mən 10 min manat dəyərində qiymətləndirirəm.
Azərbaycan Respublikası İnzibati Prassesual Məcəlləsinin 2.2-ci maddəsinə əsasən, şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqda iddia), eləcə də inzibati mübahisələrin həlli ilə bağlı əmlak tələbinə, habelə inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi tələbinə dair iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır.”
Onu da bildirək ki, 1 saylı Bakı İnzibati-İqtisad Məhkəməsində işə baxılır və proses zamanı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya şöbəsinin A.Mursaliyevin Dövlət Sərhəddini keçməsinə heç bir məhdudiyyət qoyulmaması haqda rəsmi məktubu da ortaya qoyulmasına baxmayaraq bu günə qədər prokurorluğun qərarı ləğv edilməmişdir. Digər bir tərəfdən məhkəmənin uzanması ilə məhkəmə baxışının müddəti haqda prosedur qayda da pozulmuşdur.
Elçin
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Elşad Abdullayevin bacısı oğlu ilə aclıq edənlərdən birinin səhhəti pisləşdi

    Elşad Abdullayevin bacısı oğlu ilə aclıq ...

    29-01-2014, 12:50

  • 
  • Elşad Abdullayevin bacısı oğlu həbs olundu

    Elşad Abdullayevin bacısı oğlu həbs olundu ...

    31-10-2015, 23:20

  • 
  • Elşad Abdullayevin qardaşı prokurorluqdan xaric edildi

    Elşad Abdullayevin qardaşı prokurorluqdan xaric ...

    27-10-2015, 19:49

  • 
  • İstanbuldan gələn təyyarə gecikir

    İstanbuldan gələn təyyarə gecikir ...

    24-01-2016, 12:59

  • 
  • Malidə girov saxlanılan "Türk Hava Yolları"nın 5 əməkdaşı azad edildi

    Malidə girov saxlanılan "Türk Hava ...

    20-11-2015, 17:03


Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Arxiv xəbərlər

Avqust 2025 (573)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu