Bu barədə “Economist Intelligence Unit” saytı məlumat yayıb Məlumata görə, Avropanın ən ucuz şəhərlərinin adları açıqlanıb.
Siyahı tərtib olunanda bu şəhərlərdəki ən ucuz hotel, motel və ya hostellərdə sutkalıq yaşama, 3 dəfə yemək, ictimai nəqliyyatdan iki dəfəlik istifadə, hər hansı muzeyin ziyarəti, yerli pivə və ya şərabın 3 porsiyasının qiyməti nəzərə alınıb.
Reytinqə görə, müstəqil səyahət üçün Avropanın ən ucuz şəhəri Bolqarıstanın paytaxtı Sofiyadır. Sofiyada sözügedən parametrlər nəzərə alınmaqla, turistin sutkalıq xərci 20,75 ABŞ dollarıdır.
Siyahıda sutkalıq xərc 26,55 dollar olmaqla, ikinci yerdə Polşanın Krakov şəhəri yer alır.
Üçüncü yerdə isə Rumıniyanın paytaxtı Buxarest şəhəridir. 28,30 dollarlıq gündəlik xərclə.
Reytinqin ilk beşliyini Macarıstanın paytaxtı Budapeşt (33,10 dollar) və Türkiyənin İstanbul şəhərləri (35,77 dollar) tamamlayır./seyahetchi.com
Sorğu
Yeni dizaynımız necədir?