GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Maraqlı » Əbdülün qardaşları Sərdar və Qurban...

Əbdülün qardaşları Sərdar və Qurban...

Tarix: 29-04-2016, 01:46 Bölmə :Maraqlı Baxış: 0
Əbdülün qardaşları Sərdar və Qurban...

Əbdülü içi mən qarışıq məmləkət insanı ADP sədri Sərdar Cəlaloğlunun və tanınmış hüquqşünas Qurban Məmmədovun qardaşı kimi tanıyırdı. Təbii ki, onu yaxından tanıyan minlərlə yerlisi, dostu-tanışı, cəbhə yoldaşı vardı. Üstəlik, Birinci Qarabağ savaşının bir qığılcımı da Naxçıvana düşdüyündən nankor qonşularımız Sədərək istiqamətində də xain hücumlara ara vermir, bir tərəfdən bu diyarı səksəkədə saxlamağa, digər tərəfdən Naxçıvanın beynəlxalq qarantı kimi üzərində mənəvi məsuliyyət olan Türkiyəyə sataşmaq, bu yolla heç olmasa ötən əsrlərdə yedikləri tarixi qulaqburmanın heyfini çıxmaq istəyirdilər. Bu zaman Əbdül bir cəsur komandir kimi parlamışdı və ermənilərə qan uddurmuşdu. Amma hardan biləydi ki, ona ən böyük qan-qadanı elə fələyin özü uddurcaq və onurğa sütunundan aldığı güllə yarası onu ömürlük yataq xəstəsi etməklə kifayətlənməyəcək, sinəsinə oğul dağı da çəkəcək...

Əbdülün qardaşları Sərdar və Qurban...

Tabor komandiri mayor Rasim Məmmədovun yas mərasiminə Naxçıvana-Cəlaloğluların ata yurdu Babək rayonunun Cəhri kəndinə gedəndə də mən Sərdar və Qurban bəygilə başsağlığı vermək üçün getdiyimi düşünürdüm. Heç ağlıma da gəlməzdi ki, Əbdüllə yas mərasiminin o cür gərgin zamanında üz-üzə xeyli söhbət etmək imkanım olacaq. Elə yas çadırına çatmışdım ki, Qurban bəyin qolumdan tutaraq “Sən keç evə Əbdülün yanına, onunla bir az söhbətləş, həm də yanında Almaniyadan Sədərək döyüşlərindən tanıdığı bir türk dostu var, ağır xəbəri eşidib gəlib, həmsöhbət olarsınız” deməsi mənə bir fürsət oldu. İçəri keçib görüşdüm və başsağlığı verdim, bir az dil-ağız etdim, təskinlik üçün tapa bildiyim sözləri dedim. Cavabı məni heyrətləndirdi: “Mən 17 il səngərdə xidmət keçən Rasimi bir ildən sonra təqaüdə çıxıb yanıma gəlməsi üçün böyütməmişdim ki. Mən onu elə şəhid kimi gözləyirdim”. Onun bu sözləri saatlarca qulaqlarımda cingildədi. Düşündüm və təəssüfləndim ki, Əbdül kimi insanları biz qələm əhli tanımırıqsa məmləkət insanı haradan tanısın ki? Axı millətin belə igidləri, belə ürək sahibləri varsa biz nədən 22 ildir atəşkəs havasına sındıra-sındıra süzürük, nədən ermənipərsət vasitəçilər bu “pozor”u göy qutabı kimi bizlərə yedizdirirlər?

Əbdülün qardaşları Sərdar və Qurban...

Əbdül sözlə ifadə edilməyəcək ağır yataq xəstəsi idi. Amma onun üzündə ölüm əlaməti vallah görə bilmədim. O qədər gümrah və toxtaq danışırdı ki, hətta ürəyimdə “əslində Rasim kimi oğullardan əvvəl cəmiyyətə, millətə, səngərdəki əsgər-zabitlərimizə Əbdül kimi vətənpərvərlərimizi tanıtmalıyıq ki, minlərlə, on minlərlə Rasimlərimiz yetişsin” fikrinin təsiri altında bir ay sonra yenidən Naxçıvana qayıtmağı, Əbdüldən geniş müsahibə hazırlamağı qət etmişdim. Amma ömür vəfa etmədi və onun dünən dünyasını dəyişdiyini eşidəndə ikiqat peşman oldum. Yeganə təsəllim şəhidini çiyinlərində cənnətə yola sala bilməyən Əbdülün tezliklə oğluna qoşuşacağına inamım oldu. Artıq onlar cənnətdə bir - birinə sarılaraq nisgilə son qoyublar, ruhları rahatlıq tapıb. Rasim Əbdülə atasının qisasını artıqlaması ilə alaraq ondan valideyin halallığı da alıb hökmən. Biz də millətin məmə deyənindən pəpə yeyəninədək hamımız hər iki şəhidimizə halallıq veririk. Təbii ki, Əbdül də şəhiddir və onun da məzarı, məkanı Cəhridəki ən yüksək zirvədə Rasimin məzarının yanında olsa da əslində Lələtəpənin deyil, Azərbaycanımızın ən uca zirvəsində özünə əbədi yer qazanıb. Məkanı cənnət, ruhu şad olsun. Allah bu məmələkətə Əbdül və Rasim kimi on milərlə oğul nəsib etsin. O zaman bizə zaval yoxdur.

Əbdülün qardaşları Sərdar və Qurban...

Mən daha Əbdülü Sərdar və Qurbanın qardaşı kimi tanımıram. Əksinə, bundan sonra hər iki siyasi xadimi və ölkədə kifayət qədər tanınan bu cütlüyü məhz Əbdülün qardaşları olduğu gözüylə baxacam. Onlar bioqrafiyaları boyu bir çox siyasi uğurlara da imza atıblar, özlərini bir intellekt sahibi kimi cəmiyyətə tanıda biliblər. Amma bütün bu uğurlar Əbdülün qardaşı olmaq xoşbəxtliyinin yanında çox cılız görsənəcək mənim üçün...
Sonda aprelin əvvəlində Rasim Məmmədovun yas mərasimində çəkdiyim fotolar olan “Serjik üçün 1 aprel “zarafatı”” adlı yazımı da oxuculara təqdim edirəm. (həmin yazını bu linkdən oxumaq olar---moderator.az/news/131080.html) Yaxşı ki, həmin fotoların içərisində bir ömür boyu mənə təsəlli olacaq Əbdüllə birgə çəkilmiş bir şəklim də var...

Zülfüqar Hüseynzadə
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
Geri

Oxşar yazılar :

    
  • Sərdar Cəlaloğlunun qardaşı, şəhid atası vəfat etdi

    Sərdar Cəlaloğlunun qardaşı, şəhid atası vəfat ...

    27-04-2016, 23:09

  • 
  • Vasif Talıbov Sərdar Cəlaloğlunun qardaşı oğlunun yas mərasimində olub

    Vasif Talıbov Sərdar Cəlaloğlunun qardaşı oğlunun ...

    8-04-2016, 00:11

  • 
  • Sərdar Cəlaloğlu Qurban Məmmədovun həbsini siyasi fəaliyyəti ilə izah edib

    Sərdar Cəlaloğlu Qurban Məmmədovun həbsini siyasi ...

    5-06-2013, 00:07

  • 
  • Partiya sədrinin Londonda şirkəti peyda olub-SƏNƏDLƏR

    Partiya sədrinin Londonda şirkəti peyda ...

    4-11-2019, 11:25

  • 
  • ​Sərdar Cəlaloğlunun sənədləri MSK-ya təqdim edildi

    ​Sərdar Cəlaloğlunun sənədləri MSK-ya təqdim ...

    22-02-2018, 15:51


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (262)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı Antivirusdan istiafdə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu