GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Maraqlı » Sosial həyatımızın Mübariz İbrahimovları - “Nida”çılar

Sosial həyatımızın Mübariz İbrahimovları - “Nida”çılar

Tarix: 8-04-2013, 10:33 Bölmə :Maraqlı Baxış: 776
Sosial həyatımızın Mübariz İbrahimovları - “Nida”çılar

Mübariz İbrahimov məğlub Azərbaycan ordusunun şərəf salnaməsini
necə öz canı hesabına yazdısa, “Nida”-çılar da siyasi və sosial həyatda
çoxsaylı partiyaların heç birinin bacarmadığı dəyanəti nümayiş etdirdilər


“Nida” təşkilatının ardıcıl bir neçə üzvünün həbsi artıq adi hala çevrilib. Həbsin səbəbi onların odlu silah saxlaması ilə əlaqələndirilsə də əsas motivin keçirilən etiraz aksiyalarıyla bağlı olduğunu bilməyən yoxdur. Həqiqətən, bu gənclər son 20 illik siyasət tarixində demokratik düşərgənin edə bilımədiyi ən önəmli nailiyyətə imza atmışdılar və bu mənada repressiya aparatının işə düşməsi gözlənilməz deyildi.
Dövlət ərkanının öz hakimiyyəti uğrunda qarşısına çıxan hər kəsi cəzalandırması nə qədər başa düşülən olsa da, “Nida”-çılara qarşı yönələn bu sərt tədbirlər effektli mübarizə üsulu təsiri bağışlamadığı kimi, həm də milli maraqlarımıza vurulmuş ən böyük zərbədir. İqtidar mənsubları dünya şərtlərinin dəyişdiyi bir vaxtda repressiv metodlara əl atarakən öz hərəkətlərini düzgün ölçüb-biçməli və məsələyə fərdi hakimiyyət mənafeləriylə yanaşı, həm də dövlətçilik maraqlarından yanaşmalıdırlar. Əks halda yürüdülən bu repressiv siyasət dövlətçiliymizin təməlləri sarsıdar, nəticədə dörd tərəfdən düşmən qüvvələrin əhatəsində olan ölkəmizin müstəqilliyi belə təhlükə altına düşər. Bu isə öz növbəsində təkcə sadə vətəndaşların yox, həm də milli sərvətlərimizi mənimsəyərək öz səltənətlərini quranların da faciəsinə çevrilə bilər.
Məsələ burasındadır ki, istənilən dövlətin mövcudluğunun əsas təminatı onun təbii sərvətləri, iqtisadi və hərbi qüdrəti deyil, milli-mənəvi dəyərləri yüksək olan gəncliyidir. Məhz bu gəncliyin sayəsində istənilən ölkənin iqtisadi potensialı ortaya çıxır, hərbi qüdrəti möhkəmlənir. İdealist duyğularla yaşayan gənclər hər bir dövlətin milli ruhu və düşmən qarşısındakı mənəvi sipəri, çəkindirici gücüdür. Həm də bütün silahlardan daha qüdrətli gücüdür. Onların arzu və hədəfləri ölkəni həm iqtisadi, həm mədəni, həm də texnoloji cəhətdən inkişaf etdirir, dünya dövlətləri sırasında özünəməxsus yer tutmalarına şərait yaradır. Hakimiyyət də “Nida”-çıları cəzalandırmaq əvəzinə, milli maraqlarımızı düşünüməli və hadisənin dialektik inkişaf nəticəsində ortaya çıxdığını anlamalıdır.
Anlamalıdır ki, hər bir cəmiyyət zaman keçdikcə dəyişilir, köhnə metodlar inkar olunur və yeni hədəflər üzərində yeni sistemlər yaranır. Tarixi zərurətə çevrilən bu prosesin qarşısını almaq mümkün deyil. Dövlətlər bu keçişi ya dinc yolla başa vurur, ya da ağır kataklizmlərdən sonra qarşısındakı əngəlləri aşa bilirlər. Bütün hallarda cəmiyyətin dəyişilməsinin əsas lokomativi ruhunda böyük ideallar daşıyan gənclik olur. Bu gənclik olmasa dövlətlərin böyümə hədəfləri qalmaz və onlar çökər, qonşu xalqların yeminə çevrilərlər. Odur ki, bütün sivil dövlətlər mənəvi dəyərləri yüksək olan gəncliyi nəinki cəzalandırmır, əksinə onların qarşısında dayanan bütün əngəlləri aradan qaldırır, gələcəyimizin qaranquşları olan bu şəxsiyyətləri mükafatlandırmaqla milli məfkurəni təşviq etməyə çalışırlar. Milli məfkurə təşviq olunduqca idealist gənclərin sıraları da genişlənir, dövlətlərin böyük hədəfləri ortaya çıxır və ilk vaxtlar imkansız kimi görünən həmin hədəflər zamanla reallığa çevrilir.
Nə yazıq ki, Azərbaycan hakimiyyətinin iqtidar hərisliyi milli məfkurənin təşviq olunmasına xidmət etmir. 20 ildir davam edən başqa düşünənlərə qarşı repressiya siyasəti nəticəsində ən böyük dəyərə çevrilən yaltaqlıq, ikiüzlülük, riyakarlıq bəlkə də kimlərinsə siyasi eqosunu oxşayır, canlarına yağ kimi yayılır, cibini doldurur. Amma məmləkəti də yaltaqlar və riyakarlar orusuna çevirir. Heç bir mənəvi dəyəri olmayan, əyləncədən, keyf-işrətdən başı açılmayan cəmiyyətin formalaşmasına yol açır. Bu isə öz növbəsində bütün ölkənin mənən aşınlanmasıyla nəticələnir. Korrupsiya, rüşvətxorluq yaltaq məmurların cibini doldurduqca, ölkədə fahişəliyin, narkomaniyanın, alkoqolizmin, ölkə başçısının təbiriylə desək, qudurğanlığın və bu kimi min cür əxlaqsızlığın kök salmasına gətirib çıxarır. Mənəvi aşılanmadan ən çox əziyyəti çəkənlər isə yenə bu zülmü yaradanların öz balaları olurlar. Ölkə sərvətlərinin oğurlanmasıyla əldə olunan haram pullar kasıb balasının öz potesialını ortaya çıxara bilməməsiylə nəticələnirsə, oliqarx övladlarının narkomanlığına, əyyaşlığına, qadın düşkünlüyünə və min cür sağalmaz mənəvi xəstəliklərdən əziyyət çəkməsinə yaşıl işıq yandırır. Və bütün bu aqressiv siyasət sadəcə zərurətə çevrilən dəyişikliklərin vaxtını uzadır, onu qarşısını almır. Vaxt uzananda isə yenilikçi ruhun müqavimət gücü artır və sıxılmış qaz effekti yaradır. Bu isə böyük böyük partlayışlar deməkdir.
Mənəvi dəyərləri yüksək olan gəncliyin qarşısında yaradılan əngəllər qaçılması mümkün olmayan sonun önünü kəsə bilmədiyi halda cəmiyyətin gələcəyinə, onun inkişaf perspektivinə təsiri uzun müddət keçməyən ağır zərbələr vurur. İqtidarların öz ənənəvi siyasətlərindəki mühafizəkarlığı ölkədə yalnız qeyri-əxlaqi mühit yaratmaqla qalmır, həmçinin əqli və düşüncə potensiallı insanlarımızın ölkəni tərk etməsinə səbəb olur. Nəticədə intellektual gücün ən böyük sərvət hesab olunduğu dünyada super dövlətlərin şüurlu şəkildə həyata keçirdikləri beyin köçü deyilən vəziyyət ortaya çıxır. Cəmiyyətin aşağı təfəkkürlü insanlarının yaltaqlıq və riyakarlıqla ələ keçirdikləri idarəetmə orqanlarında özünə yer tapa bilməyən, düşüncələrinə görə təqib olunduğundan və ya ölkədə kök salmış yerliçilik, qohumbazlıq, korrupsiya nəticəsində əqli potensialını maddi qazanca çevirmək imkanı olmayan ziyalı gənclərimiz məcburən ölkəni tərk edib başqa dövlətlərə sığınırlar. Öz əqli imkanlarıyla sığındıqları ölkələrin iqtisadiyyatını, sosial həyatını gücləndirlər. Nəticədə xarici dövlətlər bizin intellektual gücümüz sayəsində gücləndiyi halda, bizə çürük təfəkkürlülər və onların talan etdiyi ölkə qalır. Bu gün təbii sərvətlərinin gətirdiyi xarici kapitalın hesabına həmin siyasətin necə böyük təxribatlara yol açdığını hiss etməyən ölkəmiz neftimiz, qazımız azaldıqca bunun ağır nəticələrini görməyə məhkum olacaq və uzun illər öz acınacaqlı vəziyyətini düzəldə bilməyəcək.
Tamamilə dövlətçilik maraqlarımızın əleyhinə yönələn bu siyasətdən geri çəkilməli, ölkədəki vəziyyətlə razılaşmayan və idealları, hədəfləri uğrunda ən ağır mübarizədən çəkinməyən, əliyalın polis qüvvələrinin, ağır texnikanın, silahların, repressiya aparatının qabağına çıxmaq cəsarəti göstərən bu oğulların səsi eşdilməli və onların igidliyi təşviq olunmalıdır. Unudulmamalıdır ki, onların hər biri sosial həyatımızın Mübariz İbrahimovlarıdır. Mübariz İbrahimov məğlub Azərbaycan ordusunun şərəf salnaməsini necə öz canı hesabına yazdısa, “Nida”-çılar da siyasi və sosial həyatda çoxsaylı partiyaların heç birinin bacarmadığı dəyanəti nümayiş etdirdilər. Bu dəyanət iqtidarın siyasi maraqlarına cavab verməsə belə sırf idealları uğrunda göstərdiyi şücaətə görə bu gənclər hörmətlə qarşılanmalı və ölkəmizin milli ruhunun boğulmasına imkan verilməməlidir.

Heydər Oğuz
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • "Nida"çı gənclərin məhkəməsi başlandı

    "Nida"çı gənclərin məhkəməsi başlandı ...

    5-11-2013, 15:29

  • 
  • NİDA fəalını azad etmədilər

    NİDA fəalını azad etmədilər ...

    18-04-2013, 10:13

  • 
  • Avropa Parlamenti kimləri siyasi məhbus sayır?

    Avropa Parlamenti kimləri siyasi məhbus sayır? ...

    24-10-2013, 12:56

  • 
  • Müsavat Partiyası NİDA-ya müqavilə təklif edib

    Müsavat Partiyası NİDA-ya müqavilə təklif edib ...

    20-12-2013, 19:27

  • 
  • Nida" üzvünün məhkəməsində qalmaqal

    Nida" üzvünün məhkəməsində qalmaqal ...

    10-04-2013, 10:01


Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Arxiv xəbərlər

Avqust 2025 (573)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı Antivirusdan istiafdə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu