GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Maraqlı » Azəri rəqqasəsi Yerevanda (8-ci hissə)

Azəri rəqqasəsi Yerevanda (8-ci hissə)

Tarix: 6-06-2016, 17:34 Bölmə :Maraqlı Baxış: 0
Azəri rəqqasəsi Yerevanda (8-ci hissə)

28 sentyabr.

Yenə çəpişimi dənizə atdığım qayaların yanına getmişdim. Hıçqırtı ilə ağladım, ona yazığım gəlir.

Daha Bakıda heç kimi yoluxdurmaq istəmirəm. There is enough.

Dalğalar dibinə çırpılan nəhəng, çapıq qayanın üstündə durmuşam.

Qayalara, mavi dalğalara baxıram. Nəm qum və balıq qoxusu gəlir.

Hava sərinləşməyə başladı. Əynimdə isti jaket var, əllərimi qoynumda birləşdirmişəm.

Rəşid işarə verməyə başladı, getmək vaxtıdır.

Artıq ona acığım gəlmir.

Əvvəl insanların hərəkətinə əsəbiləşirdim, indi onların hər biri üçün ayrıca qaşığım var.

Adam xoşuma gəlməyəndə ona uyğun qaşığa qoyur, içalatı ilə birlikdə uduram.

Dinməzcə evə gedirik.

Maşından düşəndə Rəşid əlini çiynimə vurub dedi:

- Qəm yemə qızcığaz, sənin üçün çəpiş gətirərəm. Ya da maral.

O heç nə başa düşməyib.

30 sentyabr.

Çox güclü bir gün alındı.

Evimə bir oğlanı dəvət etdim, rəssamdır. İmran, Bakılı El-Qreko. 43 yaşlarında yekədodaq, qıvrımsaç kişidir. Ondan rəng, plastin, akvarel, quaş iyi gəlirdi. Amma bu, avaralarla durub-oturmaqdan yaxşıdır.

Mən avaralardan bir kilometr aralı gəzirəm.

İmran natürmort çəkir. Çəkdiklərini göstərdi. Murdarçılıqdır.

Ona dedim:

- Soyun uzan. İndi əsl mənzərə olacaq.

O, itaətkarcasına yatağa doğru getdi.

Əlaqədən sonra istirahət edəndə şəklimi çəkməyi təklif etdi. Razı olmadım.

Bir bu çatışmırdı.

Axşama qədər oturduq, ona xəstəliyim barəsində demək istədim, sonra fikrimi dəyişdim.

Bir vaxt Paris radiosundakı çıxışım haqqında danışdım.

Bu, 2001-ci ildə, mən SPİD-ə təzəcə yoluxanda olmuşdu.

Gözümün qabağında dairələr fırlanırdı. Hər şey südlü sıyıq kimi bir-birinə qarışmışdı.

Beləliklə “Les secrets parisiens” radiosu ilə danışdım və mənə 1 dəqiqə vaxt ayırdılar.

Bütün bu yaxtı mikrofona fışıldadım, bütün Paris 60 saniyə ərzində aşağıdakıları eşitdi:

- Bu mənəm, qum gürzəsi-i-i-i-yəm… X-x-x-x-x-x. Şş-ş-ş-ş-ş-ş-ş-ş. Qum gürzəsi-i-i… Ş-ş-ş-ş-ş-ş… Yerin altından çıxmışa-a-a-m! Ancaq adam yeyirə-ə-ə-m… Ş-ş-ş-ş-ş-ş… Mən qum gürzəsiyəm!..

Düz bir dəqiqə belə davam etdim. Vaxt qurtardı. Çıxıb evimə getdim.

- Hə, nə olsun? Bunun nə dəxli var? - deyə İmran maraqlandı.

- Heç, elə-belə… deyib, bir büllur tujer arağı başıma çəkdim.

Yox, azərlər doğrudan da xoşuma gəlməyə başlayıblar.

Bu gün son tost onlar üçündür. Onların tərəqqisi sağlığına! Pour le developpement!

3 oktyabr.

Mənim seksual sərgüzəştlərim şərtilik olmağa başlayır. Mən bundan əvvəlki kimi ləzzət almıram. Öz birələrimin tapşırığını yerinə yetirmək məni təngə gətirib.

Qonşum zoomağazada işləyir. 35 yaşlı kişidir. Evlidir. Bunun məsələyə dəxli yoxdur. O, mənim xoşuma gəlmirdi.

Bu işi qonşularla görmək olmaz. Mən ondan suilanı gətirməsini istədim.

O, xahişimi yerinə yetirdi.

Böyük kağız qutuda yaşıl-sarı suilanı.

Rəşidə atəşfəşanlıq düzəltdim.

Axşam yanıma gəlmişdi. Həmişəki kimi özündən razı, təkəbbürlü idi.

Duş qəbul edib, yatağa uzanıb. Məni çağırır:

- Yanıma gəl, mənim körpəm, gözləməkdən yoruldum axı!

Mən qutunu penüarımın altında gizlicə yataq otağına apardım, balışın altına gizlədib, onun yanında uzandım.

O, məni əlləməyə başladı, prezervativini geyib əlaqəə girməyə hazırlaşırdı.

- Deyəsən telefon zəng çalır, - deyib başını qatdım.

O biri tərəfə dönəndə qutunu balışın altından çıxarıb içindəkini mələfənin üstünə atdım. Rəşid heç nə görmədi.

Bu an suilanı qıvrılıb başını qaldırdı və donub qaldı.

Təhlükəsiz olduğunu əvvəlcədən bilsəm belə, mən də qorxdum. Zəhərli olmasa belə, yataqda ilanın olması xoşa gələn iş deyil.

İlanı göstərə-göstərə divara doğru çəkilərək süni təlaşla qışqırdım:

- Rəşid, ilan, dəhşət!

Ulu Tanrım, Rəşid nə günə düşdü!

Dalı-dalı çəkildi, tarazlığını itirdi və arxası üstə döşəməyə gumbuldadı. İlan xalçanın üstünə tullanıb çarpayının altında gizləndi. Rəşidin balaca aləti (yumşaq desək, o elə adi halda da bir şey deyildi) büzüşdü, özü isə çarpayıdan kənara tullandı.

Məndən cingiltili bir qəhqəhə çıxdı.

Rəşid:

- Anormal axmaq! Kütbeyin! İdiot! Gicbəsər! - deyə bağırırdı, sifəti qıpqırmızı olmuşdu.

Mənim isə gülməkdən hələ də qarnım ağrıyır.

Zarafat alındı.

İnsanlar yazıq və çarəsizdirlər. Bütün yer kürəsi kəsilməz seksdir. Əbədi, fasiləsiz cinsi əlaqə.

Ağaclar qey, torpaq zaddır.

Şirəli və nəm torpaq.

Ağaclar torpağa daxil olur, çiçəklənir, bar verir. Bu maye kişinin şirəsidir.

Ağaclar torpağı razı sala bilmir, ona görə yeni binalar tikilir ki, yerin həvəsini söndürsün.

Bütün bu fikirlər mənim başıma xəstə olduğumu biləndən sonra gəlib.

Bəlkə özümü Hollivuda satım? Alarlar. Canlı ölüm gəlir. Walking corpse (Gəzən meyit).

4 oktyabr.

Bakı işlək və tox sahil şəhəridir. Dəniz dalğalanır, şəhər amfiteatr kimi ona doğru enir. Bu görünüşdən Bakı udur.

Lakin çox vaxt Bakı bayağıdır, meşşancasına görünür. O, peşəkar şəhər deyil.

Rəngarəng, sadəlövh kütlə.

Başqa şeyə gətirirəm.

Rəşid artıq məni kişilərə, telefon zənglərinə qısqanır. İddialar irəli sürür. Mənim Rəşid adlı bu kirayənişinim çox gülməlidir. Hələ ki, o mənim yoluxdura bilmədiyim yeganə kişidir. Hərçənd buna xüsusi istəyim də yox idi.

Axşam onunla bir əngələ düşdük. “Tural” restoranında oturmuşuq.

Bir kənarda əyləşib istirahət edirdik. Birdən hansısa qanmaz bizim stolu bərk itələdi, konyak yubkama töküldü.

Rəşid sərxoş idi və məsələni aydınlaşdırmaq əvəzinə stulu götürüb ona tolazladı. Sən demə bu qanmaz da vəzifə yiyəsi imiş. Başladı, nə başladı! Musiqi o dəqiqə dayandı. Bir saniyə hər şey səssizliyə büründü.

Dava yanğısı üstün gəldi. Stollar aşırılır, qab-qacaq qırıqları döşəməyə uçurdu.

Səs-küy, qışqırıq, qızlar stulları aşıraraq çölə qaçır. Başqa adamlar qaçaraq içəri girir, davaya qoşulurdular.

Söyüş, inilti. Keşikçilər gəlib çıxdılar, üç dəqiqəyə hər şey sakitləşdi.

Mən Rəşidi küçəyə çıxartdım, məndən yapışmışdı.

Burnu sınıb, dodağı əzilib, qulağı cırılıb. Köynəyi bütöv qandır.

7 oktyabr.

Rəşid başı sarıqlı, gözəgörünməz adam kimi gəzir.

Ona heyfim gəlir.

Axşam doyunca yedik, güclü içdik. Onu yola salmağa çıxdım.

Onun qara cipi yanan işıqların fonunda parlayırdı.

O, Rey Çarlzı qoşdu, mən cipin üstünə çıxıb musiqinin taktına uyğun rəqs etməyə başladım.

Qonşular və yoldan ötənlər maşina yaxınlaşıb mənim caz musiqisi altında oynadığım anormal göbək rəqsinə tamaşa edirdilər.

- Aşağı düş, damı əzəcəksən! - deyə Rəşid hövsələsiz əmr etdi.

Onun əlindən tutub yerə tullandım. Görürəm 10 yaşında bir uşaq dayanıb.

Qəşəng uşaqdır, sarı, buruq saçları var. Mənim oğlumunku kimi.

Alnından öpdüm. Çantamdan qrilyac konfetini çıxarıb ona uzatdım və tez maşının salonunda gizləndim.

5 dekabr.

Rəşid məni 5 nömrəli xəstəxanaya apardı. Xəstəxananın yanında kardioloji mərkəz, mərkəzin həyətində balaca meyitxana var. Pəncərəsiz ağ evcikdir. Kənardan baxanda heç deməzsən ki, bura meyitxanadır.

Rəşid maşını həyətə sürdü. Mən əvvəlcədən meyitxananın rəisi ilə danışmışdım.

Demişdim ki, mən tibb təhsilli jurnalistəm və ondan bəzi şeyləri soruşmalıyam. O da razılığını vermişdi.

Ağ xalatlı yumru bir kişidir.

Sifəti qıpqırmızıdır, görünür içməkdəndir.

Rəşid küçədə qaldı, mən içəri girdim.

Zal soyuqdur. ÖLÜlər ağ örtüyün altında sakitcə uzanıblar. Meyit iyi gəlir - parafin qoxuyur.

Rəis qulağıma nəsə deyirdi, mən razılıq əlaməti olaraq başımı tərpədir, köks ötürürdüm. Sonra elə bil tutmam tutdu…

Ortadakı dəmir çarpayıya doğru qaçdım, örtüyü üstündən götürdüm. Örtüyün altındakı gənc bir qızın meyiti idi. Görünür lap yaxınlarda ölmüşdü.

Saçlarından yapışıb soyuq metlaxın üstünə çəkdim, gumbultu ilə yerə dəydi. Təkərli çarpayı hərəkəb edib qonşuluqdakına dəydi. Meyitin böyürlərini, üzünü təpikləməyə başladım. Meyit mənim əmrimlə kukla kimi şıllaqlayırdı.

Rəis çaşdı. Qışqırmağa başladı:

- Bu dəqiqə polis çağıracağam! Ey, kim var orda, tez bura gəlin! - deyə bağırdı.

Əlimi qaldırmağa bildirdim ki, indi özüm gedəcəyəm.

Havaya çıxanda özümdə deyildim. Sərin külək üzümə vurdu.

Ayağım dolaşa-dolaşa maşina yaxınlaşdım. Rəşid şüşədən mənim üzümü görüb mühərriki işə saldı və o dəqiqə də sürdü.

Mənim halımdan, sifətimdən, gözlərimdən qorxmuşdu. Güzgünü çıxarıb baxdım: bir şey yoxdur. Sir-sifətim bir qədər əyilib, bir azca da qocalmış görünürəm.

Axşam mobil telefonuma zəng etdi:

- Sən ya vəhşi, ya da ilahəsən, - deyən səsini eşitdim.

Sözünü qurtarmağa qoymayıb telefonu qapatdım.

Elə həmin axşam evə bir cavan oğlan gətirdim, dediyinə görə universitetdə işləyir, müəllimdir. Dosentdir. İxtisasının nə olduğunu bilmədim.

O, məni özünə tərəf çəkdi, gözlərimə, sinəmə baxdı, kənara çəkildi, səssiz\cə inildəyəmə başladı, tir-tir titrəyirdi. Yağmurluğunu götürüb qaçdı. Sözün tam mənasında qaçdı.

Nə məsələdir görəsən?

Güzgüyə baxdım, hər şey qaydasındadır. Hərçənd güzgü həmişə aldadır. Pərt oldum.

23 dekabr.

Tez-tez quzuma əlvida dediyim qayaların yanına getməyə başlamışam.

Heyif ondan.

Qayadan sulara baxır, Xəzərin köpüklü damcılarını sifətimdə hiss edirəm.

Günəşli, ələdüşməz bir havadır. Ləzzətdir.

Uzaqları, dənizin maviliyini seyr edirəm.

Azərbaycanlıları anlamağa başlamışam.

Əvvəl özümdə belə şeylər hiss etmirdim. Son nöqtəsinə kimi anladım ki, Bakı mənim ömür boyu arzuladığım yerdir.\

Başımı verərəm ki, mən nə vaxtsa burada, bu qayanın üstündə dayanıb özüm-özümlə söhbət etmişəm.

Mənə son dərəcə ağırdır. Mən özgə şəhərində özümüzküyəm. Mənim bu kəşfimi ancaq ildırım vurmağa bənzətmək olar. Mən buradan heç bir yerə getməyə hazırlaşmıram. Bundan sonra da heç kimi yoluxdurmayacağam.

Çoxlarının həyatını məhv etsəm də, ORADA özləri mənə sağ ol deyəcəklər.

Mənə heç nə lazım leyil və Tanrıdan heç nə istəmirəm.

Bu dəqiqə ölsəydim, dünyadan xoşbəxt köçərdim.

26 dekabr.

Səhərdən nəsə küt bir əhvalım var. Nə özümdə, nə də ətrafda heç nəyi başa düşmürəm.

Sanki otaqda məndən başqa əlavə daha kimsə var. Bura daha kimsə köçüb. Mətbəxə keçirəm, heç kim yoxdur.

Amma daxilən hiss edirəm ki, evdə tək deyiləm.

Qorxuram. Dünənki yuxudan sonra məni ümumiyyətlə dəhşət bürüyüb.

Yuxu beləydi.

Kobranı öpürəm, qara, qulaqlı, eynəkli kobranı. Qucaqlamışam, başından öpürəm. O da mənə sarmaşıb yanağımdan möhkəm öpür. Sonra kor oğlumu ağ ata oturduram, hər tərəfdə qanadlı itlər uçur.

Sifəti yanmış atamı görürəm, yanımda oturub qulağıma nəsə pıçıldayır.

Dediyini başa düşə bilmədim.

Görürəm ki, balaca bir uşaq mütləq maşının altında qalmağa can atır. Anasının qəmdən ürəyi partlayır, əlini yelləyir, sürücülərə qışqırır ki, dayansınlar. Hərəkət sıxdır, maşınlar şütüyür, uşaq isə təkərlərin altına atılır, tez ölmək istəyir, beləcə əylənir. Gülümsəyir. O, özünü bir də maşının altına atdı, “Volqa”nın təkərlərinə ilişdi, amma möcüzə nəticəsində sağ qaldı.

Göydə müqəddəs simanın konturları görünür. O, göz yaşı töküb ağlayır, yanımda, solumda isə ifritə qarı dayanıb.

Mənə göz vurur və astaca pıçıldayır: “qorxma, hər şey yaxşı olacaq”.

Qarşımızda böyük ağ divar var. Divarın əks tərəfindən uşaq gülüşü, musiqi səsi gəlir. Kişilər oturub nərd oynayırlar.

Mən bunu görmürəm, ancaq eşidirəm.

Birdən telefon özündən çıxır, dayanmadan zəng çalır. Ürəyim əsir. Telefon küçədə, blokun yanında, köhnə vannanın durduğu yerdədir.

Dəstəyi götürürəm: Alo…

Gözlənilmədən 9-cu mərtəbədən başı aşağı bir adam düşür. Torpağa dəyir, küt bir səs çıxır, asfalta qan, selik, içalat tökülür və birdən hər şey yaxşılaşır.

Artıq hər yer işıqlı və parlaqdır. Pis şeylər hamısı yoxa çıxıb. İndi hamı şənlənir.

Oyandım. Soyuducuda pivə tapıb son damlasına qədər içdim.

29 dekabr.

Rəşid artıq zəhləmi töküb. Onun problemləri məni narahat etmir.

Dünən arvadı gəlib bura çıxmışdı. Aidə.

Suyuşirin qadındır. Bir qədər doludur, saçları da dəbə uyğun düzəldilib.

- Mən bilirəm ki, Rəşid sizə vurulub, amma bizim aləmiz, uşaqlarımız var axı, - yalvarıcı tərzdə əllərini qarşısında cütləyib, qırıq-qırıq danışır.

- Qulaq as, ay qız, nə məhəbbət? Mənim bir məhəbbətim çatışmırdı! Qiymətli ərinizə sözlərimi elə beləcə də çatdırın.

O, getdi. Mən isə hönkürtü ilə ağladım.

Bilsəydi ki, ərinin məndən yoluxmaması bir möcüzədir… Hələ ki, salamatdır, amma yolun axırına çoxmu qalıb?

Hərdən Rəşidi özümlə o biri dünyaya götürmək istəyirəm. Artıq ona adət eləmişəm.

Hər halda maraqlıdır, görəsən o biri dünya necədi? Burdakı kimidir?

Hər şey ola bilər.

Xəzər dənizinə baxanda suyun üzündə mazut və neft görürdüm. Bu suyun görünən hissəsidir.

Amma mən əmin deyiləm ki, bu çirkli suyun dərininə getdikcə o daha təmiz olur.

Suyun səthi çirklidirsə, çox güman ki, içərisi də belədir.

Yox, həqiqətən otaqda kimsə var. Qulağıma səslər gəlir.

Hərdən qapı açılanda gözümə kölgələr görünür. Çəkinib küncə sıxılıram. Amma xüsusi qorxu hiss etmirəm…

Sonda Anjela ilə görüşüm haqqında danışım.

Müəllif Anjela Petrosyanı şəxsən görüb.

Oxucunu aldatmaq istəmirəm. Əslində tam əmin deyiləm ki, bu həmin SPİD-ə yoluxmuş Anjela Petrosyan idi. Amma, güman ki, yanılmamışam. Çünki əlamətləri, nişanələri üst-üstə düşür.

Əhvalat 2006-cı ilin avqustunda Moskvada baş vermişdi. Biz banketdə idik. Orada mənə gənc erməni qadın, can həkimi Anjelanı təqdim etdilər. 35-36 yaşı olardı. Soyadı da Petrosyan. O, qıyğası baxışla məni süzdü.

Beynimdə nəsə qoşuldu.

Gözlərimi açıb ona baxıram.

Hərdənbir ona olan marağımı başa düşmədən mənə baxır.

Diqqətini tam cəmləmişdi. Gərgin gülümsəyirdi. Bədəninə kip oturan axşam donu geyinib. Dodaqları al qırmızıdır. Böyük, həris gözlü, xurmayı saçlı qadındır. Saçlarını rəngləyib. İndi buruq-buruq sarı saçları var.

Bütün axşamı baxışlarımız bir-biri ilə toqquşurdu. Hiss olunurdu ki, Anjela nədənsə çəkinir, natamamlıq hissi keçirir. Söz və ya hərəkətlə nə isə bildirmək istəyir, amma cəsarəti yetmir buna. Hiss olunur ki, etiket qaydalarını yaxşı bilir.

Mən idmandan danışmağa başlayanda diqqətlə mənə qulaq asırdı, qulaq kəsilmişdi də demək olar.

Yerlim Aqşin başı ilə Anjelanı göstərərək:

- Xoşuna gəlir? - deyə soruşdu. - Moskvada yaşayır. Tez-tez Parisə gedib-gəlir. Sırağagün onunla bir xudmani və rahat yerdə idik. Hamıdan gizlənmişdik. Hər şeyə əla idi!

Amma onun gözlərində nəsə var, yasaq meyvə, nifar alması kimi. Mən bu almanı qopara da bilərdim, məni özünə çəkirdi, amma başqa bir “nəsə” məni dayandırdı. Nədənsə canımı qorxu aldı, - deyə Aqşin sözünü tamamladı.

Sonra Anjela Petrosyan danışmağa başladı, sözlərini demək olar ki, nöqtəbənöqtə sizə çatdırıram:

- İnsan həyatı qalaktika və Kəhkəşanda xırda bir şeydir.

Tale insandan asılı deyil. O, dünən yazılıb, insan isə dünyaya bu gün gəlir. Bizdən heç bir şey asılı deyil. Dünyada hər şey sıx və görünməz iplərlə, bağlarla bağlıdır.

Yaramazlıq da, məhəbbət də, əziyyət də, səadət də.

Tanrıya sitayişdə nəsə, dəqiq desək, əsl məhəbbət itirilir, çünki əsl hiss sitayişdə yox, vəhdətdədir.

Sitayiş qorxu ilə əlaqədardır. Tanrıya da, hökmdara da, trest rəisinə də sitayiş edilir. Bu, tam ayrılmadır.

Nəcib hissə isə yalnız birləşmə aparır. Buna görə də dində ehkamlara yer yoxdur.

Mən məqsədli qatil-killerlərə bəraət qazandırmıram, amma onları başa da düşürəm. Onlar yanğınsöndürən rolunu oynayır, odu söndürürlər. İnsanların həyatı sanki bütün yer üzünü bürümüz oddur. Onu söndürmək lazımdır.

Özü də sənin yanğınsöndürən olub-olmamağın vacib deyil. Sənin məqsədin odu, yəni insanları söndürməkdir.

Yer insanlar üçün deyil, heyvanlar aləmi - flora və fauna üçündür. İnsanın anadan olmasını Tanrı hiss etmir, insanın anadan olması balığın okeanda kürü tökməsinə bənzəyir.

Balıq hər bir kürüsünün qayğısına qalmır. Çünki onun vəzifəsi yalnız kürünü tökməkdir, o da bunu yerinə yetirir. Hər şey ötücüdür. Qalaktikada sükunət yoxdur, ancaq hərəkət var. Hər şey hərəkət edir, inkişaf edir, formasını dəyişir, yetişir, qocalır, şəklini dəyişərək başqa ölçüyə keçir.

Ölüm yoxdur və ola da bilməz. İnsanın əsas həyatı fiziki ölümündən sonra başlayır.

…Sözün doğrusu, mən sona qədər də başa düşmədim ki, bu həmin Anjela Petrosyandır, ya yox. Amma onun sözlərində mömin ikona çəkənlərin moizələrindəkindən daha çox həqiqət var idi.
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
Geri

Oxşar yazılar :

    
  • Azəri rəqqasəsi Yerevanda (7-ci hissə)

    Azəri rəqqasəsi Yerevanda (7-ci hissə) ...

    2-06-2016, 14:20

  • 
  • Azəri rəqqasəsi Yerevanda (5-ci hissə)

    Azəri rəqqasəsi Yerevanda (5-ci hissə) ...

    16-05-2016, 15:34

  • 
  • Azəri rəqqasəsi Yerevanda (6-cı hissə)

    Azəri rəqqasəsi Yerevanda (6-cı hissə) ...

    26-05-2016, 17:01

  • 
  • Zaurla Xatirə arasında qalmaqal: “Camaat illərdir sənin iyinə necə dözsün?”

    Zaurla Xatirə arasında qalmaqal: “Camaat illərdir ...

    17-04-2017, 10:40

  • 
  • Rəşid Behbudovun gizli məktubu üzə çıxdı

    Rəşid Behbudovun gizli məktubu üzə çıxdı ...

    16-12-2015, 21:03


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (281)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu