GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Maraqlı » “Əlil bazarı”

“Əlil bazarı”

Tarix: 30-04-2013, 14:28 Bölmə :Maraqlı Baxış: 1 001
 “Əlil bazarı”
Və ya 19 saylı TSEK-in sədri A. Yusifovun Şamaxı və İsmayıllıda açdığı bazarın gizli təfərrüatları

Son zamanlar ölkədə korrupsiyaya qarşı mübarizə yenə də gündəmin əsas mövzularından biri olaraq qalmaqdadır. Ən yaxşı halda korrupsiyanın kütləvi hal almasının etiraf olunması təqdirə layiq haldır. Hətta hamı gördü ki, dövlətin marağı olsa rüşvəti rüşətxorun ağzından da dartıb çıxara bilər. Buna sadəcə istək və maraq olmalıdır. Çünki hələ də elə məmurlar vardır ki, onlar əyləşdikləri kürsünü dədələrinin malı bilərək kefləri istəyəni edir, el dili ilə desək atlarını sağa-sola çarpırlar. Cəzasızlıq şəraitində istədiklərini etməyə çalışan belə “balaca padşahlar” rəhbərlik etdikləri sahəni əsl bazara döndərərək ancaq pul yığmaq,çapıb talamaqla məşğul olurlar. Tarixlə maraqlananlar bilirlər ki, orta əsrlərdə “iltizam hüququ” deyilən bir anlayış olub. Yəni bir varlı feodal hər hansı bir ərazidən toplanacaq vergilərin məbləğində pulu dövlət xəzinəsinə keçirir, sonra öz keyfi istədiyi miqdarda vergi toplayırdı. İndi də bir çox məmurlar vəzifəsini elə “iltizam hüququ” kimi alırlar. Haqqını çatdır, özün nə istəyirsən et!
Araşdırmalarımızın nəticəsində sizi belə məmurlardan biri ilə tanış etmək istəyirik. İcra etdiyi vəzifəsini pul toplamaq, vətəndaşları soyub-talamaqla icra edən, bu sahədə xüsusi məharəti olan məmur 19 saylı TSEK-in sədri Akif Yusifovdur. A. Yusifovun sayəsində 19 saylı TSEK-də özbaşınalıq, əhali ilə rəsmi dövlət qulluqçusu arasında rüşvət alıb vermə son pik nöqtəsinə çataraq iyrənc vəziytyət almışdır. Artıq vəziyyət o həddə çatmışdır ki, əhali o cümlədən, xəstələr kütləvi olaraq narazılıqlar içərisində dövlətə qarşı üsyan edirlər.
A. Yusifoun vəzifəyə gəlmə tarixçəsi də çox maraqlıdır. Belə ki, tez-tez göründüyü kef məclislərində Yusifov kefinin çağ vaxtlarında bildirib ki, yaxın dostu İsamyıllı rayon İcra Hakimiyyətinin sabiq başçısı Nizami Ələkbərova 40 min manat verərək İsamyıllı RMX-nın baş həkimi olmalı imiş. Lakin Səhiyyə naziri O. Şirəliyev onun namizədliyini qəbul etməmiş, nəticədə A. Yusifovun baş həkimlik sevdası baş tutmamışdır. Arada olan alış verişin şərtinə əsasən N. Ələkbərov qardaşı Əmək və Əhalinin Sosial Müdafiə naziri F. Ələkbərovun vasitəsilə onu 19 saylı TSEK-in sədri vəzifəsinə gətirir.
Beləcə “maya qoyub” vəzifəyə gələn A. Yusifov Şamaxı və İsmayıllıda “sağlam əlil düzəltmə” əməliyyatına start vermişdir. Yəni pulunu ver əlillik qrupu alaraq təqaüdə çıx. Akifin “komissiyasına” 2000 manat verən istənilən sağlam adam əlillik dərəcəsi alaraq bir anda şikəstə çevrilir və təqaüdə çıxarılır. Onun bu məharətinə istənilən sehrbaz həsəd apara bilər. Əslən İsmayıllıdan olan A. Yusifovun “şəxsi qayğısı” nəticəsində son 2 ildə İsmayıllıda “sağlam əlillərin” sayı sürətlə artmışdır. Əslən İsmayıllıdan olması A. Yusifova burada əsl bazar açmağa imkan vermişdir. Öz həmyerlilərini böyük məhəbbətlə “əlilə çevirən” TSEK sədri bahalı maşınlarda gəzərək, dəbdəbəli villarda yaşayaraq, tez-tez kef məclislərində iştirak edir, boğazını bir az yaşlayandan sonra isə sehrbazlığından ağız dolusu danışır. O, dəfələrlə qürrələnərək deyib ki, “mən ən azından verdiyim pulu çıxartmalıyam. Burda hər şeyə limit var, hər şey ümumi qaydada həll olunur. ” A. Yusifov öz “əlil” müştərilərinin boynuna minnət qoyaraq həmişə and-aman eləyir ki, “komissiyadan keçməyin qiyməti ona görə bahadır ki, nazir müavini İlqar müəllimdən aldığım spravkaların hər birinə 300 manat pul ödəməli oluram. ” Əgər bu arayışların hər birinin qiyməti A. Yusifovun dediyi kimi nazir müavini səviyyəsində 300 manatdırsa onda TSEK sədri böyük bir korrupsiya zəncirinin sadəcə bir halqasıdır. Beləcə maya qoyaraq sədr olan A. Yusifov maya qoyub qazanc götürməyin necə böyük ustası olduğunu burada da bir daha əyani sübut edir. Fəaliyyətində heç bir qanuna məhəl qoymayan Yusifov rəhbərlik etdiyi TSEK-i sözün əsl mənasında korrupsiya yuvasına çevirmişdir. Rəhbərlik etdiyi komissiya heyətinin tərkibi də onun öz qanunlarına özünə sərf edən əsaslarla formalaşdırılmışdır. Belə ki, komissiyanın heyət üzvlərindən olan Rüstəm adlı həkim eyni zamanda 0. 25 akladla xəstəxanada işləməsi mümkün olmadığı halda A. Yusifov bunu da mümkünləşdirmişdir. Yəni pul hər şeyi həll edir prinsipi bu dəfə də öz işini görmüşdür. Belə ki iş otağının qarşısında tablonun üzərində iş günləri 2-4 gün yazıldığı halda nədənsə komissiya həftənin 3 gününə salmışdır. Bu da xəstələrin nahaqdan gediş-gəlişinə kütləvi şəkildə narazılığına səbəb olur. Lakin lazım olan şəxslərə Rüstəm həkimin Şamaxı rayon poliklinikasının 61-ci otağında və ya A. Yusifoun kabinetinin yanındakı otaqda qəbul olunaraq bir anda uğurla “əlilə” çevrilirlər. Reablitasiya olunan xəstələrin heç birinin xəbəri olmadan qeyri-qanuni olaraq komissiyadan keçirilir və “əlilliyi” təsdiq olunur. Burada A. Yusifovun daha bir iş prinsipi də özünü göstərir. Belə ki komissiyaya gələn xəstələrlə “konvertdə gələn xəstələrin” qiymətlərində fərq qoyulur. Yəni hallı halına, pullu puluna görə qəbul olunur. Əlimizdə olan konkret, real faktlara əsasən bildiririk ki, İsmayıllı rayonu ərazisində son iki-üç gün ərzində xəstələr üçün açılan müayinə aktlarının 80%-i heç bir ixtisaslı həkim tərəfindən imzalanmamışdır. Bütün bunlar bu sənədlərin tam saxta və qanunsuz olduğunu bir daha sübut edir.
Vəzifə kürsüsü hər bir məmura qanunla müəyyən olunmuş səlahiyyətlər verir. Amma A. Yusifov isə gördüyünüz kimi nəinki səlahiyyət sahibi olmuş, hətta, vəzifəsi sahəsində möcüzələr yaradan sağlam insanı əlilə çevirən bir güc sahibi olmuşdur. Halbuki neçə-neçə xəstə, əlacsız vətəndaşlar aylarla onun qəbuluna sürünsə də komissiyadan keçməyə müvəffəq olmurlar. Çünki, Akif Yusifov məhz sağlam insanları “əlilə çevirməklə” pul qazanmağın asan yolunu tapmışdır.
Əlimizdə A. Yusifovun cinayətkar əməllərini sübut edən faktlar vardır və bu barədə hüquq mühafizə orqanlarına və aidiyyatı qurumlara müraciət ediləcəkdir. İsmayıllının sabiq başçısı N. Ələkbərovun “xeyir-duası” ilə vəzifə sahibi olan Şamaxı və İsmayıllının qara yarasına çevrilmiş A. Yusifovun “əlil bazarı” ümid edirik ki, F. Ələkbərovun gec də olsa qəzəbinə düçar olacaqdır. Biz sadəcə ümid edirik. . .

Nicat Mahmudov
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Nərimanovdakı 37 saylı orta məktəbdə pulyığma kampaniyasına etiraz

    Nərimanovdakı 37 saylı orta məktəbdə pulyığma ...

    28-03-2015, 20:16

  • 
  • Səlim Müslümovun təriflədiyi kadrları bunlardımı? SKANDAL

    Səlim Müslümovun təriflədiyi kadrları bunlardımı? ...

    23-01-2014, 16:46

  • 
  • Sumqayıtda «sosial bespredel» yaradan TSEK sədri

    Sumqayıtda «sosial bespredel» yaradan TSEK sədri ...

    18-11-2013, 22:52

  • 
  • Səlim Müslümovun yeni kadrından şikayət-VİDEO

    Səlim Müslümovun yeni kadrından şikayət-VİDEO ...

    24-01-2014, 17:20

  • 
  • “Azəriqaz” əlil işçilərinə zülm edir

    “Azəriqaz” əlil işçilərinə zülm edir ...

    22-11-2013, 00:03


Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Arxiv xəbərlər

Avqust 2025 (573)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu