GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Maraqlı » Hökumətin böyük korrupsiya sistemi

Hökumətin böyük korrupsiya sistemi

Tarix: 11-03-2013, 10:03 Bölmə :Maraqlı Baxış: 1 336
Hökumətin böyük korrupsiya sistemi

7 milyard manatlıq investisiya xərclərindən
hansı məmura nə qədər pay düşür?


Nəqliyyat Nazirliyinə, Bakı meriyasına və iri vergi ödəyiciləri -
ARDNŞ, «AZAL», «Azərsu»ya və başqa qurumlara milyardlar verilir


İqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyi vasitəsilə “Bizim yol” qəzeti 2013-cü ilin dövlət büdcəsində nəzərdə tutulmuş investisiya xərclərini əldə edə bilib. Nazirlər Kabinetinin 2012-ci il 30 dekabr tarixli 374 s nömrəli sərəncamı ilə 2013-cü il dövlət büdcəsində əsaslı vəsait qoyuluşu üçün nəzərdə tutulmuş 6,7 milyard manat vəsaitin sifarişçi təşkilatlar və obyektlər üzrə bölgüsü aşağıdakı kimidir. Ümumi bölgüyə keçməzdən öncə onu qeyd edək ki, xərclər sırasında ehtiyat vəsait kimi 501 milyon 302 min manat göstərilir. Bununla cari il üçün əsaslı vəsait qoyuluşunun həcmi 7 milyard manatı ötür.
Beləliklə, siyahıya görə, bu dəfə də ən böyük pay Nəqliyyat Nazirliyinə məxsusdur- 1 milyard 022 milyon 130 min manat. Bu sahədə elə xərclər var ki, 2008-ci ildən indiyədək davam edərək, fantastik həddə çatıb.
Məsələn; «Magistral yol-II»layihəsində Azərbaycan tərəfinin builki payı (əlavə maliyyələşdirmə sazişləri ilə birlikdə, Dünya Bankı) 70 milyon manat olacaq. Bununla sözügedən layihə üzrə Azərbaycan tərəfinin xərclədiyi vəsait 390 milyonu haqlayıb. Digər bu tip yol layihələri barədə gələn saylarımızda xəbər verəcəyik.

1 milyard manat Metropolitenə və Bakı meriyasına veriləcək

Nəqliyyat Nazirliyindən sonra ən böyük investisiya xərci Bakı Şəhər İcra Hakimiyyətinə ayrılıb. Bu il Bakının kosmetik gözəlləşdirilməsinə nə az, nə çox 644 milyon manat israf ediləcək. Müqayisə üçün qeyd edək ki, bu məbləğ, regionların sosial-iqtisadi inikşafına ayrılan vəsaitdən dəfələrlə çoxdur. Kənd Təsərrüfatı Nazirliyinə (KTN) ayrılan puldan fakntastik həddə - 100 dəfə artıqdır. Belə ki, 2013-cü ildə KTN-nın aparatın özünə 6,146 milyon manat ayrılıb.
Habelə, investisiya xərclərindən;
- KTN yanında Dövlət Baytarlıq Xidmətinə 4,6 milyon manat,
- KTN yanında Dövlət Fitosanitar Nəzarət Xidmətinə 350 min manat,
- KTN yanında Kənd Təsərrüfatı Kreditləri üzrə Dövlət Agentliyinə 20 milyon manat düşəcəyi proqnozlaşdırılır.
Büdcədə üçüncü ən böyük investisiya xərci Bakı Metropoliteninə məxsusdur. Yeni stansiyaların tikintisi və təmirinə 369 milyon manat ayrılması planlaşdırılır.

Kimə nə qədə neft pulu düşür?

Mədəniyyət və Turizm Nazirliyinə də iri məbləğdə vəsait ayırılıb. Nazirliyə 146 milyon 533 min manatın ayrılması gözlənilir ki, onun 100 milyon manatını Qusar rayonunda «Şahdağ» Turizm Kompleksinin infrastrukturunun layihə-smeta sənədlərinin hazırlanması və tikintisinə sərf ediləcək. Bununla sözügedən turizm obyektinin tikintisi dövlətə 1 miyard manata başa gələcək. Ötən ilə qədər bu istiqamətdə 900 milyon manata yaxın vəsait istifadə edilib.
Bundan başqa Səhiyyə Nazirliyinə 200 milyon 375 min manat;
Ekologiya və Təbii Sərvətlər Nazirliyinə 16 milyon 035 min manat;
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə 70 milyon 598 min manat;
Təhsil Nazirliyinə 14 miyon 340 min manat;
Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə 8,8 milyon manat;
Əmlak Məsələri üzrə Dövlət Komitəsinə 11 milyon 340 min manat;
Prezidentinin Xüsusi Tibb Xidmətinə 64 milyon manat;
Azərbaycan Milli Elmlər Akademiyasına 49 miylon 167 min manat;
Nazirlər Kabinetini yanında «İçərişəhər» Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinə 6,2 milyon manat;
Azərbaycan Ərazilərinin Bərpası və Yenidən Qurulması üzrə Agentliyə 113 milyon 550 min manat;
İqtisadi İnkişaf Nazirliyinə 122 milyon 630 min manat;
Xarici İşlər Nazirliyinə 48 milyon 020 min manat;
Ədliyyə Nazirliyinə 48 milyon 019 min manat;
«Azərbaycan Meliorasiya və Su Təsərrüfatı» ASC 296 milyon 521 min manat;
Nazirlər Kabineti yanında Dənizkənarı Buvar İdarəsinə 53 milyon manat;
Nazirlər Kabineti yanında Dövlət Bayrağı Meydanı Kompleksi İdarəsinə 39 milyon manat;
Səhiyyə Nazirliyinin Milli Onkologiya Mərkəzinə 17 milyon 686 min manat ayrılacaq.

65 minlik futbol stadionun tikintisinə 200 milyon manat ayrılacaq

Dövlətin iri vergi ödəyiciləri də dövlət büdcəsinin investisiya xərclərindən az pay almayacaqlar. Bakı Metropolitenindən başqa «Azərenerji» ASC-yə 72 milyon manat; «Bakıelektrikşəbəkə» ASC-yə 80 milyon manat, «Azərsu» ASC-yə 734 milyon 433 min manta vəsaitin ayrılması gözlənilir. Habelə, QHT-lərlə 6,5 milyon manat qrant paylayan, sosial obyektlər tikən, əcnəbi müğənnilərin Bakıya gəlişinə sponsorluq edən Dövlət Neft Şirkəti dövlət büdcəsindən 250 milyon manat tikinti xərci alacaq. Bu vəsaitin 100 milyon manatı Azot Gübrələri İstehsalı Zavoduna çatacaq. Bununla bir zavodun tikintisi 240 milyon manatı ötür ki, bunu da kifayət qədər şişirdilmiş rəqəm hesab etmək olar.
Digər iri vergi ödəyicisi sayılan«Azərbaycan Hava Yolları» QSC-yə 177 milyon 864 min manat ayrılacağı gözlənilir. Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabinetinin də xərcə iki dəfə artırılaraq 262 milyon 400 min manat olub.
Gənclər və İdman Nazirliyinə də diqqəti çəkən, şişirdilmiş xərclər var. Cari ildə adıçəkilən nazirliyə 336 milyon 421 min manat ayrılacaq ki, bunun 30 milyonu Gimnastika Kompleksinin tikintisinə, 3,3 milyon manatı Tofiq Bəhramov adına Respublika Stadionunun əsaslı təmiri və yenidən qurulmasına yönəldiləcək. 2005-dən tikintisi başlayan Gimnastika Komleksinin dəyəri artıq 86,4 milyon manatı, Stadionun təmiri isə 80 milyon manatı ötür.
Bu arada Bakı şəhərində 65 minlik tamaşaçı tutumu olan futbol stadionunun tikintisinə Prezidentin Ehtiyat Fondu ilə yanaşı, dövlət büdcəsinin əsaslı vəsait qoyuluşundan 200 milyon manat həddində böyük vəsait ayrılıb.

Dövlət proqramına xərclənən vəsaitlər niyə konkretləşməyib?

«2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı»nın həyata keçirilməsi ilə bağlı ayrılan xərclərlə bağlı bölgü də bir sıra müəmmalar yaradır. Sual oluna bilər ki, bir dövlət proqramına nə üçün iki ayrı-ayrı istiqamət üzrə vəsait ayrılıb? Birinci istiqamət üzrə bölgüdə «2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı»nın həyata keçirilməsi ilə bağlı layihə-smeta sənədlərinin hazırlanması və tikinti xərclərinə cəmi 4,7 milyon manat;
İkinci istiqamət üzrə bölgüdə isə «2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı»nın həyata keçirilməs ilə bağlı işlərə 10 milyon manatın xərclənməsi göstərilir.
Bundan əlavə Nəqliyyat Nazirliyinə eyni proqram üzrə 44 milyon manat Bakı şəhərində, qəsəbələrində və kəndlərində daxili yolların təmiri, bərpası və yenidənqurulmasına ayrılması proqnozlaşdırılır.
Ümumiyyətlə, regionların və Bakı şəhərinin sosial-iqtisadi inkişafına dair proqramın icrası üçün ayrıca dövlət vəsaiti ilə yanaşı, müxtəlif dövlət strukturlarına da ayırıblar. «Azərsu» ASC-yə «2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı»nın həyata keçirilməsi ilə bağlı tədbirlərə 116 milyon 960 min manat verilməsi planlaşdırılır.
Pulların vahid yerdən idarə olunmaması onun istifadəsində qeyri-şəffaflığa yol açır.

Təyinatı bilinməyən yüz milyonlar

Dövlət investisiyalarının bölgüsündə təyinatı bilinməyən böyük həcmdə xərclər də mövcuddur. Bunlar aşağıdakılardır:
-Qəza vəziyyətində olan məktəblərin və uşaq bağçalarının tikintisi, təmiri və bərpası 100 milyon 994 min manat. Hansı məktəblərin və uşaq bağcalarının təmirə ehtiyac olunduğu göstərilmir. Ümumi xərc məbləğinin böyüklüyü isə qeyri-şəffaflıqdan xəbər verir. - Kənd yollarının təmiri, bərpası və yenidən qurulması 70 milyon manat. Yenə də hansı kəndlərdən söhbət gedir göstərilmir. Hansı layihələr əsasında bu rəqəm hesablanır məlum deyil.
- Azərbaycan Respulikası Prezidentinin İşlər İdarəsinə 71 milyon 380 min manat;
- Nazirlər Kabineti Aparatının İşlər İdarəsinə 1,9 milyon manat;
- Milli Təhlükəsizliyinə Nazirliyi 35 milyon manat;
- Daxili İşlər Nazirliyinə 40 milyon manat;
- Müdafiə Nazirliyinə 110 milyon manat;
- Fövqəladə Hallar Nazirliyinə 84,5 milyon 533 min manat;
- Dövlət Sərhəd Xidmətinə 50 milyon manat;
- Xüsusi Dövlət Mühafizə Xidmətinə 17 milyon 800 min manat;
- «Azərsu» ASC üçün «Keçid layihələri üzrə» adlı naməlum xərcə 216 milyon 750 min manat ayrılıb ki, burada hansı layihələrdən söhbət getməsinin detalları göstərilmir.
Ümumiyyətlə, yuxarıda göstərilən vəsaitlərin strukturu barədə bir kəlmə də məlumat verilmir.
2013-cü ilin invesitisiya layihələrində mediaya üçün 25 milyon manata yaxın vəsait nəzərdə tutulub. Belə ki, Dövlət Teleqraf Agentliyi («AzərTac»)1 milyon manat, KİV Dəstək Fondu 3,9 milyon manat, «Azərbaycan Televiziya və Radio Verilişləri» (AzTV) QSC 20 milyon manat pay alacaq.

Vüsalə RÜSTƏMOVA
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • “Pul yeyən yol sahələri”, yoxsa “pul yedirdən yol sahələri”i

    “Pul yeyən yol sahələri”, yoxsa “pul yedirdən yol ...

    14-04-2015, 22:06

  • 
  • Yol-nəqliyyat infrastrukturuna 858 mln manat xərclənib amma...

    Yol-nəqliyyat infrastrukturuna 858 mln manat ...

    19-07-2013, 10:42

  • 
  • Büdcə kimlər arasında bölünüb, talanır?

    Büdcə kimlər arasında bölünüb, talanır? ...

    17-02-2014, 11:33

  • 
  • 2015-ci ilin büdcəsinə görə, kimlərin maaşı artacaq?

    2015-ci ilin büdcəsinə görə, kimlərin maaşı ...

    28-11-2014, 00:35

  • 
  • Maliyyə Nazirliyi 2014-cü il büdcəsində xərclərin artımını İZAH ETDİ

    Maliyyə Nazirliyi 2014-cü il büdcəsində xərclərin ...

    22-11-2013, 18:42


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (315)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu