Şirkət Azərbaycanda və Rusiyada öz mövqeyini qorumağa çalışır
“BP şirkəti “Rosneft”lə saziş imzaladıqdan sonra Azərbaycanda aşkar problemlər üzə çıxdı. Azərbaycanın neft qaz şirkəti SOCAR isə hesab edir ki, bu saziş Kremlə imkan verəcək ki, Azərbaycandakı enerji daşıyıcılarını əldə etmək üçün Britaniya şirkətinə dolayı yolla təsir edə bilsin”. Rusiya mətbuatının verdiyi xəbərə görə, bu barədə “TheTimes” qəzeti yazıb. Nəşr bildirir ki, hazırda bp “Rosneft”in 20 faiz aksiyasına sahibdir və Britaniya şirkətinin iki nümayəndəsi rusiyalı partnyorunun direktorlar şurasına daxil olacaq: “BP dəyəri 28 milyard dollar olan “Şah-dəniz 2” qaz layihəsində iştirak edir. Bu layihə isə yeni qaz kəməri vasitəsi ilə Avropanın Rusiya qazından asılılığını azaldacaq”. Azərbaycanın neft-qaz sənayesindən adı açıqlanmayan nümayəndəsi isə bildirib ki, bu təkcə enerji problemi deyil, həmçinin siyasi və milli təhlükəsizlik problemidir: “SOCAR son dərəcədə narahatdır”. Nəşr qeyd edir ki, Azərbaycan hökuməti həyəcanla izləyir ki, Rusiya 2008-ci ildə hər kəsin səssizcə müşayiət etdiyi Gürcüstana müdaxiləsindən sonra regionda necə öz təsirini gücləndirir. Vəziyyət hətta o həddə gəlib çatdı ki, BP rəhbəri Robert Dadli şəxsən Bakıya gələrək prezident İlham Əliyevi inandırmağa çalışdı ki, Britaniya şirkəti “hər zamanki kimi Azərbaycandakı layihələrinə sadiqdir”. Analitik Endryu Neff isə bildirib ki, Rusiya ilə Azərbaycan Avropaya qaz nəqlində rəqabət aparırılar və “bp-nin Rusiya ilə istənilən sazişə də Azərbaycan tərəfindən məhz bu prizmadan baxılacaq: “Mübahisə etmək olar ki, Bp hər iki tərəfdə öz mövqeyini qorumağa çalışaraq və onları balanslaşdırmaq istəyi ilə təhlükəli oyun oynayır. BP Rusiya ilə Azərbaycan arasında seçim etmək istəmir və iki ölkəyə sərmayə qoyur”
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?