GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Maraqlı » Qoyun ətinin bahalaşmasında ot və ərəb faktoru

Qoyun ətinin bahalaşmasında ot və ərəb faktoru

Tarix: 28-06-2017, 01:13 Bölmə :Maraqlı Baxış: 730
Qoyun ətinin bahalaşmasında ot və ərəb faktoru


Ətin qiyməti yenidən bahalaşıb. Son iki ayda nisbətən ucuz satılan ətin qiymətində yenidən1 manat - 1 manat 50 qəpik artım müşahidə olunub. Hazırda paytaxt qəssabxanalarında mal əti 11 manat 50 qəpik, qoyun əti 12 manat, quzu əti 13 manata təklif edilir.

Azərbaycanda qoyun ətinin bahalaşmasına “ərəb faktoru”nun da təsir etdiyi bildirilir. Bəzi məlumatlara görə, son vaxtlar Azərbaycana tez-tez səfər edən zəngin ərəb şeyxləri və şahzadələri burada yedikləri qoyun ətini ölkələrindəki ətlə müqayisə edərək, belə qənaətə gəliblər ki, azərbaycanlıların təklif etdikləri ət daha dadlıdır. Və bundan sonra onların Azərbaycandan ərəb ölkələrinə qoyun ixrac etmək qərarına gəldikləri bildirilir. Qeyri-rəsmi məlumatlara görə, ərəblər Azərbaycanda qoyun alış-verişi işinə girişməsi ətin qiymətinə təsirsiz ötüşməyib.

Məsələ ilə bağlı Kənd Təsərrüfatı Nazirliyi Aparatının Heyvandarlığın inkişafı şöbəsinin müdiri Qalib Əbdüləliyev deyib ki, təkcə ərəblər yox, ölkəmizə gələn bütün qonaqlar Azərbaycan ətinin dadını bəyənir: “Amma qoyunların və qoyun ətinin ixrac olunması sırf kommersiya məsələsidir və rentabellik baxımından da əlverişlidir. Hazırda ola bilsin ki, qoyun əti kiçik partiyalarla, sınaq məqsədilə ərəb ölkələrinə ixrac olunub. Amma kütləvi qaydada ərəb ölkələrinə qoyun ixracı yoxdur. Bəlkə kimsə müəyyən səbəblərdən, yol xərclərini hesablamaq üçün aparıb. Bu, istisna edilmir”.

Qoyun ətinin bahalaşmasına gəlincə, nazirlik rəsmisi bildirib ki, payızdan bəri qoyun ətinin qiyməti eyni tempdədir: “Hazırda körpə quzu əti satışa çıxarılıb. Onların əti də həmişə digər yaşlı qoyunların ətindən 1-1,5 manat fərqli olur. Hesab edin ki, fevral ayında doğulmuş quzu artıq kəsilmək üçün istifadə olunur. Onun da qiyməti normal olaraq bahadır. Bu hər zaman belə olub”.

Qeyd edək ki, mətbuatda otun bahalaşması ilə bağlı da xəbərlər dərc olunub. Təxminən bir ay əvvəl 2 manat , 2 manat 50 qəpiyə satılan ot bağlamasının qiyməti hazırda 4 manatdan 4 manat 50 qəpiyə kimi bahalaşıb. Bahalaşma bu il yonca əkin sahələrinin azalması ilə əlaqələndirilir. Yəni sahələrdən yetərincə ot yığılmır. Biçin mövsümü olmasına baxmayaraq ot bağlamasının qiymətlərində artım müşahidə olunur.

Digər tərəfdən yaz mövsümündə yağıntıların az düşməsi dəmyə şəraitində olan biçənəklərin inkişafına mənfi təsir edib. Sahələrdən gözləniləndən də az ot əldə olunub.

Otun bahalaşması satışa da təsir edib. Bərdədə ot alıb satanlar bıldirir ki, satış əvvəlki aya nisbətən azalıb.

Ot bağlamasının hazırki qiyməti demək olar ki, qış aylarındakı qiymətə bərabərdir. Otun bahalaşması küləş bağlamalarına tələbatı artırıb. Bir müddət əvvəl 70 qəpiyə satılan bu yemlər hazırda 1 manat 10 qəpiyə satılır.

Mütəxəssislər isə xəbərdarlıq edir ki, otun bahalaşması ətin və ağartı məhsullarının qiymətinə də təsir edə bilər.

Kənd təsərrüfatı sahəsi üzrə ekspert Müslüm İbrahimov isə açıqlamasında vurğuladı ki, ərəb faktorunun bazara təsiri açıq-aşkar görünür: “Artıq bazar genişlənir, alıcıların sayı artıb. Bu səbəbdən yeni qiymət formatı ortaya çıxıb. Bundan əvvəl qoyunçuluqla məşğul olan insanlar ancaq daxili bazarı ətlə təmin etdikləri üçün, artıq daxili bazarda qoyun ətinin qıtlığı yaranıb. Bu da qiymətlərə təsirsiz ötüşmür. İqtisadi baxımdan hazırda qiymətin qalxması gözləniləndir. Çünki artıq tələbat artıb və daha çox istehsal üçün stimul yaranıb”.

Ekspertin fikrincə, ətin bahalaşmasında yemin qiymətinin artmasının da təsiri böyükdür: “ Heyvandarlıqda yem xərcləri bütün xərlcərin təxminən 50-60 faizini təşkil edir. Təbii ki, yem qıtlığı yaşanan kimi, bu dərhal ətin də qiymətində özünü göstərir. Ancaq bu ajiotajdan öncəki situasiyada qiymətlər cüzi olaraq dəyişirdi. Ot bahalaşsa da, ətin qiyməti kəskin artmırdı. Çünki alıcılıq qabiliyyəti aşağı idi və bu qiyməti artırmağa imkan vermirdi”.

M.İbrahimovun sözlərinə görə, hazırda yüksək alıcılıq qabiliyyətinə malik olan ərəblərin Azərbaycan bazarına maraq göstərməsi bahalaşmanın əsas səbəblərindən biridir: “ Mən ərəb faktorunu həm də müsbət mənada qəbul edirəm. Çünki qiymətlərin qalxması ilk növbədə istehsalçının mənfəətinin artması deməkdir. Bu da istehsalın artması üçün stimul yaradacaq. Biz istehlakçılar olaraq burada qiymətlərin artmasından əziyyət çəksək də, istehsalın artması ilə yenidən daxili bazarda tarazlıq yaranacaq”.
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Ət sürətlə bahalaşır, heyvan qıtlaşır...

    Ət sürətlə bahalaşır, heyvan qıtlaşır... ...

    23-02-2017, 21:19

  • 
  • Bayram yaxınlaşdıqca qiymətlər əlçatmaz olur

    Bayram yaxınlaşdıqca qiymətlər əlçatmaz olur ...

    11-10-2013, 10:54

  • 
  • Maaşlar artmamış qiymətlər qalxdı

    Maaşlar artmamış qiymətlər qalxdı ...

    23-08-2013, 18:31

  • 
  • Hansı kənd təsərrüfatı məhsulları bahalaşıb? - Siyahı

    Hansı kənd təsərrüfatı məhsulları bahalaşıb? - ...

    8-11-2013, 14:47

  • 
  • Mağazalarda və bazarda toyuq əti bahalaşdı

    Mağazalarda və bazarda toyuq əti bahalaşdı ...

    22-02-2017, 11:48


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (262)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı Antivirusdan istiafdə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu