GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Maraqlı » Diqqət! Facebook profilləri nəzarətə götürüldü

Diqqət! Facebook profilləri nəzarətə götürüldü

Tarix: 10-11-2015, 13:15 Bölmə :Maraqlı Baxış: 0
Diqqət! Facebook profilləri nəzarətə götürüldü

Azərbaycanda sosial şəbəkələrin getdikcə daha çox populyarlaşması və insanların həyatında mühüm yer tutması biznes sektorunda da özünü göstərib. Artıq iri şirkətlər və banklarda işçilərin "Facebook"dakı davranışına da nəzarət edilir, onların nə paylaşdıqları, eləcə də ayrı-ayrı məsələlərə münasibəti izlənilir.

Bu barədə fins.az-a ölkənin aparıcı banklarından və sığorta şirkətlərindən bildirilib.

Qeyd edək ki, "Facebook" nəzarəti geniş kütlələrlə işləyən qurumlarda xüsusilə ciddidir. Belə ki, hər hansı əməkdaş şirkət rəhbərliyini qane etməyən status paylaşarsa, ona dərhal xəbərdarlıq edilir. Söhbət əsasən rəqib şirkətin hər hansı məhsulunun və yaxud yeni xidmətinin reklam edilməsindən, rəqiblərin yenilikləri barədə xəbər saytlarından keçidlərin paylaşılmasından gedir.

Saytın əməkdaşı ötən gün təsadüfən "Facebook"da belə halın şahidi olub. Bank əməkdaşlarından biri başqa banka məxsus yeniliyi bölüşərkən, yəni "reklam edərkən" öz iş yoldaşının "qəzəbinə gəlib". Bankda daha yüksək vəzifə tutduğu hiss olunan istifadəçi dərhal iş yoldaşına irad tutub, onu rəqib bankın məhsulunu reklam etməkdə günahlandırıb, hətta "söhbəti sabah işdə davam etdirəcəklərini" bildirib. Vəziyyəti belə görən əməkdaş dərhal "reklam" statusunu silməli olub.

Məsələnin maraqlı tərəfi ondadır ki, əməkdaşların "Facebook"dakı davranışlarına təkcə iş vaxtı yox, işdən sonra da nəzarət edilir. Baxmayaraq ki, "Facebook" profili şəxsidir və formal olaraq hər kəs buradakı fəaliyyətində azaddır. Amma reallıqda vəziyyət başqadır - iri şirkətlər işçilərinin statuslarına gecə-gündüz nəzarət etməkdən və "ehtiyatsız hərəkətlər" olduqda irad tutmaqdan çəkinmirlər.

"İşlədiyi yerin marağını nəzərə almalıdır"

İşgüzar dairələrdə hesab edirlər ki, kimsə hansısa şirkətdə işləyirsə, hətta sosial şəbəkədə belə bu şirkətin biznes maraqlarını nəzərə almalı, lazımsız yerə heç kimi reklam etməməlidir. "Təbii ki, bizim əməkdaşımız "Facebook"da başqa bankı reklam edı bilməz. Çünki burada söhbət rəqibin geniş kütləyə reklam edilməsindən gedir", - deyə bankların birindən fins.az-a bildirilib.

Məsələ təkcə "Facebook"la bitmir. Bir qədər əvvəl banklardan birinin rəhbərliyi televiziya kanallarına müsahibə verən əməkdaşına ciddi irad tutub. Səbəbi o olub ki, o müsahibə verərkən, arxa fonda başqa bankın reklamı olub. Bankda bildirirlər ki, eyni iradlar "Facebook" profilindəki statuslarda bağlı da tutula bilər.

Bəzi şirkətlərdə hesab edirlər ki, işçinin sosial şəbəkələrdə rəqib kompaniyanı reklam etməsi və ya ona simpatiyasını bildirməsi işi tərk etmək üçün hazırlıq ola bilər. Ölkənin aparıcı banklarından birinin marketinq departamentinin rəhbəri fins.az-a bildirib ki, "əgər bizim işçimiz "Facebok"da başqa bir bankın məhsulunu reklam edirsə, istər-istəməz fikirləşirik ki, görəsən, əməkdaşın nə marağı var, çağırıb bunun səbəbini soruşuruq, xəbərdarlıq edirik".

Amma bu bütün məlumatlara aid deyil: "Tutaq ki, hansısa bank əməkdaşı rəqib bankın rəhbərinin dəyişməsi xəbərini paylaşırsa, buna bir söz demirik".

Sığorta şirkətlərində isə məsələyə bir qədər fərqli yanaşırlar. Ölkənin böyük sığortaçılarından birinin idarə heyətinin sədr müavini hesab edir ki, əgər əməkdaş şirkətdə olmayan məhsulu və yaxud xidməti reklam edirsə, problem yoxdur: "Bizdə olmayan hansısa məhsulu reklam edirsə, o halda biz söz demirik. Çünki istənidən halda sığorta sahəsi reklam olunur və bunun faydasını dolayısı yolla biz də görəcəyik".

Amma şirkətin əməkdaşı başqa sığorta şirkətinin analoji məhsulunu reklam edirsə, ona ciddi xəbərdarlıq olunur: "Deyirik ki, özümüzdə həmin məhsuldan var, istəyirsənsə elə onu reklam edə bilərsən. Belə işçiyə qarşı müəyyən tədbirlər görülür, ən azı, danlanır".

"Bilirik ki, qanuni deyil, amma bu, biznesdir"

Yeri gəlmişkən, şirkətlər çox gözəl anlayırlar ki, işçilərinin şəbəkədəki fəaliyyətinə qarışmaq şəxsi məsələyə qarışmaq qədər qanunsuzdur. Amma eyni zamanda vurğulayırlar ki, biznes maraqları olan yerdə belə məsələlərdə qətiyən güzəşt ola bilməz: "Doğrudur, qanunla, Əmək Məcəlləsi ilə belə bir məhdudiyyət yoxdur və "Facebook" profili şəxsi məsələ sayılır, amma biznes etikası baxımından bu, düzgün sayılmır". Bəzi şirkətlər isə bunu sadəcə iş yerinə "hörmətlə yanaşmaq" adlandırırlar: "Bu məsələ əmək qanunvericiliyi ilə tənzimlənmir. Sadəcə yaxşı olar ki, işlədiyin yerə hörmətlə yanaşasan". Bir sözlə, qanunvericilik bu məsələdə işçilərin tərəfində olsa da, yazılmamış qanunlar onları "Facebook"da ehtiyatlı olmağa vadar edir.
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
Geri

Oxşar yazılar :

    
  • "Facebook" istifadəçilərinə xəbərdarlıq etdi

    "Facebook" istifadəçilərinə xəbərdarlıq ...

    28-11-2014, 00:24

  • 
  • “Facebook” da yenilik

    “Facebook” da yenilik ...

    10-01-2015, 21:08

  • 
  • "Facebook"un gündəlik auditoriyası milyard nəfəri keçdi

    "Facebook"un gündəlik auditoriyası ...

    5-11-2015, 17:15

  • 
  • Facebook Rusiya tərəfindən maliyyələşən saxta xəbər şəbəkəsi aşkar edib

    Facebook Rusiya tərəfindən maliyyələşən saxta ...

    7-09-2017, 15:06

  • 
  • “Facebook” rəhbərliyindən şok qərar

    “Facebook” rəhbərliyindən şok qərar ...

    29-11-2014, 23:28


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (253)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı Antivirusdan istiafdə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu