gundemxeber.az APA-ya istinadən xəbər verir ki, "iPhone"un yeni modelinin satışa çıxarılması Moskvada ajiotaj yaradıb. Qızıl Meydandakı QUM ticarət mərkəzində yüzlərlə insan "iPhone 7" almaq üçün gecə saatlarından növbəyə dayanıb.
Hazırda QUM-da böyük izdiham var. Yüzlərlə insan yeni "iPhone" modelinə sahib olmaq üçün növbədə gözləyir. Səhər saat 10:00-dan etibarən QUM qapılarını növbəyə duranlara açıb.
Moskvada "iPhone 7"nin qiyməti 56,99 min rubldan (892 ABŞ dolları), "iPhone 7 Plus"-un qiyməti isə 67,99 rubldan (1064 ABŞ dolları) başlayır
Sorğu
Yeni dizaynımız necədir?