GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Maraqlı » İqtidar-müxalifət döyüşünün seçkiöncəsi məşqi

İqtidar-müxalifət döyüşünün seçkiöncəsi məşqi

Tarix: 17-02-2013, 10:59 Bölmə :Maraqlı Baxış: 764
İqtidar-müxalifət döyüşünün seçkiöncəsi məşqi

Müxalifətin yanvar hücumuna fevral repressiyaları ilə cavab verildi

Yanvar ayı siyasi fəaliyyətlə məşğul olan qüvvələrin etirazlarının başlanması ilə 2013-cü ilə öz damğasını vurdu. Sosial vəziyyəti son dərəcədə acınacaqlı olan ölkə vətəndaşları üçün dopinq rolunu oynadı və demək olar ki, ölkə inqilabi yeniləmə vəziyyətinə qədər gəlib çatdı. Fevralın ilk günündən etibarən isə hakimiyyət "əks-inqilabi" cavabları ilə bu xəmirin hələ çox su aparacağını sübut edir. Görünür, hakimiyyət repressiyaları ilə həm öz ətrafındakılara, həm də müxaliflərinə dərs vermək fikrindədir.

Yanvar ayının siyasi istisi

Müsavat Partiyasının sədrinin müavini Tofiq Yaqublu və Real hərəkatının lideri İlqar Məmmədovun həbsi isə bu mənada siqnal rolunu oynayır. Bu faktlarla yanaşı hakimiyyət düşərgəsində baş verənlər də gələcək barədə xoş heç bir şey vəd etmir. Artıq yanvarın sonuna yaxın Azərbaycan hökuməti özünə gələrək, hadisələrin və etirazların tempini öyrəşdiyi adi repressiv üsullarla aşağı salmağa müvəffəq oldu:` Gənclərin 26 Yanvar aksiyasının sərt üsullarla yatırdılması, İsa Qəmbərə qarşı bədnam “Lənkəran kampaniyası", kütləvi həbslər, İsmayıllının blokadası və s.
Lakin Cəmiyyətdə və siyasi gündəmdə (xüsusilə media və sosial şəbəkələrdə) yanvar ab- havası hələ də duyulur, dəyişiklik gözləntiləri, inqilabi ruh hiss olunur. Hakimiyyət ilk dəfə olaraq hiss edir ki, artıq atılan addımlar əvvəlki effekti vermir. Repressiyalar cəmiyyətin etiraz əhval-ruhiyyəsini daha da möhkəmləndirir. Onlar başa düşürlər ki, gündəmə əhalinin diqqətini cəlb edən yeni mövzu depozitə olunmadan, baş verəcək yeni sosial iğtişaşları, üsyan və itaətsizlik hərəkətlərinin qarşısını almaq çətin olacaq . Hakimiyyət repressiya siyasətindən imtina etməsə də, ona başqa xarakter vermək qərarına gəlib.
Hakimiyyətə ictimai diqqəti və medianı, o cümlədən sosial şəbəkələrdəki müzakirələrin diqqətini yönləndirmek əhəmiyyətli idi. Bu isə həmişə olduğu kimi, Ermənistan-Azərbaycan münaqişəsinin əsasında vətəndaşların vətənpərvərlik duyğularının istismar edilməsi ola bilərdi ki, elə bu da baş verdi. Hakimiyyət milli və vətənpərvərlik duyğularını qabardaraq etirazların səmtini döndərməyi, cəmiyyətdə fikir ayrılığı yaratmağı bacardı.

Vətənpərvərlərin hücumu

Fevralın 1-indən başlayaraq hakim dairələrə xidmət edən qüvvələrin yazıçı Əkrəm Əylisliyə qarşı açıq-aşkar hücumu başlandı. Aparılan kompaniyaya əsas kimi yazıçının Moskvada nəşr olunan "Xalqlar dostluğu" jurnalında 2012-ci ilin dekabrında çap etdirdiyi "Daş yuxular" romanı göstərilirdi. Roman 2006-cı ildə yazılmış, 2011-ci ildə isə yüksək tirajla çap edilmişdi. Əsl təəccüb doğuran bu romanın birdın-birə gündəmə gətirilməsi idi. Əsərin son nəşrindən belə bir aydan çox vaxt keçməsinə baxmayaraq, nədənsə bu roman tam hakimiyyətin ehtiyacı olan bir zamanda “yada düşdü”. Bu bir təsadüf idimi?
Əkrəm Əylislinin romanı haqqında danışmaq istəməzdim. Əlbəttə ki, son dərəcə birtərəfli, qərəzli mövqedən yazılmış roman və müəllif ictimai qınağı haqq edir. Lakin bu qınaq təcavüz və mütəşəkkil kampaniya olmazsa. Bu kampaniyanın arxasında hakimiyyət maraqlarının durduğu inkaredilməzdir. Elə bu səbəbdən də tez bir zamanda mümkün oldu.
Bu əhvalat Əkrəm Əylislinin məlum romanının qəsdən və ya təsadüfən yenidən nəşr olunması ilə başladı. Əlbəttə yazıçının bu məqamda rolu aydın deyil. İstənilən durumda bu əsərlə yazıçı hakimiyyətə diqqəti əsas mövzudan yayındırmaqda əsas verdi.
Əkrəm Əylisliyə qarşı aparılan kampaniya uzun müddətli də ola bilər. Fevral ayının Qarabağ savaşı üçün əhəmiyyətini də nəzərə alsaq bu nəticəyə gələ bilərik. 25 il öncə məhz fevral ayında Qarabağ hadisələri başladı, ilk şəhidlər verildi, qaçqınların ilk dalğası gəldi, Sumqayıt hadisələri də, Xocalı faciəsi də fevral ayının töhvələridir. Beləliklə, bütün fevral ayı boyunca “Qarabağ kartını” ortaya ataraq, vətəndaşların təbii vətənpərvərlik hissləri ilə oynamaqla sosial və siyasi gərginliyi tədricən aşağı salmaq üçün “Mehtiyev administrasiyası”na əlverişli bəhanə ortaya çıxır. Bundan əlavə, belə bir təbliğat kampaniyasının uzadılması hökumətə Ziyalılar Forumu və onun rəhbəri Rüstəm İbrahimbəyova hücum etmək imkanı verdi.
Amma gözlənilənlərin əksinə olaraq, hakim dairələr birdən-birə vətənpərvərlik kursundan geri-siyasi kursa döndü. Fevralın 4-də müxalifət düşərgəsinin görkəmli üzvlərinin - Tofiq Yaqublu və İlqar Məmmədovun əsassız olaraq həbsi hakimiyyətin iç üzünü ortaya qoymuş oldu.
Bu həbslər ölkədəki mövcud vəziyyətin yeni və təhlükəli nəticələrini vurğulayır:
- Ilkin olaraq lokal münaqişə zəminində, kortəbii sosial iğtişaşlar kimi vüsət alan İsmayıllı hadisələri, sonradan siyasi rəng alaraq müxalifət qüvvələri ilə bağlanır;
- Bu həbslər, əslində, ictimai-siyasi qarşıdurmada repressiyalara hazır olduğunu göstərmək istəyi idi;
- Hakimiyyət sübut etmək istəyir ki, hər hansı bir etiraz, müxalifət və xarici düşmən qüvvələrin işi kimi don geydirilərək, sırf siyasi baxımdan cəzalandır;
-Ölkədə gərginliyin azaldılmasında maraqlı olan qüvvələrin üstünlüyü açıq- aydın hiss olunmaqda id
- Hakimiyyət inqilabi əhval-ruhiyyənin yüksəlişini qabaqlamaq məqsədilə ölkədə əksinqilabi repressiyalara başladı və cəmiyyətin yatırılmasında bu aksiya əhəmiyyətli rol oynadı

Kurs dəyişikliyinin səbəbləri

Təəccüblüdür, nə səbəbə hakimiyyət birdən-birə vətənpərvərlik duyğularından imtina edərək, müxalifətə hücum kursunu tutdu? Bəlkə də, uzun müddət “vətənpərvərlik kartı”ndan sui istifadənin təhlükəli olacağından çəkinərək, xalqın duyğularının istismarına son qoymaq qərarı verildi. Çünki alovlanan vətənpərvərlik duyğularını ram etmək və bu dar mövzu daxilində saxlamaq olduqca çətin ola bilərdi. 1988-ci ildə də Meydan hərəkatının məhz vətənpərvərlik duyğuları əsasında yarandığını unutmaq olmazdı.Yəqin ki, hakimiyyət bəzi xarici qüvvələrin də ölkə daxilindəki sabitliyi pozmaq cəhdlərini, Rusiya və İranın Azərbaycan haqqındakı məxfi planlarını da nəzərə almamış deyil. Hər şeydən öncə isə hakimiyyətdəki müxtəlif qrupların didişməsinin heç də yaxşı əlamət olmadığını dərk edən iqtidar nəyin bahasına olursa olsun cəmiyyəti qorxutmaqla nəzarəti öz əlində cəmləməyə çalışır.Əks təqdirdə isə nəzarətdən çıxan hadisələr yeni mərhələyə qədəm qoya bilər. Liviyada olduğu kimi dağıntılar qan tökülməsinə qədər ciddiləşə bilər. Azərbaycan isə Liviya deyil.
Gültəkin Qəhrəmanlı
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Hakimiyyət siyasi repressiyalara başladı

    Hakimiyyət siyasi repressiyalara başladı ...

    5-02-2013, 10:33

  • 
  • New-York Times son həbslərdən yazdı

    New-York Times son həbslərdən yazdı ...

    8-02-2013, 11:06

  • 
  • Tofiq Yaqublu və İlqar Məmmədov Şüvəlana gətirilir

    Tofiq Yaqublu və İlqar Məmmədov Şüvəlana gətirilir ...

    25-09-2014, 15:55

  • 
  • İlqar Məmmədova xüsusi diqqət

    İlqar Məmmədova xüsusi diqqət ...

    29-04-2013, 20:38

  • 
  • Milli Şura bəyanat verdi

    Milli Şura bəyanat verdi ...

    3-07-2013, 22:41


Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Arxiv xəbərlər

Avqust 2025 (573)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yeni dizaynımız necədir?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu