"Yandeks" və "Uber" xidmətləri Rusiya və MDB ölkələrində gedişlə bağlı biznesin birləşdirilməsi ilə bağlı saziş imzalayıblar. Yeni yaradılan müəssisənin dəyəri 3,275 milyard dollar təşkil edəcək. Birləşmiş şirkətdə "Yandeks" 59,3 faiz paya malik olacaq.
Rusiya, Azərbaycan, Ermənistan, Belarus, Gürcüstan və Qazaxıstanda gedişləri həyata keçirəcək müştərək şirkətə həmçinin yeməklərin çatdırılması xidməti olan "UberEATS" də daxil olacaq.
Sazişin şərtlərinə görə, "Uber" və "Yandeks" yeni yaradılan şirkətə müvafiq olaraq 225 milyon və 100 milyon dollar yatıracaqlar. Saziş imzalanan zaman onun dəyəri 3,725 milyard dollar qiymətləndirilir və səhmlərin 59,3 faizi "Yandeks"ə, 36,6 faizi "Uber" şirkətinə, 4,1 faizi isə şirkətinin əməkdaşlarına məxsus olacaq.
Saziş artıq hər iki şirkətin direktorlar şuraları tərəfindən dəstəklənib və müvafiq tənzimləyici orqanlar tərəfindən razılaşdırılması qalıb.
Qeyd edək ki, birləşməyə baxmayaraq, hər iki şirkət - həm "Yandeks. Taksi", həm də "Uber" yenə də müstəqil olaraq çalışacaqlar. Məlumatda deyilir ki, hər iki şirkətin xidmətləri ilə işləyən taksi parkının sürücüləri vahid texnoloji platformaya keçəcək.
Qeyd edək ki, Azərbaycanda da fəaliyyət göstərəcək şirkətə "Yandeks. Taksi" şirkətinin baş direktoru Tiqran Xudaverdyan başçılıq edəcək. T.Xudaverdyan Erməni diasporuna ən çox maliyyə yardımı edən iş adamlarından biri hesab edilir. /azxeber.com
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?