GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Maraqlı » XOŞ GƏLDİNİZ, PAŞAM!

XOŞ GƏLDİNİZ, PAŞAM!

Tarix: 9-02-2017, 21:50 Bölmə :Maraqlı Baxış: 714
XOŞ GƏLDİNİZ, PAŞAM!

Parlaq şəxsiyyət olan Mirliva (General-leytenant) Nuru (Nuri) Paşa haqqında sağlığında da, dünyasını dəyişəndən sonra da söz-söhbətlər səngiməmişdir. Bütün rütbələrində millətə sədaqətlə xidmət edən şücaətli əsgər olmuş, elə əbədiyyətə də əsgər kimi uğurlanmışdır.

Bu yazıda Bakının xilaskarı kimi milli yaddaşımıza həkk olunmuş, millətimizin daşnaq məzalimində əliyalın qaldığı, qədərinə tərk edildiyi bir zamanda özünü yetirib “çək qılıncın, Azərbaycan, gəldim!”- deyə hayqıran əfsanəvi Nuru Paşadan bəhs etməyi özümə borç bilirəm. Dərhal qeyd etmək lazımdır ki, Nuru Paşanın Azərbaycana gəlişini qızıl-gümüş ələ keçirmək, sərvət hərisliyi ilə bağlamaq heç bir tənqidə duruş gətirməyən məntiqsiz fikirdir. Sərvət sahibi olmaq istəsəydi həyatını niyə riskə atırdı ki, tacir olardı, sələmçilik edərdi və ya İstanbul zənginlərindən birinin qızı ilə evlənib sakit həyat yaşayardı.

Digər tərəfdən, Nuru Paşa sərvət eldə etmək istəsəydi daha kiminsə ona göndərəcəyi qızılı gözləməzdi. Əmrində olan ordu ilə istənilən bankı, bankiri, milyonerin sərvətini ələ keçirərdi. Unutmaq olmaz ki, o, qarətçi, yağmacı, yol kəsən, quldur yox, Ə S G Ə R idi. Aldığı tərbiyə, fikri, düşüncəsi, zehniyyəti Nuru Paşaya var-dövlətə görə ülvi dəyərlərdən imtina etməyə son nəfəsinədək imkan verməmişdir.

XIX əsrdə Osmanlı dövlətindəki separatçı qüvvələri intensiv şəkildə təhrik və təşviq edən Rusiya, İngiltərə və Fransa nəticə etibarı ilə böyük bir imperatorluğun süqutuna nail olmuşdu. Bir-birinin ardınca baş verən 1828/1829, 1853/1856, 1877/1878, 1912/1913, 1914/1918- ci illər müharibələri Osmanlı dövlətini iflic vəziyyətinə gətirmişdi. Mütəmadi olaraq ölkə daxilində bitib-tükənməyən iğtişaşlar, ayaqlanmalar, təxribatlar, iqtisadi sabotajlar, terror hərəkətləri ölkəyə fəlakətli dərəcədə təsir göstərməsinə baxmayaraq, Osmanlı dövləti imkan daxilində Azərbaycana kömək göstərirdi. Mübaliğəsiz qeyd etmək olar ki, bu mənada 1918-ci ilin 4 iyununda Batumidə imzalanmış saziş əsasında Azərbaycan Demokratik Cümhuriyyətinin istəyi ilə hərəkət edən Nuru (Nuri) Paşanın komandan olduğu Qafqaz İslam Ordusunun xilaskarlıq hərəkatı birmənalı şəkildə qəhrəmanlıq xariqəsidir.

XOŞ GƏLDİNİZ, PAŞAM!
Nuru Paşanın əskərləri Qazaxdan keçərkən. 06. 06. 1918

1918-ci ilin iyun ayının 8-də Gəncəyə gələn türklərin oxuduğu hərbi marşlar, xüsusən
“İrevan’ın sürüsün
Sürün dağlar bürüsün.
Şanlı Türk’ün ordusu
Gence deyin yürüsün.”
Və
“Kafkas dağı, yol ver bize,
Biz Bakü’ye varacağız.
Babalardan miras kalan,
Toprakları alacağız…”
sözləri xalqı coşdururdu.

İki qardaş igid əsgəri birlik qısa müddət ərzində Gəncə və ətraf yerləri düşmənlərdən təmizlədikdən sonra 1918-ci ilin 18 iyununda əsas strateji hədəfə – Bakı uğrunda həlledici cəbhəyə yola düşdü. Minnətdar və vəfalı gəncəlilər Nuru Paşa və Mürsəl bəyin əsgərlərini hərarətlə uğurlayırdılar:
Qatar gəlib yan verir
Gəncəliyə şan verir.
Gəncənin cavanları
“Bakı!” – deyə can verir.

XOŞ GƏLDİNİZ, PAŞAM!
Nuru Paşa ilə Yollar, poçt və teleqraf naziri Xudadad bəy Məlikaslanov Gəncə xəstəxanasında yaralı türk əsgərlərini ziyarət edərkən. 15. 06. 1918

Dövlət himnimizin müəllifi, unudulmaz Əhməd Cavadın o ərəfədə mətbuatda yayınlanmış şeiri də Nuru Paşanın qəhrəman xilaskar ordusunun azadlıq dastanına bir ərməğan idi:
Ey şanlı ölkənin şanlı ordusu,
Unutma Qafqaza gəldiyin günü.
Gəlirkən qovmağa Turandan Rusu
Ayağını Qara dəniz öpdümü?
İlk atarkən əski bürcə addımı
Qars qalası salam topu atdımı?
Sən yaparkən orda zəfər şənliyi
Məğlub düşmən qaşlarını çatdımı?
Bakıda, Qubada, Şamaxıda, Göyçayda, Kürdəmirdə törədilən qətliamın, qəddarlıqla öldürülmüş minlərlə günahsız qardaş və bacılarının qisasını azğın daşnaklardan almaq üçün ətraf yerlərdən – Şilyandan, Muradxandan, Bayatdan, Alpoutdan, Şıxbəylidən, Carlıdan, Söyüdlüdən, Ləkidən, Bərgüşatdan gələn qeyrətli Azərbaycan oğullarının da misilsiz yardımı ilə Nuru Paşanın şanlı əsgərləri 27 iyun 1918-ci ildə Qaraməryəm-Kürdəmir istiqamətində onların Bakıya yürüşünü dayandırmaq istəyən daşnak və tərəfdarlarının azğın dirənişini darmadağın edərək türk hərb salnaməsində yeni parlaq səhifə açmışlar.

1918-ci ilin 30 mart-3 aprel günlərində Bakıda xüsusi qəddarlıq törədən və cəzasız qalacaqlarından əmin olan azğın daşnaklar osmanlılarla olacaq döyüşdə ağqvardiyaçılar G.Korqanovun, general Dokuçayevin, Biçeraxovun, Birləşmiş Krallığın polkovniki L.Danstervilin nizami əsgəri birliklərinin fəal yardımına güvənirdilər. Onların hətta 3 zirehli maşını və 2 ədəd “Martinsyde G.100” tipli hərbi təyyarəsi də vardı. Lakin heç bir şey Nuru Paşanın əsgərlərinin qələbə yürüşünün qarşısını ala bilmədi.

31 iyul 1918-ci ildə Bakı civarında tərəflər qarşı-qarşıya gəldilər. Bir həftə boyunca türklərə müqavimət göstərə bilən daşnaklar və tərəfdarları tədricən mövqelərini itirməyə başladılar. 15 avqustda türklər Bibiheybət və Badamdar yüksəkliklərini artıq fəth etmişdilər. 15-ci “Çanakkale” diviziyasının 8 sentyabr 1918-ci ildə Bakıya gəlməsi, 10 sentyabrda Nuru Paşanın birbaşa cəbhəyə təşrifi əsgərləri həlledici döyüşə səfərbər etdi. 14 sentyabrda səhər tezdən bütün cəbhə boyu türk artilleriyasının intensiv yaylım atəşlərinin təsirindən düşmən sipərləri yerlə yeksan edildi. “ALLAH ALLAH” təzahüratları ilə hücuma keçən qəhrəman əsgərlərinin nərəsindən daşnaklar pərən-pərən oldular. Denstervil can hayında olan fərari daşnakları bir araya gətirməyin mümkünsüzlüyünü görüb hava qaralan kimi özü və donanması Bakını tərk etdi. Sentrokaspi xuntası da çarəni qaçmaqda gördü. 36 zabit, 1651 daşnaq silahlısı əsir düşdü. 1918-ci ilin 15 sentyabr səhərində, saat 9-da Nuru Paşanın əsgərləri Bakıya daxil oldu. Bu şanlı qələbə münasibətilə o zaman hərbi nazir olan Ənvər Paşa qardaşı Nuru Paşaya təbrik teleqramı göndərmişdi: “Türk ve islam tarihi Sizin bu hizmetinizi unutmayacaktır. Gazilerimizin gözlerinden, öper, şehitlerimize fatihalar ithaf ederim – ENVER PAŞA”.

Nuru Paşanın əsgərlərinin Bakıya girişini bakılılar “ALLAHu əkbər”, “Maşallah”, “Qurban sən tək qardaşa, Nuru Paşa, çox yaşa” təzahüratları ilə qarşıladıqları zaman Bakı limanında başqa mənzərə hökm sürürdü. O günlərdən bəhs edən Aleks Marşalın 2009-cu ildə yayınlanmış kitabında yazılır ki, “Armenians crowded the harbour in a frantic effort to escape” – “Limanı doldurmuş ermənilər vahimə içində qaçıb qurtulmağa çalışırdılar”. (Alex Marshall. The Caucasus Under Soviet Rule, s. 96). Həmin hadisənin şahidi olmuş və Ənzəliyə qaçmış Yeqişe Kaqamyans bir il sonra belə yazmışdı:
“Ermənilər oturan məhəllələrdə daha kimsə qalmamışdı: kişi, arvad, uşaq qoltuqlarında boğça dəli kimi dəniz sahilinə tərəf qaçırdılar”.

XOŞ GƏLDİNİZ, PAŞAM!
“Səməd Ağa” gəmisi ilə qaçan daşnaklar. 15. 09. 1918. Ənzəli limanı, İran.

XOŞ GƏLDİNİZ, PAŞAM!
“Qurd qapısı” tərəfdən Bakını almaq üçün hazırlıq görən türk əskərləri. 26. 08. 1918

XOŞ GƏLDİNİZ, PAŞAM!
Birləşmiş Krallığın daşnakları dəstəkləməyə hazırlıq görən döyüşçüləri. 26.08. 1918

30. 10. 1918-ci ildə Lemnos adasının Mudros (Mondros) limanında Böyük Britaniya ilə Osmanlı dövləti arasında imzalanmış və tarixdə Mudros atəşkəsi ilə tanınan sazişin 11-ci maddəsinə uyğun olaraq, Nuru Paşa 1918-ci ilin 16 noyabrında Bakını tərk edir. Türklər 1918-ci ilin dekabr ayının 15-də Azərbaycandan tamamilə çıxıb gedirlər.
Qeyd etmək lazımdır ki, Admiral Artur Somerset Kaltorpun diktəsi ilə hazırlanmış və Osmanlı dövlətinin təmsilçisi Hərbi Dəniz Donanmasının başçısı Hüseyin Rauf Orbaya qeydsiz-şərtsiz imzalatdırılmış Mudros sazişi ermənilərə çox imtiyazlar tanımışdır. Türklər Azərbaycandan gedən kimi İrana qaçmış daşnaklar geri qayıtdılar. Onların Bakı katolikosu Baqrat Vartanyan hətta ingilislərdən umu-küsü edərək qaçqınları havayı aparmadığına görə gəmicilik şirkətini məhkəməyə verəcəyini bildirmişdi.

Bakını tərk étmək haqqında əmr alan Bakı xilaskarı Nuru Paşa və Mürsəl bəy Batumidə limanda həbs olunaraq ingilislərə təslim edilir. İngilislər onu bir müddət Ərdəhan qalasında dustaq saxlayırlar. Nuru Paşanın Ərdəhan qalasında dustaq saxlanıldığını öyrənən bir qrup azərbaycanlı fədai həyatlarını təhlükəyə ataraq 1919-cu ilin 8 avqust gecəsində misli görünməmiş bir şücaətlə onu Ərdəhan qalasından- ingilislərdən qurtarmağa müvəffəq olur. Sanki bu dəfə Azərbaycan öz fədailərinin simasında Bakı xilaskarına olan şükran borcunu ödəyirdi. Bakını daşnak zülmündən qurtarmış Mürsəl bəy isə Malta adasına sürgün olunur. Müxtəlif çətinliklərlə üzləşmiş Nuru Paşa da qardaşı Ənvər Paşa kimi bir partlayış nəticəsində həlak olmuşdur. Nuru Paşanın nəşi tapılmadığından müftiliyin fətvası ilə ona cənazə namazı qılınmamışdır. Parlaq şəxsiyyət Nuru Paşa öz gedişi ilə də şimşək kimi kəhkəşanı aydınlatmışdır.
Uzun müddət unutdurulmağa çalışılsa da Azərbaycan öz xilaskarını əsla unutmur. 1990-cı ilin 20 yanvarında Nuru Paşanın yeri görünürdü, gəlməməsinə çox üzülmüşdük, bəbəkləri yaş donmuş gözlər Onu aramış görməmişdi, giley də etmişdik:
Ürəklər döndü daşa,
Uzaq qardaş-qardaşa.
Gəlmədi Nuru Paşa
Ağla qərənfil, ağla…

Nuru Paşanın Azərbaycana gəlişini millətin əksəriyyəti rəğbətlə qarşılasa da, buna müxalif düşünənlər də olmuşdur. Məsələn, T.Svietoçovskinin 1985-ci ildə Kembric Universitetində yayınlanmış “Rusiya-Azərbaycan: 1905- 1920” kitabında iddia olunur ki, Ottomaninterference led some elements of Azerbaijani society to oppose Turks”- “Osmanlıların müdaxiləsi Azərbaycan cəmiyyətində bəzi ünsürlərin türklərə müxalif olmasına apardı” /s.12/.

Cəfər Cabbarlının qələmə aldığı “Bakı müharibəsi” və Mirzə Bala Məhəmmədzadənin yazdığı “ Bakı uğrunda müharibə” əsərlərində Bakı xilaskarı Nuru Paşanın komandanlıq əzmi və üstün taktiki manevr qabiliyyəti, Azərbaycana olan dəruni sevgisi ön plana çıxarılmışdır. Təəssüf ki, həmin əsərlər sonradan yoxa çıxmışdır. Yüksək amallı milli təəssübkeş, ülvi ideyalar uğruna fədakar mücahid, arzusu millətə təmənnasız xidmət olan böyük türk sərkərdəsi Nuru Paşa, haqqında bəzilərinin məqsədyönlü şəkildə uydurduğu insinuasiyalara rəğmən, qədirbilən Azərbaycan övladlarının xatirəsində əbədi olaraq Bakı xilaskarı kimi qalacaqdır.

…Təsəvvürümdə Bakının girəcəyindəki ən yüksək yerdə Nuru Paşanın at üstündə xəyali heykəlini görürəm. Özündən əmin, ciddi baxışlı, şux oturuşlu Paşa sanki nigaranlığımı hiss edir, dodaqlarında donmuş xəfif təbəssümlə söylədiyi: Merhaba, Bakü! – salamına mən də ehtiramla “Xoş gəldiniz, Paşam” pıçıldayıram.

prof. Ramazan SİRACOĞLU
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • “Gedib o şəhidlərdən üzr istəyin…”

    “Gedib o şəhidlərdən üzr istəyin…” ...

    5-02-2017, 20:46

  • 
  • Ağdam Maliyyə İdarəsinin rəisindən sonra Qobustan rayon Maliyyə İdarəsinin rəisi də işdən çıxarıla bilər

    Ağdam Maliyyə İdarəsinin rəisindən sonra Qobustan ...

    12-04-2015, 23:59

  • 
  • Hökumət də xalqın iradəsinə uyğun hərəkət etməlidir

    Hökumət də xalqın iradəsinə uyğun hərəkət ...

    21-04-2013, 13:09

  • 
  • Xalq artisti: “Həyat yoldaşımın yanında əsgər olmuşam”

    Xalq artisti: “Həyat yoldaşımın yanında əsgər ...

    8-01-2015, 00:36

  • 
  • Milli Məclisdə nurçu qalmaqalı

    Milli Məclisdə nurçu qalmaqalı ...

    25-02-2014, 13:18


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (366)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu