Əlilik dərəcəsi sataraq oğluna 100 min manatlıq avtomobil alan TSEK sədri heç kimi saymır; Millət vəkili ilə qohumluğuna arxayın olan Sumqayıt12 saylı Tibbi Sosial Ekspert Komissiyasının sədri Sumqayıtda «əlillik bazarı» açıb… Sumqayıt şəhər sakini Nifaz Dəmirov adından şikayət məktubu daxil olub. Şikayət məktubunu araşdırdığımız zaman göstərilən faktların əksəriyyəti öz təsdiqini tapdığından Sumqayıtda sosial «bespredel» yaradan «kiçik məmur» haqqında sarsıdıcı məlumatları oxucularımıza təqdim edirik.
Vətəndaş Niyaz Dəmirov bildirir ki, Sumqayıt 12 saylı Tibbi Sosial Ekspert Komissiyasında “kolxoz bazarı” açılıb. Bazarkomluğu isə TSEK sədri Rasim Zeynalov icra edir.
Məlumata görə, komissiyaya edilən müraciətlərə çox gec baxılır. Hətta, elə insanlar var ki , artıq dünyasını dəyişib, amma, pensiyasının təyin edilib-edilmədiyi heç kimə məlum deyil.
Lakin ən maraqlı orasıdır ki, hətta yerindən tərpənə bilməyən, iki ayağından məhrum əlildə Rasim Zeynalova rüşvət vermədən əlilik təqaüdü ala bilməz. Məlumatda bildirilir ki, yataq xəstələri ən azı 500 manat verməsə onlara pensiya verilmir. Rasim Zeynalovun ən aşağı “tası” 500 manatdır. Bu məbləği isə o, yalnız tanışlığa görə və yataq xəstələrindən alır. Hansı vətəndaşın ki, tanışı yoxdur və o qanunla danışır onun üçün qiymət 2000 manata qədər yüksəlir.
Şikayətçi bildirir ki, Rasim Zeynalovun özbaşınalığı hamını bezdirib. Şikayət etmək istəyənlərə də məhəl qoymur, deyir ki, “mən Qənirə Paşayevanın qohumuyam, kimə istəyirsiniz gedin dərdinizi deyin”. Niyaz Dəmirovun bildirdiyinə görə komissiya sədri yuxarılara “vergi” verdiyini də açıq-aşkar söyləməkdən çəkinmir və bunun qarşılığında vəzifəsini qoruduğunu deyir.
Şikayətçinin sözlərinə görə Sumqayıt şəhərinin demək olar ki, yarısı Rasim Zeynalovun sayəsində “əlil” olub. Hətta kredit götürüb əlillik alanlar da var.
Sonda şikayətçi qeyd edir ki, Sumqayıt TSEK sədri Rasim Zeynalov aldığı rüşvətlə bu yaxınlarda oğluna 100 min dollara “BMW X6” avtomobili alıb.
Bir daha xatırladırıq ki, əməkdaşımızın Sumqayıtda apardığı araşdırma nəticəsində TSEK sədrinə qarşı bu ittihamların əksəriyyəti doğrulandı. Bundan sonrası isə təbii olaraq əlaqədar dövlət qurumlarına aiddir.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?