Fobiyalar bir çox insanın həyatında var. Kimi yüksəklikdən, kimi insan içinə çıxmaqdan, kimi təklikdən, kimi böcəkdən və ya təyyarədən qorxur. Bu qorxulara görə də insanlar həyatlarını buna görə uyğunlaşdırmağa başlayırlar. Misal üçün təyyarə qorxusu olan insan təyyarəyə minməz, pişik fobiyası olanlar pişik olan yerlərə girməzlər. Gəlin, əvvəlcə fobiyanın nə olduğuna və nədən qaynaqlandığına nəzər salaq. Hər hansı bir təhlükə anında hiss edilən qorxu, güclü bir qaçma istəyi, sürətli ürək döyüntüləri, əzələlərdə gərginlik kimi əlamətlərlə yaşanan güclü hisslər fobiya adlanır. Fobiya yüksək dərəcədə hiss edilən qorxudur. Əslində qorxu, təbiətindən dolayı təhlükə anında özünü qorumağa yönələn insani baxımdan faydalı bir hissdir. Digər yandan fobiyalar insanı təhlükə anında ikən qorusa da, günlük həyatına mənfi təsir göstərə bilər.
Qorxu və fobiya arasında fərqlər nələrdir? Qorxu həyatda qalmağımıza yardım edən bir hissdir. Misal üçün uçurum kənarına yaxınlaşmamaq bizi aşağıya düşməkdən qoruyur. Fobiya isə bir şeyə qarşı duyulan qorxunun çox böyük şəkildə hiss edilməsi və şəxsin həyatına pis təsir göstərməsi halıdır. Qısacası fobiyalar insanın qorxularının xronikiləşməsi və ya özünün də məntiqsiz qəbul etdiyi qorxulardır.
Ən çox rast gəlinən fobiyalar hansılardır? Fobiyaları 3 qrupa ayırmaq olar. Bunlardan biri sosial fobiyadır. Bu, sosial topluluqlarda başqası tərəfindən izləndiyinin düşünülməsi, pisləndiyini zənn etməsi kimi hallarla özünü göstərir. Belə insanlar bu qorxunu yaşamamaq üçün sosial topluluqlarla görüşməməyə çalışırlar. Digər bir fobiya isə tək qalmaqdan qorxma, tək harasa getmə hallarına duyulan qorxudur. Üçüncü tip fobiya isə hansısa əşyaya və bu kimi şeylərə duyulan qorxudur. Bunlara: qapalı məkan, böcək, kəpənək, it, ucu iti əşyalar və s. də daxildir.
Bəs fobiyalardan necə qurtulmaq olar? Fobiyaların müalicəsində dərmanların rolu çox azdır. Hətta adətən dərmanların zərərli olduğu da görülür. Yaxşı olar ki, dərman qəbul etmədən öncə psixoloqunuza müraciət edəsiniz.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?