GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Maraqlı » Hakim komandanın sensasion seçki planları

Hakim komandanın sensasion seçki planları

Tarix: 30-04-2013, 12:22 Bölmə :Maraqlı Baxış: 1 070
Hakim komandanın sensasion seçki planları
Yüzminləri hakimiyyətə təslim edəcək ssenarilər: Müəllim və həkimlərə status, sənədsiz tikililərə sənəd, bank borclarına bağışlanma...


Gələn il Azərbaycanda keçiriləcək prezident seçkilərini hakimiyyətin ənənəvi metodlarla «yola verməsinin» o qədər asan olmayacağını indidən söyləmək mümkündür. Həm dünyada gedən proseslər, həm Azərbaycanda baş vərən hadisələr, həm də hakimiyyətin daxilindəki təlatümlər 2013-cü il prezident seçkilərində YAP-ı təmsil edəcək namizədi (bu, İlham Əliyev olmaya da bilər) ciddi çətinliklərin gözlədiyini söyləməyə əsas verir. Artıq Qərb də hakimiyyətdən seçkini saxtakarlıq hesabına deyil, nəyin bahasına olursa-olsun xalqdan dəstək almaqla udmağı (və ya uduzmağı) tələb edir. Təsadüfi deyil ki, ABŞ dövlət katibi Hillari Klinton da Bakıda prezident İlham Əliyevlə görüşərkən ona hakimiyyətin 2013-cü ildə xalqdan dəstək ala biləcək namizədlə seçkilərə qatılmasını tövsiyyə edib. Hər halda ciddi diplomatik mənbələr belə xəbər verir.
Mövud şəraitdə hakimiyyətin hər hansı bir namizədinin xalqdan real dəstək alması çətin, hətta mümkünsüz görünür. Təbii ki, bunu hakimiyyətdəkilər də proqnozlaşdırmamış deyil. Buna görə də, məhz seçki ilində xalqın böyük hissəsinin hakimiyyətə qarşı münasibətini dəyişə biləcək addımların atılması, qərarların verilməsi gözlənilir. Bu haqda «Azpolitika.info»-ya hökumətə yaxın etibarlı mənbədən məlumat daxil olub.
Mənbənin sözlərinə görə, gələn il seçkiyə bir-neçə ay qalmış mərhələlərlə ən yüksək səviyyədə ölkə vətəndaşlarının böyük bir qisminin həyatına, ailə büdcəsinə təsir göstərəcək qərarlar qəbul olunacaq. Artıq bununla bağlı müvafiq hökumət qurumlarına göstərişlər verilib, ciddi iş gedir.Mənbə bunlardan 3-ü barədə bizi məlumatlandırıb.
Birincisi,

2013-cü ildə müəllim və həkimlərə dövlət qulluqçusu statusunun verilməsi

planlaşdırılır. Xatırladaq ki, dövlət başçısı İlham Əliyev hələ 2011-ci il aprelin 20-də sərəncam imzalayaraq dövlət büdcəsindən maliyyələşdirilən təhsil və səhiyyə müəssisələrində işin dövlət qulluğunun xüsusi növünə aid edilməsinə dair layihə hazırlanmasını və üç ay müddətində prezidentə təqdim edilməsini Nazirlər Kabinetinə tapşırmışdı. Ancaq bu sərəncamdan il yarım vaxt keçsə də, müəllim və həkimlərə dövlət qulluqçusu adının verilməsi rəsmiləşmədi. Halbuki, həm Təhsil, həm də Səhiyyə Nazirliyi müəllimlərə və həkimlərə dövlət qulluqçusu statusunun verilməsi ilə bağlı konsepsiyanı hələ ötən il mayınada Nazirlər Kabinetinə təqdim edib. Nazirlər Kabinetindən ötən il iyun ayının əvvəlində mətbuata verilən məlumatda isə təhsil və səhiyyə müəssisələrində işin dövlət qulluğunun xüsusi növünə aid edilməsinə dair Konsepsiya layihəsinin hazır olduğu, yaxın günlərdə Prezidentə təqdim ediləcəyi bəyan edilmişdi. Nazirlər Kabinetindən onu da bildirmişdilər ki, sözügedən sənəd təsdiqlənəndən sonra müəllimlərin və həkimlərin maaşları da artırılacaq. «Hazırda Maliyyə Nazirliyi məvaciblərin artırılması ilə bağlı imkanları araşdırır» deyə məlumatda qeyd olunurdu. Ancaq həmin vaxtdan il yarım keçsə də heç nə həll olunmadı.
Mənbənin məlumatına görə isə, müəllim və həkimlərə dövlət qulluqçusu statusunun verilməsinə dair Konsepsiya layihəsi hazırdır, bu istiqamətdə ayrılacaq vəsaitin miqdarı da dəqiqləşib. Ancaq hakimiyyət bu qərardan siyasi divident götürmək üçün onun təsdiqlənməsini gələn ilə saxlayıb. Seçkiyə az qalmış, böyük ehtimalla gələn ilin sentyabrında bununla bağlı prezidentin fərmanı imzalanacaq. Bu isə təbii ki, müəllim və həkimlərin böyük qisminin hakimiyyətə dəstək verməsinə səbəb ola bilər.
İkincisi,

Bakıda və bəzi iri şəhərlərdə sənədləşdirilməmiş evlərin qeydiyyata alınması

ilə bağlıdır. Xatırladaq ki, hələ 2011-ci il martın 9-da Bakı Şəhər İcra Hakimiyyətində keçirilən müşavirədə prezident İlham Əliyev paytaxtda “qanunsuz tikildiyi» iddia edilən və buna görə sənədləşdirilməmiş evlərin qeydiyyata alınmasına dair müvafiq qurumlara tapşırıq vermişdi. Sitat: “Bakıda evlərin qeydiyyata alınması problemi var. Ancaq biz elə etməliyik ki, bu problem həll olunarkən xoşagəlməz halların qarşısını tam şəkildə ala bilək. O evlər qeydiyyata alınmalıdır... Hacıbala Abutalıbova göstəriş vermişəm, bu məsələnin həlli üçün şəffaf mexanizm işlənilməlidir ki, biz burada korrupsiyanı, rüşvətxorluğu tamamilə aradan götürək».
Ancaq həmin müşavirədən 2 ilə yaxın vaxt ötsə də, bu istiqamətdə də hər hansı bir qərar qəbul edilməyib. Halbuki Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) başçısı Hacıbala Abutalıbov, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin (DTXK) sədri Qərib Məmmədov və başqaları prezidentin tapşırığını qısa müddətdə icra edəcəklərini bildirirdilər. Müşavirədən cəmi 20 gün sonra Dövlət Şəhərsalma və Arxitektura Komitəsi sədrinin müavini Dövlətxan Dövlətxanov bildirmişdi ki, evlərin qeydiyyatı mexanizmi hazırlanır və yaxın vaxtlarda qanun layihəsi də razılaşdırılmaq üçün aidiyyəti qurumlara göndəriləcək.
BŞİH-dən iddia edilir ki, bu qurum sənədsiz evlərin qeydiyyata alınması mexanizminin hazırlanmasına dair ölkə başçısının tapşırığını yerinə yetirib. Hacıbala Abutalıbovun rəhbərliyi altında hazırlanan sənədin hələ ötən ilin avqustun əvvəlində razılaşdırılmaq üçün Əmlak Məsələləri üzrə Dövlət Komitəsinə (ƏMDK) təqdim olunduğu bildirilir.
DTXK sədri Qərib Məmmədov da rəhbərlik etdiyi qurumun üzərinə düşən vəzifələri yerinə yetirdiyini, qanunsuz tikililərin sənədləşdirilməsi barədə qanun layihəsi hazırlandığını bildirib. Hətta ötən ilin payızında qanun layihəsinin müvafiq qurumlara təqdim olunduğunu və parlamentin müzakirəsinə veriləcəyini deyib.
Yalnız, ƏMDK-dan məsələnin həlli üçün zamana ehtiyac olduğu bildirilib. Təbii ki, Kərəm Həsənovun prezidentin tapşırığını özbaşına illərə uzatması qeyri-mümkündür. Mənbəmizin məlumatına görə də, bu istiqamətdə də bütün sənədlər prezidenti stolunun üzərindədir. Qərarın verilməsi isə 2013-cü ilə saxlanılıb. Böyük ehtimalla bu məsələ ilə bağlı da prezident fərmanı seçkiyə az qalmış işıq üzü görəcək. Nəzərə alsaq ki, təkcə paytaxtda 500 minə yaxın qanunsuz tikildiyi iddia edilərək sənədləşdirilməmiş evin mövcud olduğu bildirilir, onda sözügedən fərmanın hakimiyyət üçün nə qədər böyük siyasi divident qazandıracağını xüsusi şərh etməyə ehtiyac qalmaz. Seçki piarına hesablanmış üçüncü qərarın isə

Ölkə vətəndaşlarının banklara olan kredit borclarının silinməsi

ilə bağlı olacağı gözlənilir. Mənbənin sözlərinə görə, gələn il vaxtı ötmüş, problemli kreditlərin böyük hissəsi, hətta ola bilsin hamısı silinəcək. Bununla bağlı Mərkəzi Banka göstəriş verildiyi, xüsusi komissiyanın yaradıldığı bildirilir. Məqsəd bankların problemli kreditlərinin nə qədərinin sadə vətəndaşlara məxsus olduğunu dəqiqləşdirməkdir. Mənbənin sözlərinə görə, bu məbləğ dəqiqləşdirildikdən sonra həmin borc miqdarında büdcədən banklara vəsait ayrılacaq. Yəni, dövlət sadə vətəndaşların banklara olan borcunu öz üzərinə götürəcək (ola bilsin ki, ayrılan vəsaitin hamısı banklara verilməyəcək, hətta onların seçkiyə yardımı kimi silinəcək-müəl.). Gələn ilin ortaları veriləcəyi gözlənilən bu qərarın da hakimiyyətə böyük siyasi divident gətirəcəyi şübhə doğurmur.
Məsələ ondadır ki, son illər vətəndaşların banklara külli miqdarda kredit borcu yaranıb. İndi çox az ailə tapmaq olar ki, banka borcu olmasın. İnsanlar hətta adi məişət əşyalarını belə kredit hesabına əldə edirlər. Ökədə vətəndaşların əmək haqqının, gəlirinin səviyyəsi yüksək olmadığından yuxarı faizlərlə verilən bu kreditləri qaytarmaqda çətinlik çəkirlər. Təsadüfi deyil ki, bankların problemli kreditlərin həcmi son illər sürətlə artıb.
Son ayın məlumatlarını əldə edə bilməsək də, bu ilin ilk rübünə kimi banklar tərəfindən verilən kreditlərin 6,5%-inin vaxtında geri qaytarılmadığı məlumdur (beynəlxalq standartlara görə problemli kreditlərin payı bank aktivlərinin illik 5 faizindən çoxdursa, bu artıq kritik hədd sayılır-müəl.). Daha dəqiqi sentyabr ayına kimi banklar tərəfindən ümumilikdə 11 milyard 157,8 milyon manat kredit verilib və bunun 731,7 milyon manatını vaxtı keçmiş kreditlər (problemli kreditlər) təşkil edib. Dinamikaya nəzər salsaq, son aylar bu məbləğin daha da artdığı şübhə doğurmaz. Belə ki, Mərkəzi Bankdan (MB) açıqlanan statistik göstəricilərə istinadən apardığımız hesablamalar göstərir ki, verilən kreditlərin həcmi son bir il ərzində 14,6% artdığı halda, problemli kreditlərin həcmi 19,1% (139,2 milyon manat) artıb.
Məlumat üçün bildirək ki, problemli kreditlərin həcmi 2007-ci ildə ümumi kreditlərin cəmi 2,1%-i səviyyəsində olub. Yəni, ötən 5 il ərzində 3 dəfədən artıq çoxalıb.
Qaytarılmayan kreditlərin böyük hissəsi isə sadə vətəndaşlara aiddir. Belə ki, problemli kreditlərin əksəriyyətini məhz sadə vətəndaşların müxtəlif məişət əşyaları, cehiz, maşın almaq üçün götürdüyü qısamüddətli kreditlər təşkil edir. Bu günə qədər milli valyuta ilə verilən qısamüddətli kreditlərin 15,3%-i, uzunmüddətli kreditlərin isə 4,5%-i vaxtında geri qaytarılmayıb. Bunun əsas səbəbi isə odur ki, banklar qısa müddətdə daha çox gəlir əldə etmək üçün kreditləri yüksək faizlə təklif edirlər. Belə olan halda da insanlar aldıqları kreditləri geri qaytarmaqda çətinlik çəkirlər.
Qeyd edək ki, ölkənin aparıcı banklarına istinadən apardığımız araşdırma göstərir ki, mövcud faiz dərəcələri rəsmi göstəricidən yüksəkdir. Azərbaycanda kreditləşmə ilə məşğul olan bankların əksəriyyəti oliqarx-məmurlara məxsusdur. Onlar isə istər istehsal və biznesə, istər ev almaq üçün, istərsə də istehlak kreditlərini yüksək faizlərlə verir. Belə ki, Mərkəzi Bankdan indi 3-4 faiz, xarici banklardan 8-12 faizlə cəlb olunan kreditlər Azərbaycanda sahibkarlara ən yaxşı halda 22, vətəndaşlara 30 faizlə verilir. Birincilərdən kredit verilərkən alınan «şapka»nı və digər xərcləri də əlavə etdikdə faiz dərəcəsi 24-25%-ə qalxır. İstehlak kreditləri isə 25%-dən 36%-ə qədər dəyişir. Yəni məmur-oliqarxlara məxsus olan banklar faktiki soyğunçuluqla məşğuldur.
Məsələn, hazırda nağd kreditlər üzrə ən aşağı faiz dərəcəsi Azərbaycan Sənaye Bankı tərəfindən təqdim olunur. Bu bankda nağd kreditlər üzrə illik faiz dərəcəsi 24%-dən başlayır. Bundan başqa, “TBC kredit” bank olmayan kredit təşkilatından və “Yapıkredi Bank”dan 24%-lə nağd kredit almaq mümkündür. Digər banklarda isə faiz dərəcələri bir qədər də yüksəkdir: İllik faiz dərəcələri “Bank of Baku”da 25%, “Rabitəbank”, “NBC bank”, “Turanbank” və “Bank of Azerbaijan”da 26%, “DəmirBank”, “Nikoil bank” və “VTB Bank”da 28%-ə, “Unibank”da isə 30%-ə bərabərdir. Əksər hallarda bu faizlərin üzərinə banklar tərəfindən tutulan və kredit məbləğinin 2-5%-i arasında dəyişən komissiya haqqı və digər xərclər də əlavə olunur. Ümumiyətlə, Azərbaycan MDB-də yeganə dövlətdir ki, avtomobillərin alınması üçün verilən kreditlərin faiz dərəcəsi 20 faizdən artıqdır. Halbuki əksər Avropa ölkələrində bu cür kreditlər ya faizsiz, ya da kiçik faizlə verilir. Yəni bütün hallarda ikirəqəmli faizlə verilmir.
Nəticədə vətəndaşlar belə ağır şərtlər altında aldıqları kreditləri qaytara bilmirlər. Bu da banklar və vətədaşlar arasında uzunmüddətli məhkəmə çəkişmələrinə səbəb olur.
Qeyd edək ki, ictimaiyyətə məlumat verilməsə də, bankların əksəriyyətinin bu gün problemli kreditlərə görə ciddi çətinliklərlə üzləşdiyi məlumdur. Beynəlxalq Bankın, “Bank Standard”ın, «YapıKredi Bank Azerbaijan»ın, «Texnikabank»ın (Yeni adı ilə «Texnik Bankın»), «Unibank»ın, «Azəriqazbank»ın, Kapitalbank»ın, “Bank of Baku”nın, “Rabitəbank”ın, “Turanbank”ın, “Bank of Azerbaijan”ın, “DəmirBank”ın, “Nikoil bank”ın və bir sıra digər bankların böyük miqdarda vaxtı keçmiş kreditləri olduğuna dair məlumatlar var. Məsələn, III rübün nəticələrinə əsasən “Bank Standard”ın kredit portfeli 534 mln.725 min manata çatıb. Bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 26 faizdən çox artım olduğunu göstərir. Ancaq bu müddətdə bankın problemli (30 gündən çox vaxtı keçmiş) kreditlərinin həcmi isə 137 mln. 769 min manat olub ki, bu da cəmi kredit portfelinin 25,8 %-i həcmindədir.
Son məlumatlar məlum olmasa da, hələ 2 il əvvəl Mərkəzi Nyu Yorkda yerləşən «Fitch Ratings» beynəlxalq reytinq agentliyi «Beynəlxalq Bank»da problemli kreditlərin həcminin 27.8 faiz olduğunu bildirmişdi. Bu kreditlərin 18.6 faizinin vaxtı keçmiş kreditlər olduğu bəyan edildi. Eyni zamanda «Texnikabank»ın 38.8 faiz, «Unibank»ın 17.2 faiz, «Azəriqazbank»ın 12.5 faiz, «Kapitalbank»ın 7.7 faiz, «Dəmirlbank»ın 6.0 faiz problemli kreditlərinin olduğu bəyan olunurdu.
Mərkəzi Bankın məlumatlarına əsaslanaraq, son illər problemli kreditlərin daha da artdığını söyləyə bilərik. Təbii ki, bu yalnız banklar üçün deyil, vətəndaşlar üçün də böyük yükdür. Ona görə də, sadə vətəndaşların banklara olan borclarının silinməsinin hakimiyyət üçün böyük siyasi divident gətirəcəyi şübhə doğurmur.
Beləliklə, hakimiyyət seçki ilində seçici üçün daha hansı sürprizləri hazırlayır?

Murad Məmmədov
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • HİLLARİ KLİNTON PUTİNİ PARODİYA ETDİ - VİDEO

    HİLLARİ KLİNTON PUTİNİ PARODİYA ETDİ - VİDEO ...

    23-01-2015, 12:22

  • 
  • Azərbaycanda prezident oktyabrın 11 də seçiləcək

    Azərbaycanda prezident oktyabrın 11 də seçiləcək ...

    18-07-2013, 13:04

  • 
  • YAP İlham Əliyevin seçki sənədlərini MSK-ya təqdim etməyə hazırlaşır

    YAP İlham Əliyevin seçki sənədlərini MSK-ya ...

    5-08-2013, 19:29

  • 
  • 2013 seçkiləri: hakimiyyət üçün namizəd problemi

    2013 seçkiləri: hakimiyyət üçün namizəd problemi ...

    5-04-2013, 10:06

  • 
  • Qərb İlham Əliyevdən koalision hökumət istəyir

    Qərb İlham Əliyevdən koalision hökumət istəyir ...

    13-07-2013, 09:40


Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Arxiv xəbərlər

Avqust 2025 (573)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yay istirahətini harada keçirmək niyyətindəsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu