Qaddafinin, Mubarakin xəzinədən oğurladığı milyonlar Liviya və Misirə qayıtarıldlmı?
«The Economist» dərgisinə inansaq, diktatorların ölkədən çıxardığı sərvəti geri qaytarmaq, bəzən onları hakimiyyətdən devirməkdən də çətin olur. «The Economist»in hazırladığı yeni təhlilə görə, diktatorların oğurlayıb xarici ölkələrdə yerləşdirdikləri milyardları geri qaytarmaq həmin ölkələrin yeni hökumətlərinə ya nəsib olmur, ya da çox çətin başa gəlir. Buna cəhd edənlər cinayət, mülki və administrativ məhkəmə orqanları arasında qalırlar. Oğurluq sərvətin qaytarılması üçün dövlətlərin, ayrı-ayrı qurumların əməkdaşlığını tələb edir. Bu isə bir çox hallarda mümkün olmur. «BMT-nin Korrupsiyaya ilə mübarizə Konvensiyası bu sahədə əsas baza rolunu oynamalıdır. Amma əksər hallarda sərvətin geri verilməsi müxtəlif maneələrlə üzləşir. Dünya Bankı və BMT-nin məlumatına görə, təkcə 2011-ci ildə 29 belə maneəni müəyyən edilib. «Soyuq müharibə» illərində ABŞ özünün müttəfiqi olan diktatorları, onların ailə üzvlərini və hətta onların ayaqqabılarını xilas etmək üçün xüsusi təyyarə göndərirdi. İndi isə çətinə düşən ərəb diktatorlarına Səudiyyə Ərəbistanı qucaq açır», – deyə dərgi yazır.
Dərgiyə görə, xüsusilə də mürəkkəb maliyyə qurumlarının daxilində gizlədilmiş oğurluq pullarla bağlı məhkəmə qərarı əldə edib pulları gəldiyi ölkəyə geri vermək olduqca məşəqqətli bir proses olur: «Filippin hökuməti Ferdinand Marcos-un oğurladığı və 1986-cı ildə dondurulmuş pulları 2012-ci ilə qədər geri ala bilmədi». Dərgi qeyd edir ki, diktatorların əlində cəmlənən sərvətin miqdarı haqqında da tam dəqiq məlumat əldə etmək adətən çətin olur: «Bir vaxtlar Nigeriyadan Sani Abachia misal gətirilirdi ki, 5-8 milyard dollar oğurlayıb. Amma indi Hosni Mubarak klanının əlində 70 milyard dollar cəmləşdiyini iddia edənlər də var. Amma bir şey aydındır ki, xarici dövlətlərdə diktatorların dondurulan sərvətlərinin miqdarı bir qayda olaraq çox cüzi olur. «Ərəb baharı» inqilabının ilk ilində İsveçrə banklarında dondurulan pulların miqdarı 1 milyard dollardan bir azca çoxdur. Ölkələrə geri qaytarılan pullar isə olduqca cüzi məbləğlərdir. Faktiki olaraq hələ Misirə bir qəpik də qaytarılmayıb. Britaniyadan Liviyaya, Livandan isə Tunisə bir qədər pul geri verilib».
Sorğu
Yeni dizaynımız necədir?