GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Manşet » Vaqif Məmişov haqda şok faktlar

Vaqif Məmişov haqda şok faktlar

Tarix: 19-05-2013, 13:34 Bölmə :Manşet Baxış: 20 840
Vaqif Məmişov haqda şok faktlar

“Milyarderlər İttifaqı”nın kriminal gizlinləri; Sankt Peterburqda “qarpız kralı” kimi tanınan İlya (İlham) Əliyevin həbsindən sonra rus KİV-ləribdə davamlı olaraq azərbaycanlı iş adamları və kriminalları ilə bağlı faktlar yer almaqdadır


“Əslən Masallıdan olan, quldur təfəkkürlü Maşqür (Məşhur) Qasımov 90-cı illərin axırı 2000-ci ilin əvvələrində İsmayıl Rəhimov ilə birlikdə Azərbaycan etnik cinayət qruplaşmalarına rəhbərlik edirdilər”. Bu sözlər Rusiyada dərc olunan bir məqalədə yer alıb. DİA.AZ olaraq bildiririk ki, Sankt Peterburqda “qarpız kralı” kimi tanınan İlya (İlham) Əliyevin həbsindən sonra rus KİV-ləribdə davamlı olaraq azərbaycanlı iş adamları və kriminalları ilə bağlı faktlar yer almaqdadır. Biz də bu istiqamətdə apardığımız araşdırmalar nəticəsində ortaya ilginc məqamları çıxardıq.
Qeyd edək ki, İsmayıl Rəhimov öldürüləndən sonra (maşınında partlatdırılmışdır) onun bütün irsinə, malı-mülkünə, o cümlədən qeyri-leqal çaxır istehsalı ilə məşğul olan “Vilaş” çaxır sexinə də Maşqür (Məşhur) Qasımov sahib çıxdı. Bu yaxınlarda adı gedən sexdə qanunsuz çaxırların hazırlanması faktı da Rusiyanın hüquq-mühafizə orqanları tərəfindən müəyyənləşdirilmişdir. Hal-hazırda faktla bağlı araşdırmalar aparılır. (http://www.fontanka.ru/2013/03/13/232/)

Kababçılıqdan milyarderliyə gedən yol…


Həmin məqalələrdə deyilir ki, əslən Gürcüstandan olan, “Azərros”un Sankt-Peterburq filialının rəhbəri Vaqif Məmişov 90-cı illərdə Sankt-Peterburqda kabab satırdı. O, M.Qasımovla İ.Rəhimovun əlaltısı idi, onlar tərəfindən alçaldılır və hər cür təhqirlərə məruz qalırdı.
İsmayıl Rəhimovun ölümündən sonra M.Qasımovla V.Məmişov birləşərək, Sankt-Peterburqda uğurlu azərbaycanlı biznesmenləri məhv etməyə başladılar. Şəhərdə özlərindən başqa uğurlu, qabaqçıl biznesmen görmək istəmirdilər. M.Qasımov “Azerros”da V.Məmişovun birinci müavini oldu. “Azərros”u diaspor adı ilə əllərində tutaraq, alət kimi istifadə edirdilər.
2008-ci ildə şəhərdə heç bir güclü azərbaycanlı biznesmeni gəbul etməyərək, Vaqif Məmişov uğurlu biznesmen İlham Əliyevlə (hazırda həbs olunan –red.) qarşı-qarşıya durdu. İlham Əliyevi Məmişovun əlindən onda Sankt-Peterburqdakı baş konsul Qüdsi Osmanov qurtardı və İlham Əliyevlə Məmişov arasında olan problem bağlandı.
Yuxarıda qeyd etdiyimiz kimi V.Məmişov və M.Qasımov şəhərdə İtaliya mafiyasına bənzər bir tandem yaratdılar. Bu tandem vaxt getdikcə adı çəkilən İlham Əliyev də daxil oldu. Bununla da məşhur “Peterburq dördlüyü” formalaşmış oldu.
Onlar bir çox azərbaycanlıların bizneslərində problemlər yaradır, “payok” yığmaq üçün hər bir yola əl atırdılar. Məsələn, Sankt-Peterburqda polis vəzifəsində çalışan azərbaycanlı, əslən Naxçıvandan olan Azər Əliyevə V.Məmişov təklif etmişdir ki, A.Əliyev dövlət adamı olaraq, “payok” vermək istəməyən azərbaycanlılara qarşı və ümümiyyətlə qabaqçıl azərbaycanlı biznesmenləri məhv etmək üçün V.Məmişova köməklik göstərsin. Azər Əliyev təklifi qətiyyən rədd edərək, Məmişovun bilavasitə vasitəçiliyi ilə 6 ay həbsxanada saxlanıldı. Yalnız A.Əliyev özünə bəraət qazandıqdan sonra azadlığa buraxılır, günahı olmadığı sübüt edilir.
Elə bu səpgidə V.Məmişovun M.Qasımov ilə birlikdə apardıqları çirkin işlərə görə Peterburqdakı o zamankı baş konsul onlara etirazını bildirən zaman, V.Məmişov tərəfindən baş konsula qarşı təxribat hazırlanır, ona şər böhtan atılır.

Səyyad Əliyevi niyə məhv etmək istəyiblər?

V.Məmişovla M.Qasımovun növbəti nişanı milliyətcə azərbaycanlı, Rusiya Federasiyası subyekt səviyyəsində yeganə deputat Səyyad Əliyev oldu. Onlar Səyyad Əliyevi hədələyir, onunla bağlı müvafiq orqanlara çoxsaylı anonim məktublar yazdırır, təsir göstərməyə cəhd edirdilər. Səyyad Əliyev öz hesabına Leningrad vilayətində kilsə tikir və kilsənin açlışına Vladimir Putin gəlir. V.Məmişov açılış mərasiminə gələrək, tədbirə sahib çıxmağa cəhd edir, yalnız S.Əliyev buna əngəl olur. Rusiya Federal Mühafizə Xidməti Məmişovu tədbirə buraxmır. Orda Məmişov deyir ki, artiq S.Əliyev onun düşmənidir və S.Əliyevi məhv edəcək. Bundan başqa Məmişov bir neçə dəfə Azərbaycan Beynəlxalq Bankının Sankt-Peterburq filialını ələ keçirməyə cəhdlər edib, yalnız istəyinə nail olmayıb.

Kriminal-milyonçular bir-birinə necə bağlanıb?


Qeyd etmək lazımdır ki, son 3 ildə qohumluq əlaqələri vasitəsi ilə Məmişov – Qasımov tandemi daha da sıx birləşib. M.Qasımovun oğlu evlənib Məmişovun bacısı qızına, Qasımovun ikinci oğlu isə yuxarıda adı çəkilən İlham Əliyevin qızını alıb. Bu amil İlhamın Məmişov-Qasımov tandeminə qoşulmasının əsas səbəblərdən biridir. Onu da bildirək ki, rus mətbuatında yer alan bu faktları dia.az-a açıqlamasında Məmişov şəxsən təkzib etdi və elə danışdı ki, sanki hətta İlham Əliyevlə şəxsi tanışlığı belə yoxdur.
Şəhərdə digər azərbaycanlı biznesmen, “Şuşa” restoranının sahibi Əli Salmanov da bu qruplaşmanın üzvlərinə daxil olur. Əli Salmanovun bir oğlu V.Məmişovun bacısı qızını, o biri oğlu isə İlham Əliyevin ikinci qızını alır. Və bununla da məşhur “Peterburq dördlüyü” tamamlanır.
“Şuşa” restoranı isə çevrilir “razborka”məkanına. Ə.Salmanovun müavini Nizami Hüseynov quldur və bandit üslubları ilə Həbibovlar adlı bir ailəyə qarşı cinayyətlər törədirdir, o cümlədən başqa başqa azərbaycanlı kiçik sahibkarlara da qarşı. Bu fakt da hal-hazırda Rusiya hüquq-mühafizə orqanları tərəfindən araşdırılır, cinayət işləri açılıb.
Belə ki, qohumluq nəticəsində İlham Əliyev mafiyaya bənzər və V.Məmişov tərəfindən idarə olunan bir qruplaşmaya düşür. İ.Əliyev onların bandit üslublarını özünə nümunə götürərək ayrı-ayrı azərbaycanlıların bizneslərini əllərindən alır. Lakin qruplaşmanın öz sıralarında da liderlik uğrunda mübarizə gedir. Belə ki bir tərəfdə M.Qasımovla İlham Əliyev, digər tərəfdə isə V.Məmişov,onun qardaşları və Əli Salmanov bir qüvvə kimi çıxırlar.

Qohumlar şəhərdəki soydaşlarımızı necə müflisləşdirirlər?

İlham Əliyev M.Qasımov ilə birgə azərbaycanlılara məxsus balaca mağazaları, restoran, kafeləri və küçə alverini ələ keçirirlər. Bildirək ki, Sankt-Peterburqda fəaliyyət göstərən Sofiyskaya adlı meyvə-tərəvəz bazası şəmkirlilərə məxsusdur. İ.Əliyevlə M.Qasımovu həmin bazanı ələ keçirməyə cəhd etsələr də, lakin bu plan baş tutmur.
Başqa bir nümünə: V.Məmişov, M.Qasımov və İ.Əliyevin müəllifliyi nəticəsində Məhərrəm Behbudova məxsus “M-industriya” adlı böyük şirkət müflis olur. Hər halda bu şirkət sırf Azərbaycan kapitalı idi və bu şirkətdə çalışan soydaşlarımız Azərbaycandakı yaxınlarına da qazanclarından pay göndərirdilər.

Şəhərdən didərgin salınan azərbaycanlı…

Digər bir azərbaycanlı biznesmen İslam Sadıqova məxsus “Usadba”restoranı M.Qasımov və İ.Əliyev tərəfindən ələ keçirildi. Əvvəlcə restoranın yerləşdiyi torpaq sahəsinin sazişi V.Məmişovun dövlət orqanları ilə danışıqları nəticəsində İ.Sadıxovla uzadılmır, sonra da həmən torpaq sahəsi İlham Əliyevə məxsus şirkətin adına yazılır. Bu azmışkən İslam Sadıqovun həyat yoldaşının maşını yandırılır, ailə üzvləri isə hədələrə məruz qalırlar. Bu səbəbdən də İslam Sadixov ailəsi ilə bir müddət Azərbaycana gedəsi oldu ki, özünün və yaxınlarının həyatını qorusun. Bu torpaq sahəsi ilə bağlı indiyə kimi mübarizə gedir. Bununla bağlı Rusiya KİV-də müvafiq məqalə dərc olunub http://www.fontanka.ru/2012/12/07/090/
Hal-hazırda İlham Əliyevin adı biznesmen Leonid Kolesnikovu sifariş etməkdə hallanır. (Həmən Kolesnikov İslam Sadıxovun tərəfində idir, onu müdafiə edirdi) İ.Əliyev tərəfindən sifariş olunan killer Kolesnikovu öldürə bilmir və işin üstü açılır. Yuxarıda yazılan faktlar onu göstərir ki, İlham Əliyev M.Qasımov-V.Məmişov mafioz tandeminin təsirinə düşərək, onların qurbanı oldu.
Hal-hazırda həm V.Məmişov, həm M.Qasımov İ.Əliyevin azadlığa buraxılması üçün cəhdlər göstərirlər ki, onların birgə törətdiyi işlər üzə çıxmasın. Məsələn, onların birgə törətdiyi işlərdən biri Telman Məmişovla (V.Məmişovun həmsoyadıdır, qohumu deyil) bağlıdır. Telman Məmişova məxsus “Lider” Ticarət Mərkəzinin qruplaşma tərəfindən ələ keçirtmək cəhdləri isə baş tutmayıb. Belə ki, bu mafioz qruplaşma ayrı-ayrı azərbaycan biznesmenlərə problemlər yaradır, reketliklə məşğul olur, “payok”larını almadığı təqdirdə hər bir yola əl ataraq, azərbaycanlıların bizneslərini əllərindən alırlar. Eyni zamanda azərbaycanlı polisləri hədələyir, onlar etiraz etdiyi təqdirdə isə çoxsaylı anonim məktublar göndərirlər.
Deyilənlərə görə, İlham Əliyev isə V.Məmişov və M.Qasımovdan fərqlənir, ona görə də çoxları baş verən hadisəyə inanmırlar. Onun qurban olduğunu deyirlər. Güman etmək olar ki, İ.Əliyevin həbs olunmasında V.Məmişovun əli var ki, M.Qasimov-İ.Əliyev cütlüyünü zəiflətsin.

Milyonlar necə qazanılıb və yaxud vasitəçini kim öldürüb?

Qeyd etmək lazımdır ki, Vaqif Məmişov “oliqarx” mifini ətrafında özü yaradıb. Sözün həqiqi mənasında ona biznesmen demək olmaz. Araşdırmalarımızdan aydın olur ki, Məmişovun gəliri qeyri-leqal yollarla qazanılıb:
1. Rusiyanın keçmiş müdafiə naziri Anatoli Serdyukov 15 il əvvəl Sankt-Peterburqda Vergilər üzrə komitədə, sonar da bütün Rusiya üzrə Vergilər naziri işlədiyi müddət Vaqif Məmişov onunla dostluq münasibətləri qurmuşdur. Vaqif Məmişov ayrı-ayrı dövlət strukturlarından Serduyukovun dinməz razılığı ilə əlavə dəyər vergisini oğurlayaraq pul qazanırdı.
2. Bəzi Rusiya məmurlarını korrupsiya yönəldib, onların əli ilə azərbaycanlılara problemlər yaradır, özü yaratdığı problemlərin həlli üçün onlardan külli miqdarda pul yiğırdı. Bunun nəticəsində müvafiq dairələrdə Məmişov “reşalşik” kimi tanınır.
Bu işlərdə ona Adil Mahmudov (carı ilin martında qətlə yetirilən) (http://www.fontanka.ru/2013/03/05/165/ ; http://www.kp.ru/daily/26041/2956069/ ) kömək edirdi. Adil Mahmudovun öldürülməsində Məmişovun əlinin olduğu barədə fikirlər söylənilir. A.Mahmudovun aradan götürülməsi V.Məmişovun qaranlıq işlərinin izlərini itirməkdən ibarətdir.
Məmişov “reşalşik”olaraq 5 il Moskvada işlədi, yəni azərbaycanlılara problemlər yaradıb – pul qazandı. Həmçinin ordakı nüfuzlu azərbaycanlı oliqarxların sıralarına da daxil olmağı cəhd etdi. Yalnız onlar Məmişovun hansı “yuvanın quşu” olduğunu tez başa düşdülər.

15 milyardlıq sərvət və ya qardaşı uşaqlarının sərgüzəştləri…


Məmişovun indiyə kimi heç bir ciddi lahiyənin həyata keçirilməməsi, heç bir obyektin tikilməməsi onun şəxsiyyətinə şübhəylə yanaşmağa yol verir. Sual yaranır ki, əgər bu insan qəzet səhifələrində yazılan kimi 15 milyarda sahibdirsə, niyə “Forbes”in “milyarderlər siyahısında” adına rast gəlinməyib. Heç olmasa milyonçu kimi. Deməli, nəticə çıxarmaq olar ki, Məmişov yalnız Azərbaycan diasporunun adından sui-istifadə edən, xalqına düşmən kəsilən dolandırıcıdır. Bunu sübuta yetirən kifayət qədər faktlar var.
Milli marağa gəldikdə isə, Məmişovun Sankt-Peterburqda Sovet vaxtı Farfor qəbirsanlığı yerləşən sahədə Əyləncə mərkəzinin tikilməsi cəhdi bütün Sankt-Peterburq azərbaycanlılarına yerli əhali tərəfdən nifrət oyatdı. Yerli sakinlər biznes layihədə olan problemi milli zəmində görürlər. Artiq 8 aydır ki bütün Sankt-Peterburq KİV-i bu məsələni diqqətdə saxlayırlar. Radikallar, millətçilər azərbaycanlıları hədələyir, “Gedin Azırbaycanda qəbirsanlıqda Əyləncə mərkəzləri tikin”, “Allahsız millət” kimi şüarlarla çıxışlar edirlər. Vaqif Məmişovun ambisiyalı və yalnız pul qazanmaq məqsədinə cavab verən planları nəinki Peterburqda yaşayan azərbaycanlıları təhlükə altına goyur, hətta Azərbaycan xalqına ümumilikdə olaraq ləkə gətirir. http://www.novayagazeta.spb.ru/2013/16/7 http://www.cogita.ru/a.n.-alekseev/andrei-alekseev-1/g-n-vagif-mamishev-i-ego-posobniki-apofeoz-besstydstva
Məmişovun qohumlarına gəldikdə isə, necə deyərlər alma alma ağacından uzaq düşməyib. Onun qardaşı uşaqları ermənilərlə birlikdə dələduzluq, xuliqanlıq edir, hətta müdafiəsiz qızlara hücüm edib, cinayət törədirlər. http://spb.kp.ru/online/news/927335.
Mia.az xəbər verir ki, bu araşdırma materialı dia.az xəbər portalında yayımlanıb. Amma həmin araşdırmada diqqətçəkən bəzi məqamlar da var. Araşdırmada kiçik bölümlərdə yanılmaların olduğu da istisna deyil. Ən əvvəl ona görə ki, şəhərdə ba verən bir çox hadisələrdə keçmiş konsulun bir neçə iş adamını Vaqif Məmişovun «caynağı»ndan xilas etməsi barədə deyilənlər həqiqəti əks etdirmir.

Məmişov konsulu niyə döyürmüş?


Bu barədə mia.az-a daxil olan məlumata görə, istər konsul işlədiyi dönəmlərdə, istərsə də hazırda Rusiyadakı səfirimizin müavini olmasına rəğmən, Qüdsü Osmanov heç vaxt Məmişovun «polya»sına girmək cəsarətinə olmayıb: «Tam əksinə, Vaqif Məmişov dəfələrlə onu şəhərdən qovmaqla yanaşı, bir neçə nəfərin iştirakı ilə döyüb də. Belə bir zəif adamın isə Məmişovun əlindən kimisə alması inandırıcı deyil».

Məmişovla hansı məmurumuz "döyüçür"?

Mia.az-ı bilgiləndirən məlumatlı şəxs araşdırmada bəzi məqamların da mübahisə predmeti olduğunu deyir və əlavə edir ki, hazırda Azərbaycanda yüksək vəzifədə təmsil olunan nüfuzlu bir məmur və onun deputat qohumları ilə də Vaqif Məmişovun arasında ciddi qalmaqal başlayıb: «Bu qalmaqal, sözsüz ki, Sankt-Peterburqdakı iri bizneslə bağlıdır. Bildiyimə görə, həmin məmurun qayınları ilə Məmişovun arasında problem yaranıb. O da Azərbaycan mətbuatında Vaqif Məmişov və onun qohumlarının gözdən salınmasında xüsusi maraqlıdır. Düzdür, mən iddia etmirəm ki, bu yazılanlar yalandır. Orada həqiqət çoxdur. Amma belə materialların son bir ayda tirajlanması təsadüfi deyil».
Müsahibimiz mia.az-a Vaqif Məmişovun mafiyasayağı fəaliyyəti haqda da maraqlı məlumatlar verib. Həmçinin, onun «vurulması»nda hazırda bir nömrəli maraqlı olan həmin nüfuzlu məmurun Sankt-Peterburqdakı iri biznesindən də söz açıb: «Onu da deyim ki, həmin nüfuzlu məmurun qohumları da halal yolun davamçıları deyil. Onların da bir neçə səsli-küylü qətl hadisələrində, sifarişli həbslərdə adları hallanır».

Bu və ya digər faktlar ətrafında araşdırmalarını davam etdirəcək.
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 60
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Adil Əliyevin Rusiyadakı biznesi təhlükədə

    Adil Əliyevin Rusiyadakı biznesi təhlükədə ...

    21-05-2013, 13:47

  • 
  • Sankt-Peterburqda azərbaycanlı kişi güllələnib

    Sankt-Peterburqda azərbaycanlı kişi güllələnib ...

    30-07-2013, 23:42

  • 
  • "Qarpız kralı"nın qurbanlarının sayı artır

    "Qarpız kralı"nın qurbanlarının sayı ...

    9-07-2013, 16:12

  • 
  • Sankt-Peterburqda azərbaycanlılara qarşı törədilmiş cinayətlə əlaqədar həmin ölkənin Baş prokuroruna müraciət ünvanlandı

    Sankt-Peterburqda azərbaycanlılara qarşı ...

    5-11-2015, 18:32

  • 
  • Beynəlxalq Diaspor Mərkəzinin (BDM) Sankt-Peterburqda yaşayan soydaşlarımıza və Sankt-Peterburq ictimaiyyətinə

    Beynəlxalq Diaspor Mərkəzinin (BDM) ...

    16-05-2016, 19:10


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (270)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı Antivirusdan istiafdə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu