GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Maraqlı » Qərib Məmmədovdan start siqnalı

Qərib Məmmədovdan start siqnalı

Tarix: 6-05-2013, 23:58 Bölmə :Maraqlı Baxış: 1 303
Qərib Məmmədovdan start siqnalı
Bələdiyyə sədrlərinin “ov”una başlanır; Komitə sədri bələdiyyələri torpaq satmaqda ittiham edib; Antikorrupsiya tamaşası təzə başlar yeyəcək

“Azərbaycanda bələdiyyələr onlara verilən torpaqları birdəfəlik satmaqla məşğuldurlar”. Bunu jurnalistlərə açıqlamasında Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin sədri Qərib Məmmədov Azərbaycanda bələdiyyələrə yeni torpaq sahələrinin verilməsi barədə təklifə münasibət bildirərkən deyib.
Onun sözlərinə görə, Azərbaycanda bələdiyyələrə ayrılmış 23,5% torpağın bir qismi vətəndaşlara icarəyə verilib, digər qismi isə satılıb. Yeni torpaqların verilməsinin nəzərdə tutulmadığını deyən Q.Məmmədov bələdiyyələri əldə olan torpaqları satmaqda ittiham edib:
“Yenidən bu torpaqları haradan verməliyik? Buna ehtiyac da yoxdur. Türkiyədə bələdiyyə təsərrüfatları yaradılır. Bizim bələdiyyələr isə torpaq olan kimi onu satırlar, təsərrüfat yaratmaq və artıq gəlir əldə etməyi düşünmürlər. Azərbaycanda torpaqlar məhduddur. Hər adama 0,18 hektar torpaq düşür. İşğal olunmuş ərazilərimizi nəzərə alsaq, hələ bundan da azdır.
Bələdiyyə seçkilərində haqlı olaraq bələdiyyələrin sayı 1718-ə qədər azaldı. Normal bələdiyyələr özləri üçün təsərrüfat yaradaraq, gəlir əldə edir. Bunlar isə torpağı birdəfəlik satır. Əldən çıxdıqdan sonra yenidən torpağı haradan vermək olar? Ona görə də ən yaxşısı əldə olan torpaqlar hesabına bələdiyyə təsərrüfatları yaratmaq və bundan bəhrələnmək lazımdır”.
Ümumiyyətlə, Azərbaycanda bələdiyyələr daha çox torpaq alqı - satqısına görə tanınır. Ancaq «Bələdiyyələr haqqında» qanuna görə, onların fəaliyyəti təkcə bununla bitmir. Qanunvericilikdə göstərilib ki, bələdiyyələr vətəndaşların təşkilinin elə bir sistemidir ki, onlar yerli əhəmiyyətli, sosial, iqtisadi və mədəni məsələləri sərbəst və müstəqil şəkildə həll etməlidirlər.
Məzarlıqlar məsələsi əhalinin ağrılı yerlərindəndir. Torpağın qiyməti get-gedə daha çox bahalaşdığından məzar üçün ayrılan torpaqlar da bahalaşır. Əgər əvvəllər xüsusilə kənd yerlərində məzar yerləri pulsuz idisə, indi belə deyil. Bütün bələdiyyələrdən insanlar narazıdır. Son illər korrupsiyaya qarşı mübarizə çərçivəsində onlarla bələdiyyə sədri həbs olunub. Komitə sədrinin açıqlaması isə göstərir ki, bələdiyyə sədrlərinin həbs dalğası davam edəcək.
Azərbaycan bələdiyyələri palçıq vulkanları ətrafında, altından yüksək gərginlikli elektrik xətləri keçən ərazilərdə də vətəndaşlara torpaq satır, onların bu ərazilərdə yaşayış evləri tikmələrinə icazə verir. Dövlət Xəritəçəkmə və Torpaq Komitəsi, Ekologiya və Təbii Sərvətlər Nazirliyiylə birlikdə aşkar edib ki, ayrı-ayrı bələdiyyələr palçıq vulkanları ətrafında evlərin tikilməsi üçün yüzlərlə sərəncamlar veriblər. Səlahiyyətli orqanlar deyirlər ki, bələdiyyələrin həmin sərəncamları ləğv olunmalı, oradakı evlər də sökülməlidir.
Bələdiyyələrin xüsusilə icra hakimiyyətindən asılı olması haqda fikirlər də cəmiyyətdə özünə yetərincə yer edib. Ekspertlər deyirlər ki, istənilən vaxt icra hakimiyyəti strukturu bələdiyyənin fəaliyyətinə müdaxilə edə bilər. İcra hakimiyyətindən asılı olmayan bələdiyyə sədri yoxdur. Ona görə ki, seçkilər şəffaf keçirilmir.
Həm yerli, həm də beynəlxalq ekspertlərsə deyirlər ki, Azərbaycanda bələdiyyələrin əsl müstəqil, dövlət orqanından asılı olmayan, güclü idarəetmə strukturu olması üçün ilk növbədə azad və şəffaf seçkilər keçirilməlidir. Bələdiyyənin büdcəsi indikindən bir neçə qat artıq olmalı, azad sahibkarlıq inkişaf etdirilməli, sahibkarlıqda monopoliya tamamilə ləğv olunmalıdır ki, bələdiyyələr öz ərazilərindəki kiçik iş yerlərini, istehsal sahələrini genişləndirməklə maliyyə imkanlarını artırsınlar.
Korrupsiya, rüşvətlə mübarizə elə aparılmalıdır ki, heç bir bələdiyyə sədri və nümayəndəsi vətəndaşın haqqına əl uzatmağa cəsarət etməsin. Vətəndaş da bələdiyyəni öz həyəti, məhəlləsi, kəndi, şəhəri bilib onunla sıx, həm də aydın münasibətlər əsasında işləməlidir.
Amma o da reallıqdır ki, bələdiyyə sədrləri özbaşına torpaq satmırlar. Onlar aylıq və illik “hesabat” verir və komitəyə “paket” göndərirlər. Qərib Məmmədovun isə onları ittiham etməsi “gözdən pərdə asmaq”, özünü təmizə çıxarmaq cəhdidir. Ölkədə elə bir sistem formalaşıb ki, aşağılar yuxarıların icazəsi olmadan heç bir qanunsuzluğa yol verə bilməz, rüşvət almazlar. Sadəcə, “günah keçisi” axtarmaq lazım gələndə komitə sədri bələdiyyələri qurban verir. Onun son açıqlaması da sallaqxanaya gedəcək bələdiyyə sədrlərinə bir xəbərdarlıqdır….

Aslan
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • QƏRIB MƏMMƏDOVUN CEYRANBATAN BATAQLIĞI

    QƏRIB MƏMMƏDOVUN CEYRANBATAN BATAQLIĞI ...

    4-02-2014, 22:03

  • 
  • Qərib Məmmədovun qüsuru

    Qərib Məmmədovun qüsuru ...

    1-02-2013, 11:01

  • 
  • Dekabrın 21-də sonuncu torpaq hərracı olacaq

    Dekabrın 21-də sonuncu torpaq hərracı olacaq ...

    12-12-2012, 12:49

  • 
  • Bələdiyyələr nə işlə məşğul olur

    Bələdiyyələr nə işlə məşğul olur ...

    26-03-2014, 23:43

  • 
  • Qərib Məmmədov Baş nazirin sərəncamını niyə yerinə yetirməyib?

    Qərib Məmmədov Baş nazirin sərəncamını niyə ...

    11-12-2012, 14:11


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (494)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı Antivirusdan istiafdə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu