GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Ət sürətlə bahalaşır, heyvan qıtlaşır...

Ət sürətlə bahalaşır, heyvan qıtlaşır...

Tarix: 23-02-2017, 21:19 Bölmə :Ölkə Baxış: 489
Ət sürətlə bahalaşır, heyvan qıtlaşır...

Fevralın əvvəlindən ət yenidən bahalaşıb. Hazırda paytaxt mağazalarında 1 kiloqram mal əti 12-13 manata, qoyun əti isə 10-11 manata təklif olunur. Bahalaşma paytaxtın “mal bazarlarına”, yəni ətlik heyvan satılan bazarlara da təsirsiz ötüşməyib.
“Gündəm Xəbər” Virtualaz.org-a istinadla bildirir ki, Bakının Kürdəxanı qəsəbəsinə gedən yolun kənarında yerləşən “mal bazarında” qiymətlərlə, alıcıların və satıcıların güzəranı maraqlanıb. Satıcılar son 1 ayda yenidən 15-20 faiz bahalaşma olduğunu təsdiqləyiblər.
“Son 2-3 ilədək hər gün bazara ətlik heyvan çıxarılırdı. Son 1 ildir yalnız şənbə və bazar günlərində alver gedir. Satmaq üçün gətirilən heyvanların saxlanılması üçün bazarın yaxınlığında yerləşən təsərrüfatlar icarə haqqı da bahalaşıb. Bunlar da qiymətlərə təsir edir”,-satıcı Rövşən Cəfərov deyir.
“Bərdədən 100 qoyun gətirmişdim, cəmi 5-ni satmışam…”

Ət sürətlə bahalaşır, heyvan qıtlaşır...

Hazırda bazarda quzu ətinin kiloqramı 10, qoç 9, dişi qoyun 7 manatdan təklif edilir. Ötən həftənin şənbə-bazar günü mal əti 10-10 manat 50 qəpikdən satılıb.

“Dünən Bərdədən 100 qoyun gətirmişdim, bu gün yalnız 5 qoyun sata bilmişəm. 35-45 kiloqramlıq qoçun qiymətində endirim edirik. Yəni kiloqramı hesablasaq 7 manat 50 qəpikdən satırıq. Amma quzu satışı hazırda sərf etmir”,-satıcı əlavə edir.
Rövşən onu da deyir ki, ötən həftənin əvvəlində 170 quzu alıb və 1600 manat ziyana düşüb: “Son 10 gündə bir quzu sata bilməmişəm. Əvəzində ancaq yemə pul xərcləyirəm”.

Ət sürətlə bahalaşır, heyvan qıtlaşır...

“Ucuz heyvan üçün 4-5 rayon gəzmişəm”

Bazarda ətlik qoyun alveri ilə məşğul olan Azər Hüseynov isə deyir ki, ötən həftənin sonundan etibarən Bərdə, Yevlax, Beyləqan və Şəmkirin heyvan bazarında qiymətlər artıb. “Ucuz heyvan almaq üçün 4-5 rayon gəzmişəm. Bərdənin mal bazarında 200 kiloqramlıq inəyi 2200 manata satırlar. Yəni hesablasaq, mal ətinin qiyməti 11 manata düşür. Heyvanın Bakıya gətirilməsi, yem və gələn həftənin şənbə, bazar gününə kimi saxlanılması üçün icarə pulunu da nəzərə alsaq sərf etmir. Üstəlik alıcı qıtlığı yaşanır”,- Hüseynov şikayətlənir.

Ət sürətlə bahalaşır, heyvan qıtlaşır...

Satıcılar deyirlər ki, dollar bahalaşandan sonra ölkəyə diri heyvan gətirilmir. Arpa, buğda və yoncanın bahalaşması da qiymətlərə təsir edir. Üstəlik, qaz, işıq pulu da artırılıb. Buna görə də iri təsərrüfatlardan fərqli olaraq digər fermerlərə ətlik heyvan saxlamaq sərf etmir. Ölkədə istehsal olunan mal əti təlabatı ödəmir.
Çoxdandır kolbasa sexləri də heyvan almır…
“Bazara yalnız iri ticarət şəbəkələri, restoranlar üçün sifarişlər verilir. Fərdi sallaqxanalar üçün də 1-2 heyvan alırlar. Amma ötənilki kimi ticarət yoxdur. Çoxdandır kolbasa sexləri də heyvan almırlar. Halbuki tək kolbasa sexləri üçün ayda 10-15 iribuynuzlu heyvan satırdıq”,-satıcılardan biri deyir.
Novruz bayramınadək mal ətinin bahalaşacağı gözlənilir. Satıcı Seymur Məmmədovun sözlərinə görə, mal ətinin kiloqramı tezliklə 14-15 manat ola bilər. “Bazarda hazırda yemin kiloqramı 42 qəpikdən satılır. Gün ərzində təkcə yemə 20 manat xərcləyirik. 5 kiloqramlıq yemə endirimlə 4 manat veririrk, taksiyə pul verməmək üçün kilometrlərlə yolu çiynimizdə daşıyırıq”,- satıcılardan biri danışır.

Ət sürətlə bahalaşır, heyvan qıtlaşır...

Bazarın yem satılan hissəsində alıcı gözə dəymir.
Satıcılar deyirlər ki, rayondan heyvan satmağa gələnlərdən başqa heç kim alver etmir. “Yaxınlıqda 4-5 təsərrüfat var, onlar da yemi rayonlardan gətirirlər. Buna görə də alver tamamilə ölüb. Şənbə və bazar günlərindən fərqli olaraq həftə içi saat 11-dək işləyirik”, -Arif adlı satıcı bildirir.
“Hər şey bahalaşıbsa hamı niyə ətin qiymətindən narazılıq edir?”
Satıcılar kimi alıcılar da bahalaşmadan şikayətçidirlər. Anasının yas mərasimi üçün qoyun almağa gələn alıcı endirim edilməsini istəyir. “Yas üçün 7 qoyun alacağıq, 20-25 kiloqramlıq qoyunu 250-280 manata verirlər. Hələ guya ki, endirim ediblər”. Alıcının etirazına qoyunların dərisini soyan satıcı cavab verir. “Hamı satıcını qınayır, biz də malın üstünə 5-10 manat qoyub satmalıyıq ki, uşaqlarımızı saxlaya bilək. Hər qoyunun üstünə 5 manat qoyuruq. Çay, qənd, yağ bahalaşıb, amma hamı ətin qiymətindən narazılıq edir”.
Təsərrüfatında heyvan saxlamaqla yanaşı yem alveri ilə məşğul olan fermer Şakir Səfərov isə mal ətinin bahalaşmasının səbəblərini izah edir. “Rayonlarda örüş sahələri əkin sahələrinə çevrilib, yem bahalaşıb. Amma problem bununla yekunlaşmır. Xaricdən gətirilən texnika, dərmanlar da bahadır. Əvvəl 1 inək satmaqla yem və ya hansısa avadanlığı ala bilirdiksə, indi 3 inək satmaq lazım gəlir”, -Ş.Səfərov söyləyib.

Onun sözlərinə görə, təsərrüfatların saxlanılması üçün qaza və ya istiliyə ödənilən vəsait iki dəfə artıb. 50-100 iribuynuzluya baxmaq sərf etmir, çünki xərci borcun ödəmir. İri təsərrüfatlardan fərqli olaraq xırda təsərrüfatlar sıradan çıxmaq üzrədir, bu da qiymətlərə təsir edir və edəcək”, -Ş.Səfərov əlavə edib.
Qeyd edək ki, statistik göstəricilərə görə ölkədə ət istehsalı artıb. Lakin elə rəsmi göstəricilərdə 2015-ci illə müqayisədə ətin qiymətinin 50 faizdək artdığı əksini tapıb. Kənd Təsərrüfatı Nazirliyi örüş sahələrinin əkin sahələri ilə əvəzləndiyini, yemin qiymətinin artdığını desə də, bunun səbəbləri izah etməyiblər.
Dövlət Gömrük Komitəsinin açıqladığı rəqəmlərə görə bu ilin yanvarında xaricdən gətirilən ət 97.97 faiz artıb. Görünür bu da ölkədə ətlik heyvan qıtlığının yaranması ilə bağlıdır…

Ülviyyə Xudiyeva
Foto Samirə Həsənovanındır
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Maaşlar artmamış qiymətlər qalxdı

    Maaşlar artmamış qiymətlər qalxdı ...

    23-08-2013, 18:31

  • 
  • Hansı kənd təsərrüfatı məhsulları bahalaşıb? - Siyahı

    Hansı kənd təsərrüfatı məhsulları bahalaşıb? - ...

    8-11-2013, 14:47

  • 
  • Bayram yaxınlaşdıqca qiymətlər əlçatmaz olur

    Bayram yaxınlaşdıqca qiymətlər əlçatmaz olur ...

    11-10-2013, 10:54

  • 
  • Ərzaq məhsulları sürətlə bahalaşır

    Ərzaq məhsulları sürətlə bahalaşır ...

    14-12-2016, 22:13

  • 
  • Rəsmi: bahalaşma 1,1 faizdir, orta əməkhaqqı isə 441 manata çatır

    Rəsmi: bahalaşma 1,1 faizdir, orta əməkhaqqı isə ...

    10-10-2014, 11:10


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (262)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı Antivirusdan istiafdə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu