Hakim cinayət işinin materiallarını vəkilə göstərməyib, Zaur Qurbanlıya da çıxış üçün söz verməyib
Dünən "Nida" üzvü Zaur Qurbanlının barəsində seçilmiş həbs-qətimkan tədbirinin ləğv edilməsi üçün apellyasiya şikayətinə baxılıb. Bu barədə vəkil Xalid Bağırov "bizimyolinfo.com" a məlumat verib. O deyib ki, məhkəmə Zaur Qurbanlı ilə bağlı cinayət işinin materialları ilə tanış olmağa icazə verməyib. Vəkil məhkəməyə iradını bildirsə də, nəticəsi olmayıb. Prosesin qalmaqallı keçdiyini bildirən vəkil əlavə edib ki, Z. Qurbalıya çıxış üçün söz verilməyib. "Mən də etiraz etdim ki,əgər təqsirləndirilən şəxsə söz verməyəcəkdinizsə, onu məhkəməyə niyə gətirmisiniz?" Hakim bundan sonra müşavirəyə gedib və Z. Qurbanlı barəsində seçilmiş həbs qətimkan tədbirini qüvvədə saxlayıb. Zaur Qurbanlıya qarşı Cinayət Məcəlləsinin 228.3-cü (qanunsuz olaraq partlayıcı maddələr və qurğular əldə etmə, hazırlama, daşıma və gəzdirmə) maddəsi ilə ittiham irəli sürülüb və onun, barəsində 3 aylıq həbs qətimkan tədbiri seçilib. "Nida" vətəndaş hərəkatının digər 6 üzvü Əzizov Məmməd, Quliyev Bəxtiyar, Novruzlu Şahin, Rəşad Həsənov, Rəşadət Axundov, Üzeyir Məmmədli barəsində də 3 ay müddətinə həbs qətimkan tədbiri qərarı çıxarılıb.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?