GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Maraqlı » Hakimiyyətlə qərb arasında böyük müharibə

Hakimiyyətlə qərb arasında böyük müharibə

Tarix: 25-03-2013, 10:37 Bölmə :Maraqlı Baxış: 1 167
Hakimiyyətlə qərb arasında böyük müharibə

Milli Demokratiya İnistutu, Atətin Bakı ofisi, Fridrix
Nauman Fondu... bütün demokratiya carçıları hədəfə alınıb


Son günlər Bakıda bir neçə Qərb təşkilatının adı qalmaqallı xəbərlərdə çəkilir. ABŞ-ın Milli Demokratiya İnstitutu (MDİ) «Facebook inqilabı» layihəsinə pul ayırmaqda suçlanır. ATƏT-in Bakı ofisində status müzakirəsi barədə yayılan xəbərlər də prezident seçkisi ilində bu qurumun monitorinq fəaliyyətinin əngəllənə biləcəyi sarıdan narahatlıq yaradıb.
Bakıdakı 10 mart – «Əsgər ölümlərinə yox» aksiyasından sonra yerli mediada belə bir iddia irəli sürüldü ki, ABŞ-ın Milli Demokratiya İnstitutu «Facebook» vasitəsilə inqilab layihəsinə 2 milyon dollar xərcləyib. ABŞ səfirliyi və MDİ-nin Azərbaycan nümayəndəliyinin rəhbəri Alex Grigorievs bu xəbərləri yalanlasa da, yüksək rütbəli məmurlar hələ də araşdırılma aparıldığını söyləyirlər. Bir misal: Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev martın 14-də «AzərTac»a müsahibəsində deyir: «...Orada göstərilən faktlar təsdiq olunsa, biz bu qurumla əməkdaşlığımızı dayandırmalı olacağıq. Üstəlik, MDİ-nin nümayəndəsi martın 10-da «Fəvvarələr» meydanında keçirilməsinə cəhd olunmuş qeyri-qanuni aksiyada iştirakını etiraf etmişdir. Görünür ki, MDİ-nin Bakı nümayəndəliyi və onun əməkdaşları haqqında yayılan məlumatlar ciddi yoxlanılmalıdır».

«Günahkar kimdir? Qərb»

«FAR Center» İqtisadi və Siyasi Araşdırmalar Mərkəzinin rəhbəri Hikmət Hacızadənin fikrincə, hakimiyyət gənclərin son coşqunluğunun səbəbini beynəlxalq qurumlarda görür. O, həmin qurumlara qarşı kampaniyanı hakimiyyətdəki anti-Qərb qüvvələrinin fəallaşmasına bağlayır: «Nə baş verdisə, günahkar kimdir? Qərb! Guya ölkədə hər şey yaxşıdır, kənardan qızışdırırlar. Belə deyil, axı. Öz günahlarını, səriştəsizliklərini, ədalətsizliklərini görmürlər, – ya burda Qərb işləyir, ya vəhhabilər işləyir, ya da kimsə. Deputat yerlərini satırsınızsa, gənclər coşmasın? Əsgərlər ölürsə, gənclər etiraz etməsin?». Politoloq anti-Qərb taktikasını sovetdənqalma ənənə adlandırır. O, sovetlər dönəmində də etirazçı vətəndaşların «casus» adlandırıldıqlarını yada salır.

Rusiyadan yönəldilən kampaniya

«Şərq-Qərb» Araşdırmalar Mərkəzinin rəhbəri Ərəstun Oruclu da son günlər baş verənləri «anti-Qərb kampaniyası» adlandırır. O da Qərb qurum və təmsilçilərinin hədəfə alındığını deyir. Politoloqun fikrincə, hər şey martın 9-da ATƏT-in Novxanıdakı tədbirinə polis müdaxiləsindən başlayıb: «Maraqlıdır ki, həmin tədbirə müdaxilə edən polis rəsmilərindən biri orada Friedrich Naumann adlı şəxsi axtarıb. Bu göstərir ki, həmin şəxsə, yanlış olaraq, qeyri-peşəkarlıq üzündən deyilib ki, orada Friedrich Naumann-ın təmsilçisi də var». (Ərəstun Oruclu 1996-2011 illərdə Almaniyanın Azadlıq Naminə Fridrix Nauman Fondunun Azərbaycan üzrə nümayəndəsi olub).
Ərəstun Oruclu kampaniya sifarişinin Rusiyadan gəldiyini deyir, çünki kampaniyanın miqyası onu yalnız yüksək rütbəli rəsminin başlatdığını deməyə əsas verir. Ölkədə İran və ya Türkiyənin çıxarlarını qoruyan başqa bir yüksəkçinli məmur yoxdursa, yerdə Rusiya qalır: «Məqsəd də indiki, Azərbaycan-Rusiya münasibətlərinin gərgin olduğu, Qərb dövlətlərinin Azərbaycanla maksimum ehtiyatla davrandığı dövrdə Azərbaycanın Qərblə münasibətlərini pozub, onlara xələl gətirib ölkəni təkləmək istəyidir».
Müşahidəçilər son bir ildə Azərbaycan və Rusiya prezidentlərinin görüşməməsini iki ölkə arasında gərginliyə bağlayır. Gərginliyə səbəblər sırasında Qəbələ RLS-in bağlanmasını, Rusiyada «Milyarderlər İttifaqı»nın məhz Kremlin dəstəyi ilə yaradılmasını sadalayırlar.

ATƏT-lə bağlı nə baş verir?

Son günlər mediada ATƏT rəsmiləri ilə qurumun Bakı ofisinin statusunun müzakirə olunması, Bakı ofisində yoxlamalar aparılması barədə xəbərlər yer alıb. ATƏT-in Bakıda səfərdə olan baş katibi Lamberto Zannier isə heç bir yoxlamanın aparılmadığını bildirib: «Mən irəliyə addımları müzakirə etmək üçün burdayam. Azərbaycanlı dostlarımızla, nazirlə görüşdə əməkdaşlığın yaxşı bir mərhələsi barədə razılığa gəldik. Müzakirə əməkdaşlığın yeni səviyyəyə keçməsi, burada uzunmüddətli fəaliyyətimiz barədə gedir. Bu, nə etdiyimizin təftişi deyil, növbəti görməli olduğumuz işlərin müzakirəsidir».
Adətən, Azərbaycanda seçkilərə dair ATƏT-in hesabatlarında seçki pozuntuları sadalansa da, müstəqil və müxalifət dairələri həmin qurumu hakimiyyətə «yumşaq» münasibətdə suçlayır, onu fəaliyyətsizlikdə qınayırlar. Ancaq politoloq Ərəstun Oruclu düşünür ki, son kampaniya ATƏT-i də hədəfə alıb və səbəb – bu mandatlı qurumun istənilən vaxt fəallaşa biləcəyi sarıdan olan qorxudur. Görünür, kimlərsə bunu nəzərə alaraq profilaktik tədbir görmək istəyirlər.

«Görünür, vəziyyətləri «yaş»dır»

Politoloq Hikmət Hacızadə isə anti-Qərb qüvvələrin yenidən fəallaşmasını ötən il yayılmış video qalmaqalına bağlayır: «Yəqin, vəziyyətləri «yaş»dır. Yəqin, bu korrupsiya qalmaqalı ilə bağlı gərginlik keçirirlər, emosional vəziyyətdədirlər. Yaxşı, kimsə rüşvət əməlini telefonla çəkib və onu internetə qoyub, «Facebook»da yayıb. Telefon da, internet də, «Facebook» da Amerikanındır. İndi bu rüşvət aktında Amerika günahkardır? Yəqin, ona küsüblər – niyə sizin telefonla, sizin «Facebook», internet bizim günahlarımızı yayır?».
Xatırladaq ki, Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin adı ötən il yayılmış, deputat mandatı üçün bir milyon dollar tələb olunan korrupsiya videosunda çəkilirdi. Həmin video ilə əlaqədar keçmiş deputat Gülər Əhmədova hazırda həbsdədir. Ramiz Mehdiyev «AzərTac»a müsahibəsində prezident seçkilərinin nəticəsini görməyin çətin olmadığını, seçicilərin böyük əksəriyyətinin öz səslərini prezident İlham Əliyevə verəcəklərini də bildirib. O, eyni zamanda ATƏT, Avropa Şurası kimi beynəlxalq qurumlarla əməkdaşlığı sürdürəcəklərini vurğulayıb.

Arifə Kazımova
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Milli Demokratiya İnstitutu Azərbaycanda aktiv fəaliyyətini davam etdirir

    Milli Demokratiya İnstitutu Azərbaycanda aktiv ...

    10-06-2013, 17:09

  • 
  • Tramp Fransadan ABŞ-a səfər edənlərin yoxlanılmasını sərtləşdirməyi təklif edib

    Tramp Fransadan ABŞ-a səfər edənlərin ...

    24-07-2016, 15:42

  • 
  • Hakimiyyət seçki ilində Qərbə müharibə elan etdi

    Hakimiyyət seçki ilində Qərbə müharibə elan etdi ...

    25-03-2013, 10:22

  • 
  • Avropa Şurasından mühüm qrup

    Avropa Şurasından mühüm qrup ...

    11-04-2013, 10:09

  • 
  • Ch.Smith: «Azərbaycanda Demokratiya Aktı»na ciddi yanaşırıq

    Ch.Smith: «Azərbaycanda Demokratiya Aktı»na ciddi ...

    2-03-2016, 20:34


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (260)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı Antivirusdan istiafdə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu