Amerika alimləri beyin üçün ən faydalı məhsul təyin ediblər. Bu məhsul qozdur. gundemxeber.az saglamolun.az-a istinadən bildirir ki, alimlər 400-dən artıq insanın iştirakı ilə araşdırma aparıblar. Hər gün 5-6 qoz ləpəsi yeyən insanların yaddaş, diqqət, əqli fəaliyyətində xeyli yaxşılaşma müşahidə olunub. Həmçinin araşdırma göstərib ki, qoz insanın əhvalına da müsbət təsir edir, stress və depressiyanı azaldır. Maraqlıdır ki, bu müsbət dəyişikliklər kişilərdə qadınlarla müqayisədə daha çox qeydə alınıb.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?