GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Manşet » Qərb İlham Əliyevdən koalision hökumət istəyir

Qərb İlham Əliyevdən koalision hökumət istəyir

Tarix: 13-07-2013, 09:40 Bölmə :Manşet Baxış: 1 000
Qərb İlham Əliyevdən koalision hökumət istəyir


Qərb İlham Əliyevdən koalision hökumət istəyir
Seçkinin kritik 100 günü başladı...Azərbaycanın dövlət idarəetməsində sensasion sayıla biləcək razılaşma əldə edildiyi iddia olunur; Avropa YAP-ın 3-cü dəfəsinə bəzi şərtlər çərçivəsində razılıq verib; Milli Şuranın vahid namizədi Rüstəm İbrahimbəyov seçkidən sonrakı hökumətdə əsas fiqur kimi görülür
Prezident seçkiləri normal axarda keçsə, 100 gün sonra Azərbaycan xalqı yaxın 5 il müddətinə dövlət rəhbərinin kimliyini biləcək. “Yeni Müsavat”ın seçkilərin ciddi beynəlxalq müşahidə altında keçiriləcəyi ilə bağlı ötən ay yazdığı xəbərlər (bax:10 iyun, “2013 seçkilərini ABŞ keçirir”) təsdiqlənir.
Yazıda qeyd olunurdu ki, 2013-2015 seçkilərinin patronajlığını üzərinə götürən Ağ Ev administrasiyası hakimiyyətin “qırmızı xətti” keçməyəcəyinə vəd alıb. ABŞ seçkini hakimiyyətin əleyhinə olduğu ATƏT missiyasının nəzarətində keçirməkdə israrlıdır. ATƏT-in seçkidə rəyi əsasdır və qurumda birləşən dövlətlər müşahidə missiyasının yekun hesabatı əsasında öz siyasətini qurur. Amerika ATƏT-də söz sahibi olsa da, Avropanın da isti baxmadığı “üçüncü müddəti” onlara həzm etdirmək lazımdır. Bunun üçün isə oktyabr seçkisini müşahidə edəcək ATƏT-in mövqeyi son dərəcə əsaslı sayılır.
“İndi MSK və digər dövlət qurumları ilə danışıqlar yekunlaşır. Hakimiyyət ATƏT-in Bakı ofisinin səlahiyyətlərini azaltmaq niyyətindən vaz keçib. Müşahidə missiyasının da ölkəyə buraxılması üçün sənədləşmə başlayıb. Milli Demokratiya İnstitutunun da ölkədə fəaliyyət müddəti uzadılacaq” deyə, məlumatlı qaynaq bildirmişdi.
Məlumdur ki, oktyabr seçkilərini müşahidə edəcək AŞ PA Müşahidə Missiyası artıq formalaşıb və 32 nəfərdən ibarət qrupa britaniyalı deputat Robert Valter rəhbərlik edəcək.
Hakimiyyət ATƏT-in Bakıdakı missiyasının səlahiyyətlərini azaltmaq niyyətindən də vaz keçib və bunu bu qurumun sədrinin ölkəmizə son səfərindəki açıqlamaları da təsdiq edir.
Azərbaycan xarici işlə naziri Elmar Məmmədyarov da oktyabrda keçiriləcək prezident seçkilərinə ATƏT müşahidəçilərini dəvət ediləcəyini deyib. Nazir əlavə edib ki, seçkilərə 2 ay qalmış ATƏT-ə müşahidəçi göndərilməsi ilə bağlı rəsmi müraciət ediləcək.
ATƏT-in Bakı ofisinin statusunun dəyişdirilməsi ilə bağlı Azərbaycan hökumətinin müraciəti barədə sualın cavabında ATƏT sədri deyib ki, hakimiyyətin “bu məsələ ilə bağlı mövqeyi çox konstruktivdir: ”Ümid edirəm ki, tezliklə Azərbaycanı və Azərbaycan xalqını təmin edəcək qərarlar qəbul edəcəyik".
Beləliklə, hakimiyyət Qərbin əsas tələblərini yerinə yetirərək seçkinin maksimum beynəlxalq müşahidə altında keçirilməsini təmin edib.
“Yeni Müsavat” hakimiyyətlə Qərb, xüsusilə də ABŞ arasında Azərbaycanın dövlət idarəetməsində sensasion sayıla biləcək bir razılaşmanın olduğu barədə məlumat alıb. Bugünlərdə Avropa ölkələrinin birində keçirilən tədbirdən qayıdan mənbəmiz bu məlumatı, necə deyərlər, “ölkə dışından” gətirib. Həmin şəxsin dediyinə görə, Qərb diplomatları ilə qeyri-rəsmi söhbətdə onların seçkidə Azərbaycanla bağlı xüsusi narahatlıqlarının olmadığını müşahidə edib. Diplomatların deməsindən belə anlaşılıb ki, İlham Əliyevin üçüncü prezidentlik müddəti müəyyən şərtlər daxilində qəbul edilib. Əsas şərt isə Azərbaycanda seçkidən sonra koalision hökumətin formalaşmasıdır. “Avropada Milli Şura barədə bizdən də ətraflı məlumatları var və müxalifətin koalisiyası gələcək koalision hökumətin tərkibi hesab edilir” - deyə, mənbə sensasion sayıla biləcək bu məlumatı “Yeni Müsavat”la bölüşüb.
Bu məlumatı təsdiq edə biləcək bəzi faktlar artıq var. Məsələn, ABŞ Dövlət Departamentində Rüstəm İbrahimbəyovun yüksək səviyyəli görüşləri, bu təmasların yaxın günlərdə Avropa Birliyinin yüksək səviyyəli rəsmiləri ilə də olacağı, daha sonra onun yenidən ABŞ-a dəvət olunacağı barədə məlumatların təsdiqlənməsi Milli Şuranın vahid namizədinə verilən önəmdir. Yəni belə görünür ki, Qərb R.İbrahimbəyovun timsalında “qızıl orta”nı tapdığını güman edir və onu koalision hökumətdə əsas fiqur kimi görür. İstisna deyil ki, bu cür rəy seçki sonrası mümkün gərginliyi azaltmaq üçün də Qərb mənbələri tərəfindən dövriyyəyə buraxılsın.
Hakimiyyətin seçkinin nəticəsindən asılı olaraq koalision hökumət qurmağa razılıq verməsi neçə illərdir ki, təkbaşına iqtidar olan YAP üçün əlbəttə ki, yumşaq desək, ciddi güzəştdir, bəlkə bəziləri üçün faciədir. Amma dəyişən dünya, yıxılan iqtidarlardan dərs götürülməməsi hakimiyyətə daha faciəvi sonluq yaşada bilər. 3-4 nazir, komitə sədri, icra başçısı postunu verməklə hakimiyyəti tam və birdəfəlik itirmək arasında fərq, əlbəttə ki, çox böyükdür. Bunu hakimiyyətin əsas adamları daha yaxşı bilir.
Amerikanın ölkəmizdəki sabiq səfiri Metyu Brayzanın Azərbaycan iqtidarını Misirin devrilmiş prezidenti Mursinin aqibətini yaşamamaq üçün demokratik islahatlara çağırması da çox şeyi deyir. Xatırladaq ki, Mursinin hakimiyyətdən yıxılmasının əsas səbəbi onun təkbaşına iqtidar olmaq iddiasıdır.
Təkbaşına iqtidar, yoxsa koalision hökumət? Seçki üçün geri sayım başladı...
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • ABŞ-ın 9 oktyabr seçkisini şübhə altına almasının sirri

    ABŞ-ın 9 oktyabr seçkisini şübhə altına almasının ...

    14-10-2013, 09:17

  • 
  • Ağ Evlə şok seçki razılaşması

    Ağ Evlə şok seçki razılaşması ...

    30-06-2013, 16:32

  • 
  • "Mən də İlham Əliyevdən razı idim" - İbrahimbəyov-VIDEO

    "Mən də İlham Əliyevdən razı idim" - ...

    11-07-2013, 12:45

  • 
  • Rüstəm İbrahimbəyov müxalifətin lideri və vahid namizədi oldu

    Rüstəm İbrahimbəyov müxalifətin lideri və vahid ...

    2-07-2013, 13:25

  • 
  • Əli Kərimli: “ATƏT-in rəyi rəsmi nəticələri alt-üst etdi”

    Əli Kərimli: “ATƏT-in rəyi rəsmi nəticələri ...

    10-10-2013, 21:15


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (281)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu