Diqqəti cəlb edən hal odur ki, Məlahət xanımın iyrənc əməlləri ilə üz-üzə qalan Mələkxanım Həmzəyeva, bu gün nə edəcəyini bilmir “Gündəm Xəbər” qəzetinin redaksiyası olaraq, son illər istər Bakı şəhərində, istərsə də bölgələrdə falçılıqla məşğul olub, daha çox sadə insanları aldadan, onların başına “corab toxuyan”ların əməlləri haqda az-çox məlumatlara malikik. Bilib eşitdiyimiz həqiqət o olur ki, falçılar onların hüzuruna üz tutanları minbir yollarla ovsunlaya bilir və əllərindəki var-dövləti də, müəyyən yollarla ələ keçirirlər. Diqqəti o hal da cəlb edir ki, kişilərə nisbətən qadınlar daha çox falçılara inanırlar və onların danışdıqlarına tez də reakisiya verirlər. Yəni, arzuladıqları, yaxud da nail olmaq istədiklərini əvvəlcədən bilmək, öyrənmək istəyirlər. O halda sual oluna bilər ki, gələcəyi görmək mümkündürmü? Yaxud da, falçı yanına getmək nə dərəcədə həqiqətə uyğundur? Düzdür, qadınların çoxu falçı yanına getməkdə kişilərə nisbətən çoxluq təşkil edirlər. Falçıların zərərli addım atmalarını eşitsələr də, yaxud görsələr də, yenə də onların hüzuruna baş çəkirlər. Belə olan halda, görəsən falçıların yalan və ya düz söylədiklərini necə dəqiqləşdirmək olar? Qara magiya ilə həyatımızı idarə edənləri, ilk baxışdan necə tanıya bilərik? Bunun çox rahat yolu var: falçının sizin haqqınızda məlumatı və heç bir bilgisi olmamalıdır. O, sizə çoxlu suallar verirsə - bu yaxşı hal deyil. Artıq suallardan biri yaşınız haqqında olacaq. Belə bir sualı verəməklə, falçı sizi yoxlayır, işini asanlaşdırmaq istəyir. Sonra isə, ənənəvi olaraq ailə vəziyyəti haqqında suallar verir. Ailənizdən ayrılmış olsanız, işiniz daha qəliz ola bilər. Bu falçı üçün sanki bir şansdır. Başlayacaq şirin dillər töküb xoşbəxt, problemsiz və işıqlı gələcək vəd etməyə ki, onun daimi müştərisi olasınız... Ümumiyyətlə, falçı ailənizin maliyyə durumu ilə maraqlanıb şəxsi təşəbbüsü ilə sizə müxtəlif köməkliklər təklif edərsə, deməli, fırıldaqçıya rast gəlmisiniz. Ondan canınızı nə qədər tez qurtarsanız, - pullarınız bir o qədər də, daha çox cibinizdə qalar. Bir iki gün bundan əvvəl “Gündəm Xəbər” qəzetinin redaksiyasına üz tutan və Məlahət adlı falçının fırıldaq əməllərindən aldanan, Astara rayonu Sim kənd sakini Həmzəyevə Mələkxanım Cəmaləddin qızı, redaksiyamıza yazdığı şikayət ərizəsində bildirir ki, “mən şəhərdə iş axtarırdım. Şəhərimizin İnqilab küçəsindən keçərkən tanımadığım bir qadından yolu soruşdum və həyatım haqda onunla az-çox söhbət də etdim. O, məni dinləyib bildirdi ki, “bu küçədə, yəni Həsən Əliyev küçəsi, ev-18 ünvanında Məlahət adlı yaxşı bir falçı var, sən ona yaxınlaş, o, sənə köməklik edəcək” dedi. Mən həmin xanımın məsləhətinə qulaq asıb, adı çəkilən falçının hüzurunda oldum və başıma gələnləri ona danışdım. Bildirdim ki, 30 avqust 2015-ci il tarixdə ailəmizdə əmələ gələn problemlə bağlı, qaynənəm azyaşlı övladımı əlimdən aldı və məni evdən də qovdu. Bu gün istəyim odur ki, övladımı geri qaytara bilim. Düzdür, o, mənim danışdıqlarıma olduqca diqqət yetirdi və son anda da bildirdi ki, “mən bunu sənə görürəm, bu işin müqabilində səndən 200 manat pul alacağam” dedi. Həmin vaxt rayondan gəldiyimə, ailəmizdə əmələ gələn münaqişə ilə bağlı başımı itirdiyimə və.s kimi səbəblər üzündən, nə edəcəyimi heç cür bilmirdim. Elə ki, Məlahət xanım köməklik edəcəyini təkrar-təkrar diqqətimə çatdırdı, o halda sanki “qanad açıb uçmaq” da istədim. Ümumi söz-söhbətdən sonra, ona 80 manat pulum olduğunu bildirdikdə, o, həmin pulu və qızıllarımı (qulaq sıralarımı) məndən aldı. Onun vəd verdiyi vaxt gəlib keçsə də, övladımı bir kimsə mənə qaytarmadı. O halda zəng edib bildirdim ki, “Məlahət xanım, siz məni aldatmısınız, xahiş edirəm ki, mənim 80 manat pulumu və qızıl sırqalarımı da geri qaytarın” dedikdə, onun cavabı o oldu ki, “mən sənin üçün iş görmüşəm, nə pulun, nə də ki, qızılların geri qayıtarılacaq” dedi. Hətta, onu da vurğuladı ki, “sən hara tələsirsən, uzağı 6 ay müddətinə övladını sənə qaytaracaqlar” desə də, mən bu gün ona inanmıram. İndi başa düşürəm ki, Məlahət xanım məni ovsunlamaqla həm pulumu, həm də qızıllarımı ələ keçirib. Diqqəti cəlb edən hal odur ki, Məlahət xanımın bu cür iyrənc əməlləri ilə üz-üzə qalan Mələkxanım Həmzəyeva, bu gün nə edəcəyini bilmir. Amma, “Gündəm Xəbər” qəzeti olaraq belə bir məlumat da əldə etmişik ki, üz-üzə qaldığı problemi ilk öncə başqa bir KİV nümayəndəsinə bildirən Mələkxanım Həmzəyeva, əvvəlcə onlardan köməklik istəyir. Hələlik adının çəkilməsini istəmədiyimiz media təmsilçisi, Məlahət xanımla əlaqə saxlayıb yaşanan problemlə bağlı münasibət bildirməsini istədikdə, o, məsələyə aydınlıq gətirmək əvəzinə, hüquq-mühafizə orqanlarına yazılı şikayətini ünvanlayır. Təəssüf doğuran hal o olur ki, Məlahət xanımın dələduzluq əməllərini aydınlaşdırmaq əvəzinə, hüquq-mühafizə orqanı əməkdaşları media təmsilçilərini hələ də get-gələ salmaqdadırlar. Yəqin ki, onların belə bir addımı ilə bağlı, “Gündəm Xəbər” qəzeti olaraq yaxın günlərdə DİN-ni rəhbərliyinə müraciət edib, qaranlıq məsələlərə aydınlıq gətirmələrini xahiş edəcəyik. Əvvəla onu bildirmək istəyirik ki, bu günədək çoxsaylı insanları, o cümlədən taleyi olmazın müsibətlərlə üz-üzə qalan Mələkxanım Həmzəyevanın qızıl əşyalarını Məlahət xanım hansı əsasla ələ keçirir? Bəyəm o, “Lombard”sahibidir, yoxsa qızıl mağazasının rəhbəridir? Yəqin ki, ilk öncə bunun araşdırılmasına ehtiyac var. Çünki, olduqca acınacaqlı həyat tərzi keçirən bir Azərbaycan qadınının bu yolla aldadılması, nə yerə, nə də ki, göyə sığası məsələdir. Amma, falçı Məlahət adı ilə məşhurlaşan bu xanım, belə bir addımını atıb ki, bu da onun qol qoyduğu qanunsuzluq əməlidir. Yaşanan olayla bağlı araşdırmamızı davam etdirəcəyik.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?