GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Maraqlı » Füzuli Ələkbərovun rüsvayçı «qaraj əməliyyati»

Füzuli Ələkbərovun rüsvayçı «qaraj əməliyyati»

Tarix: 8-12-2012, 11:25 Bölmə :Maraqlı Baxış: 747
Füzuli Ələkbərovun rüsvayçı «qaraj əməliyyati»

«Düşmənimin yerinə dostum gəlir» deyə, Administrasiyadakı dəyişikliklərə sevinən nazir Çexiyada otel tikdirir!

gundemxeber.az Prezident Administrasiyasındakı dəyişikliklər - Administrasiya rəhbərinə müavinlər təyin olunması, vəzifəsi yüksəldilənlər arasında xeyli vaxtdır mətbuatda və hakimiyyət çevrələrində adı Ramiz Mehdiyevi əvəzləməyə ən şanslı namizədlərdən biri kimi keçən Zeynal Nağdəliyevin də olması Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində (ƏƏSMN) sevinclə qarşılanıb. Bu barədə «Azpolitika.info»-ya bu nazirlikdəki etibarlı mənbə bildirib.
Mənbənin sözlərinə görə, nazir Füzuli Ələkbərov sevincini açıq şəkildə ifadə edir, yaxın ətrafına «düşmənimin yerinə dostum gəlir» deməkdən də çəkinmir. F.Ələkbərovun «düşməni» Ramiz Mehdiyev, «dostu» isə vaxtilə «Komsomol»da bir yerdə işlədikləri və aralarında yaxın münasibətlər olan Zeynal Nağdəliyevdir. Bəzi məlumatlara görə, F.Ələkbərovun himayəçilərindən biri də elə Z.Nağdəliyevdir.
F.Ələkbərovun proqnozunun reallaşıb-reallaşmayacağını bilməsək də, fikrimizcə, onun Ramiz Mehdiyevin «yıxılmasına» sevinməsi üçün həqiqətən də ciddi əsasları var. Məsələ ondadır ki, F.Ələkbərov vəzifəyə təyin olunduğu ilk günlərdən Administrasiya rəhbərini saymamaq kursunu götürüb və bu «yalnışlığın» bədəlini də çox ağır ödəyir. PA rəhbəri mütəmadi olaraq Respublika Prokurorluğunun Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin vasitəsilə F.Ələkbərovu cəzalandırır. Belə ki, son iki ildə ƏƏSMN-in onlarla yüksək vəzifəli şəxsi rüşvət alarkən cinayət başında yaxalanıb. Sonuncu belə həbs bir neçə gün əvvəl həyata keçirilib. Baş Prokurorluğun mətbuat xidmətindən verilən məlumata görə, Ucar rayon sakininin arvadına əlillik dərəcəsinin təyin edilməsi üçün ondan rüşvət tələb edilməsi barədə müraciəti Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə idarəsi tərəfindən araşdırılıb.
Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə idarəsinin əməkdaşları tərəfindən aparılmış əməliyyat nəticəsində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 36 №-li Tibbi Sosial Ekspert Komissiyasının sədri vəzifəsində işləyən İslam Bayramov komissiyanın Ucar şəhərində yerləşən inzibati binasındakı iş otağında rayon sakininə əlillik təyin olunması ilə əlaqədar 2 000 manat məbləğində rüşvət alarkən cinayət başında yaxalanıb.
Şübhə yoxdur ki, əvvəllər də qeydə alınan onlarla bu cür həbslərin istintaqı zamanı təqsirləndirilənlər ƏƏSMN-dəki rüşvət mexanizmini ifşa edən ifadələr veriblər və bu materiallar hansısa gün üçün saxlanılır...
Amma istər bu həbslərin davamlı proses şəklini alması, istərsə də özəl kanallar vasitəsilə əldə olunan məlumatlar onu göstərir ki, Füzuli Ələkbərov da geri çəkilmək, rüşvət mexanizmini durdurmaq niyyətində deyil. Hətta Korrupsiya İdarəsinin təqiblərindən yaxa qurtarmaq üçün hansısa qaraja sığınmaq (!) bahasına olsa da, bu mexanizmi işlətməkdə qərarlıdır. Bu qaraj söhbəti çox maraqlı söhbətdir və bir qədər sonra bu məsələyə qayıdacağıq.
Hələlik mexanizmin özündən və onun başında duranlardan danışaq. Mənbəmizin bildirdiyinə görə, xeyli vaxtdır ki, nazirliyin «qara mühasibatını» F.Ələkbərovun etimadını qazanaraq qısa vaxtda mətbuat xidmətinin rəhbərliyindən nazirliyinin Aparatının rəhbəri vəzifəsinə yüksələn Elnur Kələntərli aparır. Necə deyərlər, bütün almaq-vermək işlərinə Elnur müəllim baxır.
Son vaxtlar isə onun bir ayağı Bakıda, bir ayağı Çexiyadadır. Buna səbəb F.Ələkbərovun Çexiyada otel tikdirməsidir. Bu tikintiyə rəhbərliyi Elnur Kələntərli edir.
Yəni başa düşəcəyiniz bu aralar F.Ələkbərovun «rasxodu» daha da artıb. Əlbəttə ki, bütün bu «rasxodlar» da Azərbaycan xalqının, ən acınacaqlısı isə odur ki, onun ən imkansız təbəqəsinin, ünvanlı yardıma ehtiyacı olan yoxsulun, əlilin, pensiyaçının cibindən oğurlanmalıdır! Oğurlanır da!
Məsələn, mənbənin məlumatına görə, son vaxtlar VTEK-lərin əlillik dərəcələrinin təyini üçün vətəndaşlardan tələb etdikləri rüşvətin miqdarı daha da artırılıb - əlavə 600 manat Çexiyada otel tikintisinə «dəstək pulu».
Bir tərəfdən rüşvət mexanizmi işləsə də, bir tərəfdən də Korrupsiya İdarəsi öz işində - tuthatutda olduğundan təbii ki, ƏƏSMN-in rəhbərliyində oturmuş stajlı korrupsionerlər müəyyən azdırıcı taktiki gedişlər etmək, prokurorluğun əməliyyatçılarını yayındırmaq üçün ideyalar düşünmək və həyata keçirmək məcburiyyətindədirlər. Mənbəmiz belə ideyalardan biri barədə azpolitika.info-ya danışıb. Söhbət yuxarıda üstündən keçdiyimiz «qaraj əməliyyatından» gedir. Fikrimizcə, yazının bundan sonrakı hissəsi MTN və Korrupsiya İdarəsinin əməliyyatçılarını xüsusilə maraqlandırmalıdır!
Məlumata görə, hal-hazırda ƏƏSMN-in binasında bir manatın belə söhbəti gedə bilməz. Belə ki, nazirliyin bütün «qara mühasibatlığı» Elnur Kələntərlinin nazirliyin binası ilə üzbəüz yerləşən yeni «göydələnin» alt qatından icarəyə götürdüyü iki qarajdan idarə olunur! Hamı təlimatı burda alır, hamı verəcəyini burda verir! Bütün təlimatlar yazılı şəkildə (Görünür Elşad Abdullayev F.Ələkbərovun və işçilərinin də gözünü qorxudub. Səs yazılması ehtimalını nəzərə alırlar) və Ezop dilində verilir! Məsələn, təxminən bu cür: «Danışmışdıq ki, dekabrın 21-nə 40 şam alasınız. Amma 35-i gəlib çıxıb. Bu nə məsələdir?»
Bu işlərdə Füzuli Ələkbərovun sağ əli Elnur Kələntərlidirsə, Elnur Kələntərlinin də sağ əli nazirliyin Heybət adlı işçisidir. «Qaraj əməliyyatının» texniki tərəflərini (qəbul etmək, saymaq, yeni təlimatı çatdırmaq və sairə) məhz bu Heybət həll edir.
Beləliklə, gün kimi aydındır ki, Baş Prokurorluq yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin mütəmadi olaraq ƏƏSMN strukturlarında həyata keçirdiyi həbslər heç də ayrı-ayrı tamahkar məmurların adi rüşvətxorluğunun nəticəsi deyil, bu nazirlikdəki mütəşəkkil cinayətkar dəstənin sistemli fəaliyyətidir! Elədirsə, niyə həbslər «yuxarıya» doğru genişlənmir, başa düşmək asan olduğu qədər də çətindir!

Rasim ƏLİYEV. azpolitika.info
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Füzuli Ələkbərovun qardaşına MTN-də vəzifə verildi

    Füzuli Ələkbərovun qardaşına MTN-də vəzifə verildi ...

    13-10-2013, 14:53

  • 
  • Füzuli Ələkbərovun daha bir iddiası

    Füzuli Ələkbərovun daha bir iddiası ...

    25-12-2012, 12:56

  • 
  • Rəsizadə qalır, Füzuli Ələkbərov yola salınır...

    Rəsizadə qalır, Füzuli Ələkbərov yola salınır... ...

    21-10-2013, 17:47

  • 
  • Səlim Müslümovdan “dostyana” kadr siyasəti

    Səlim Müslümovdan “dostyana” kadr siyasəti ...

    6-12-2013, 01:52

  • 
  • Füzuli Ələkbərovun rüşvət aldığı məmurların siyahısı hazırlanır – Özəl

    Füzuli Ələkbərovun rüşvət aldığı məmurların ...

    2-12-2013, 12:57


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (282)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu