GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Maraqlı » İlin ən böyük korrupsiyası

İlin ən böyük korrupsiyası

Tarix: 25-03-2013, 10:39 Bölmə :Maraqlı Baxış: 1 275
İlin ən böyük korrupsiyası

Zəlzələ zonasında vəsaitlərin mənimsənilməsi davam edir

Ötən il Azərbaycanın Şimal-Qərb rayonlarında baş vermiş zəlzələ zonasında vəziyyət kritik olaraq qiymətləndirilir. Bu barədə “Kür” vətəndaş cəmiyyəti qərargahının bugünki təqdimatında deyilib. Qərargahın koordinatoru Oqtay Gülalıyev tərəfindən təqdim edilən dörd rayonda – Şəki, Qax, Zaqatala və Balakən rayonlarındakı vəziyyət haqqında məruzə göstərib ki, 2010-cü il Kür daşqını zamanı olduğu kimi, təbii fəlakətin nəticələrinin aradan qaldırılması yüksək səviyyədə korrupsiya, vəsaitlərin mənimsənilməsi və digər sui-istifadələrlə müşaiyət olunur.
Xatırladaq ki, ilk 6 bal gücündə zəlzələ 7 may 2012-ci ildə baş verib və episentri Zaqatalada olub. Episentri Balakəndə olmaqla eyni gücdə ikinci zəlzələ sentyabrda qeydə alınıb. FHN 8 may 2012-ci ildən 10 fevral 2013-cü ilədək 33 276 evə baxış keçirib və 5059 evin qəza vəziyyətində olduğu, 5905 evin əsaslı təmirə, 11027 evin isə yüngül təmirə ehtiyac olduğu barədə rəy verib. 32 kənd məktəbinin, habelə 200 sosial obyektin, həmçinin 90 ailə üçün çoxmənzillik evin tikintisi planlaşdırılıb. Hökumət zəlzələnin nəticələrinin aradan qaldırılması üçün 320 mln. manat ayırıb.
İlk günlər FHN xilasedici funksiyalar daşıyan təşkilat kimi hərəkət edərək, 10 min ailəni çadır, ərzaq və digər yardımla təmin edirdisə, sonradan vəziyyət kəskin şəkildə dəyişdi. Operativlik bəhanəsi ilə tendersiz yüksək vəzifəli məmurlara yaxın inşaat şirkətləri seçildi. İşlərə az ixtisaslı ucuz işçi qüvvəsi cəlb edildi. Əmək müqavilələri bağlanmadı, əmək haqqı isə müvafiq rəsmiləşdirmə olmadan ödənilir, fəhlələr mənzil və yeməklə təmin edilmir. İnşaatla bağlı sənədlər şəffaf deyil. Bu fonda inşaatçıların etiraz və intihar halları qeydə alınıb.
Kür daşqını zonasında da olduğu kimi, bir kvadrat metr mənzilin qiyməti ən az iki dəfə artırılaraq, 600 manat və daha çox göstərilib ki, bu da açıq-aşkar vəsaitlərin mənimsənildiyini göstərir. Bu, “AZ Dizayn İnşaat” şirkətinin Bakıda təklif etdiyi qiymətlərlə müqayisədə görünür. Bu şirkət hər kv. metri 335 manatdan sanitar qovşağı və mərkəzi isitmə sistemi olan evlər tikməyi təklif edir. FHN-in tikdiyi evlərdə isə sanitar qovşaq və mərkəzi isitmə sistemi yoxdur. Kür daşqını zonasında da eyni vəziyyət müşahidə olunurdu, burada rəsmi ekspertiza FHN-in inşaat təşkilatlarının qiymətləri həddindən artıq artırdığını müəyyən edib.
Lakin Nazirlər Kabineti, Maliyyə Nazirliyi, Baş Prokurorluq nəzdində Korrupsiyaya qarşı Mübarizə İdarəsi, Ramiz Mehdiyevin rəhbərliyi ilə Korrupsiyaya qarşı Mübarizə üzrə Dövlət Komissiyası sui-istifadə və milyonlarca vəsaitin mənimsənilməsi faktlarını görmür, deyə “Kür” qərargahının üzvü Mehman Əliyev qeyd edib.
Evlərin təmiri ilə bağlı da eyni vəziyyət hökm sürür. Zərərçəkmişlərə 3-7 min manat pul kompensasiyası verilir, bu pulla onlar özləri təmir etməlidir. Bir çox hallarda vətəndaşlar yardımı qeyri-adekvat hesab edərək, onu qəbul etməkdən imtina edirlər. Bunun üçün FHN özü əsas verir. “Kür” qərargahının üzvləri fevral ayında Zaqatalada monitorinq zamanı evlərin FHN eksperti tərəfindən formal qiymətləndirilməsinin şahidi olublar. Qiymətləndirmə vizual olaraq bir neçə dəqiqə ərzində həyata keçirilirdi.
Amma ən pisi odur ki, əvvəlcədən ayrılmış 320 mln., sonradan ayrılmış daha 20 mln. vəsait artıq xərclənib. Lakin işlərin yalnız bir hissəsi yerinə yetirilib – o qədər də yüksək keyfiyyəti olmayan 2 minə yaxın ev və 20 məktəb tikilib.
FHN-in məlumatına görə, evlərin tikintisinə 252,2 mln. manat, məktəblərin tikintisinə 61,16 mln. manat xərclənib, layihələşdirmə və ekspertiza 2,5 mln., kompensasiyalar 16,9 mln., mallar və avadanlıqlar 5,5 mln. manat, evlər üçün dəmir karkaslar 1,77 mln. manat təşkil edib.
Bütün bunlar milli tərkibi rəngarəng olan, Azərbaycan türklərinin, avarların, ləzgilərin, çeçenlərin, rusların və başqalarının yaşadığı regionun qanunauyğun narazılığına səbəb olur.
“Qəza vəziyyətində olan evimə dövlət komissiyası iki dəfə baxış keçirib, amma hər dəfə hansısa təmirdən bəhs edirlər, baxmayaraq ki, bizim küçədə artıq zərər çəkməyənlər üçün evlər tikilib”, deyə Mamrux kənd sakini Fatimə Əfəndiyeva şikayət edib.
Faldar kənd sakini Firuzə Kərimova onun dediklərini təkrarlayır, yarıdağılmış evinin fotoşəklini göstərir və yeni mənzil tikməkdən imtina edən FHN məmurlarının özbaşınalığından şikayət edir. Turan agentliyinin direktoru Mehman Əliyev bildirib ki, qərargah insanlara yardım göstərilməsi və fəlakət zonasında korrupsiyanın qarşısının alınması məqsədilə vəziyyətin monitorinqini davam etdirəcək. “Kür” qərargahı hakimiyyəti prosesə yerli icmaların, QHT və KİV-in cəlb edilməsi yolu ilə zəlzələnin nəticələrinin aradan qaldırılması üzrə işlərin şəffaflığını təmin etməyə çağırır.
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Türkiyədə zəlzələ oldu

    Türkiyədə zəlzələ oldu ...

    23-08-2015, 11:13

  • 
  • Türkiyədə zəlzələ oldu

    Türkiyədə zəlzələ oldu ...

    23-08-2015, 11:13

  • 
  • “Kür” Kəmaləddin Heydərovu yoxlayır

    “Kür” Kəmaləddin Heydərovu yoxlayır ...

    17-02-2013, 12:48

  • 
  • Daha bir dəhşətli zəlzələ

    Daha bir dəhşətli zəlzələ ...

    31-12-2012, 09:48

  • 
  • “Kür”dən nazirə sərt suallar

    “Kür”dən nazirə sərt suallar ...

    7-12-2012, 10:58


Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Arxiv xəbərlər

Avqust 2025 (573)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yay istirahətini harada keçirmək niyyətindəsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu