Bu gün saat 15.00-da Ağır Cinayətlər üzrə Məhkəmədə "Nida" Vətəndaş Hərəkatı fəallarının məhkəməsi başlayıb. Əməkdaşımızın verdiyi xəbərə görə, məhkəməyə yalnız müttəhimlərin valideynlərini və vəkillərini buraxıblar. Adı çəkilən təşkilatın azadlıqda olan üzvlərinin öz dostlarının məhkəmisində iştirak etmək hüquqları məhdudlaşdırılıb.
Milli Şuranın lider Cəmil Həsənli də prosesdə iştriak etmək üçün məhkəmə binasına gəlib. Cəmil Həsənli deyib ki, bu gənclər öz sərbəst toplaşmaq haqqında öz konstitusion hüquqlarından istifadə edərək küçəyə çıxıblar: "Onlara qarşı irəli sürülən ittihamlar mənasızdır. Mən ədalətli məhkəmə gözləmirəm. Bu iş tamamilə siyasi motivli bir işdir".
Reportyorumuzun verdiyi xəbərə görə, məhkəmə binasının önü olduqca qələbəlikdir. Prosesdə iştirak etmək istəyənlərin sayı 200-dən çoxdur. Onların hamısının məhkəmə zalına buraxılması mümkün olmasa da, bir hissəsi artıq zala daxil olub.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?