GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Maraqlı » Hakim komandadan İlham Əliyevə sayğısızlıq

Hakim komandadan İlham Əliyevə sayğısızlıq

Tarix: 27-02-2013, 10:06 Bölmə :Maraqlı Baxış: 1 135
Hakim komandadan İlham Əliyevə sayğısızlıq

Prezidentin “Hacıbala Abutalıbova göstəriş vermişəm, qanunsuz evlər
məsələsinin həlli üçün şəffaf mexanizm işlənilməlidir ki, biz burada
korrupsiyanı, rüşvətxorluğu tamamilə aradan götürək” sözləri havada qalıb


“Mən hələ bunu 2003-cü ildə demişəm, biz neft kapitalını insan kapitalına çevirməliyik. Bunu deyəndə təkcə elmə, texnologiyalara, təhsilə qoyulan vəsaitdən söhbət getmir. Söhbət ondan gedir ki, Azərbaycan vətəndaşına hər yerdə hörmət olmalıdır...”
“Hər bir icra başçısını mən vəzifəyə təyin edərkən, onu qəbul edərkən ona bir neçə əsas istiqaməti göstərirəm: inkişaf, quruculuq, səmərəli iş, təvazökarlıq və insanlara xidmət!...”
“Təmtəraqlı toylar, ad günləri, yubileylər, bahalı hədiyyələr. Bunu yığışdırın, bəsdirin!...”
“Bir neçə il bundan əvvəl mən göstəriş vermişdim ki, maşınların hamısının plyonkaları sökülsün və buna son qoyulsun. Özüm demişəm ki, mən Prezidentəm, mənim maşınımda plyonka yoxdur. Hansısa üçüncü, dördüncü dərəcəli məmurun maşınını plyonka ilə bağlayırlar. Kimdən gizlənirlər?!...”
“Korrupsiya və rüşvətxorluğa qarşı mübarizə gücləndirilməlidir. Hesab edirəm ki, biz bu işlərdə istədiyimizə nail ola bilməmişik. Baxmayaraq ki, mübarizə gedir və gedəcəkdir. Ancaq əfsuslar olsun ki, bu mübarizə lazımi səviyyədə deyildir. Korrupsiya böyük bəladır. Biz doğrudan da, inkişaf etmiş ölkəyə çevrilmək istəyiriksə, korrupsiyanı aradan götürməliyik...”
“Korrupsiyaya qarşı mübarizə daha da ciddi olmalıdır, bunun daha da ciddi nəticələri olmalıdır...”
Bu seçmələr prezident İlham Əliyevin təkcə bir tədbirdə - “Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının dördüncü ilinin yekunlarına həsr olunmuş konfransdakı çıxışındandır. Bu qədər açıq, bu qədər aydın şəkildə ortaya qoyulmuş bir mövqe, çağırış, tapşırıq. Kaş, ölkə başçısının bu çağırışlarının hamısı gerçək olaydı. Belə olsaydı, Azərbaycanda korrupsiyanın da kökü çoxdan kəsilmişdi, məmur özbaşınalığına da son qoyulmuşdu. Sosial problemlərdən qaynaqlanan narazılıqlar da həmçinin. Nə yazıq ki, bu çağırışlar, bu tələb və tapşırıqlar hər dəfə qulaqardına vurulur, üstündən 5-10 keçməmiş hər şey unudulur, çatışmazlıqar, bürokratik əngəllər, süründürməçilik əvvəlki axarına qayıdır.
Ölkə başçısının Azərbaycanda çoxminli ailələrin sosial probleminin həllinə yönəlik bir tapşırığı isə 2011-ci il martın 9-a təsadüf etmişdi. Söhbət meriyada Bakı və Bakıətrafı qəsəbələrinin sosial-iqtisadi inkişafına dair müşavirədəki tapşırıq və çağırışlardan gedir. Həmin müşavirədə dövlət başçısı rəsmi icazə olmadan tikilmiş evlərin sənədləşdirilməsi ilə bağlı hökumətə xüsusi tapşırıq vermişdi. Dəqiq və son dərəcə konkret bir tapşırıq: Bakıda evlərin qeydiyyata alınması problemi var. Ancaq biz elə etməliyik ki, bu problem həll olunarkən xoşagəlməz halların qarşısını tam şəkildə ala bilək. O evlər qeydiyyata alınmalıdır. Amma sirr deyil ki, qeydiyyata alınma zamanı əsassız tələblər də irəli sürülə bilər, rüşvət, əsassız maraqlar da ola bilər. Bu da reallıqdır. Ona görə də Hacıbala Abutalıbova göstəriş vermişəm, bu məsələnin həlli üçün şəffaf mexanizm işlənilməlidir ki, biz burada korrupsiyanı, rüşvətxorluğu tamamilə aradan götürək...
Aradan iki ilə yaxın vaxt keçir, cəmi 17 gündən sonra həmin müşavirənin iki ili tamam olur. Amma aradan keçən bu iki ildə sənədsiz evlərin qeydiyyatı istiqamətində heç bir real addım atılmadı. Min bir əziyyətlə tikdikləri evlərin sənədləşdiriləcəyini gözləyən minlərlə ailənin gözləntiləri hələ ki, özünü doğrultmayıb. Niyə? Hansı səbəbə? Ölkə başçısının açıq və qəti şəkildə Bakı merinin və digər aidiyyəti şəxslərin qarşısında qoyduğu bu tələblər niyə yetirilmir?
Hələ ki, bu sualların cavabı cəmiyyətə bəlli deyil. Şəhər rəhbərliyi də daxil olmaqla sənədsiz evlərin səndləşdirilməsi mexanizmlərini hazırlamalı olan məmurlar bir tapşırığı iki ildə həll edə bilməmələrinin səbəbini açıqlaya bilmir. Əslində niyəsini bilirlər: rəsmi icazə olmadan tikilmiş evlərin sənədləşdirilməsi onlara sərf etmir. Ən azından ona görə ki, sənədsiz evlərin sənədləşdirilməsi həmin mülklərin sahiblərindən yığılan ödənişlərin, torpaq və əmlak vergisinin rəsmi qeydiyyata alınması deməkdir. Üstəlik, indiki halda, yəni “çoxbucaqlı” özəlləşmə sistemində mənzil özəlləşməsi yaxşıca “hörmət” mənbəyidir. “Birpəncərəli” və ya sadələşdirilmiş sistemə keçid isə isə bəzi kiçik və böyük məmurların dolayı qazanc mənbələrindən məhrum edəcək. O səbəbdən qeydiyyatsız evlərin sənədləşdirilməsi müəyyən qrupların marağında deyil. Bax, budur ictimai maraqların şəxsi maraqlardan üstün tutulması!

Elxan SALAHOV
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • İlham Əliyev hakim komandanı topa tutdu

    İlham Əliyev hakim komandanı topa tutdu ...

    13-02-2013, 10:54

  • 
  • Zaqatala icra başçısı prezidentin tələbini niyə qulaqardına vurur?

    Zaqatala icra başçısı prezidentin tələbini niyə ...

    8-04-2014, 10:13

  • 
  • “Xaricdən müğənnilər dəvət edirdilər, bu, qudurğanlıqdır”

    “Xaricdən müğənnilər dəvət edirdilər, bu, ...

    11-09-2013, 11:59

  • 
  • Prezident: “Zəng etdim Hacıbala Abutalıbova, dedim bu nə məsələdir?“

    Prezident: “Zəng etdim Hacıbala Abutalıbova, ...

    24-12-2013, 10:06

  • 
  • Günün qoroskopu: 23 İyul 2016

    Günün qoroskopu: 23 İyul 2016 ...

    23-07-2016, 01:35


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (573)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu