“ASAN xidmət”in fəaliyyətə başlaması vətəndaşların ən müxtəlif məsələlər, o cümlədən daşınmaz əmlakla bağlı sənədləşmə prosisini əhəmiyyətli dərəcədə asanlaşdırıb. Lakin “ASAN xidmət”in fəaliyyətə başlaması ilə BT-lərin “şahlıq” dövrünə son qoyulması gerçəyi Dövlət Əmlak Komitəsinin sədri Kərəm Həsənov və onun yerlərdəki təmsilçiləri tərəfindən heç də asan həzm edilmir. Bu barədə redaksiyamıza məlumat verən özəl mənbə komitə sədrinin “ASAN xidmət”in normal fəaliyyətinə mane olmaq və bu qurumun öz fəaliyyətini doğrultmamasına nail olmaq üçün əməli fəaliyyətə keçdiyini vurğulayıb. Mənbənin bildirdiyinə görə, “ASAN xidmət”i “BT”lərin fəaliyyətini əks etdirən sənədləri yeni quruma mümkün qədər təzadlı və qarmaqarışıq şəkildə təqdim edən, əsas sənədlərin bir hissəsini isə gizlədən komitə sədri, öz əlaltılarına qurumun fəaliyyətinə mümkün qədər çox maneə yaratmağı tapşırıb: “Ölkə başçısının müvafiq sərəncamına görə, bundan sonra dövlət qulluğu ilə bağlı bir çox məsələlər vahid mərkəzdən həyata keçiriləcəyi üçün yetkisi əlindən alınan qurumlar “ASAN xidmət”ə öz işini nizamlamaqda yardım göstərməli, bu qurumu bütün gərəkli sənədlər, arxiv və s. materiallarla tanış etməli, daha doğrusu bu materialları yeni qurumun sərəncamına verməlidir. Lakin “BT”lərin əlindən alınmasını heç cür həzm edə bilməyən K.Həsənov “ASAN xidmət”in fəaliyyətinə mümkün qədər daha çox maneə yaratmaq, onun işini ondan başqa kimsənin layiqincə görə bilmədiyini sübut etmək niyyətindədir. Bu səbəbdən də “ASAN xidmət”in normal fəaliyyətinə əngəl yaratmaq üçün onu “BT”lərlə bağlı sənəd və arxiv materialları, habelə hazırda icraatda olan işlərlə tam olaraq tanış etməyən, bu yöndə müxtəlif bəhanələr gətirən komitə sədri bununla da yeni qurumun fəaliyyətini ilk gündən məıhdudlaşdırmağa, çıxmaza salmağa çalışır. Komitə sədri hesab edir ki, “ASAN xidmət”in vətəndaşlara lazımı operativlik və keyfiyyətdə xidmət göstərməməsi bu qurumla vətəndaşlar arasında gərginliyə səbəb olacaq, ictimai rəydə yeni quruma qarşı mənfi rəy formalaşdıracaqdır”.
Abşeron “BT”-si sadə vətəndaşlara qarşı
Bilgili qaynağın sözlərinə görə, K.Həsənovun “ASAN xidmət”lə apardığı elan edilməmiş mübarizədə ən çox fərqlənən Abşeron “BT”sidir: “Abşeron BT-si hər zaman vətəndaşlarla ciddi konfiliktlərə malik qurum kimi gündəmə gəlib. Zaman-zamanm bu qurumla bağlı ölkə mətbuatında ciddi tənqidi yazılar dərc olunsa da, sözügedən qurum öz fəaliyyətində hər hansı dönüş yaratmamışdır. Son günlər Abşeron BT-sində həyata keçirilən kadr dəyişikliyindən sonra məlum qurum vətəndaşlara münasibətində daha sərt mövqe tutmağa başlayıb. Məqsəd vətəndaşların “ASAN xidmət”ə yönəlməsinin qarşısını almaq, son sözün məhz onlara məxsus olduğunu təlqin etməkdir. Bu səbəbdən də Abşeron “BT”-si “ASAN xidmət”lə anlaşan vətəndaşlara hər hansı bir məsələ ilə bağlı adi bir arayışı belə verməkdə ciddi çətinliklər yaradır. Artıq iş elə həddə çatıb ki, bəzi vətəndaşlar xüsusi vasitəçiləriun xidmətindən istifadə etmədən hər hansı bir arayış ala bilmir, vaxtlarını günlərlə Abşeron “BT”-sinə ayaq döyməkdə keçirirlər”.
Mənbənin bildirdiyinə görə, Qabil Xudaverdiyevlə K.Həsənovun Cavid adlı qohumu Abşeron “BT”-sinə təyinat alandan sonra sözügedən qurumda cidid yeniliklərə imza atılıb. Lakin bu yeniliklər ümumi deyil, fərdi maraqlara xidmət edir: “Q.Xudaverdiyevlə K.Həsənovun Cavid adlı qohumun Abşeron “BT”-sinə təyinatı bu qurumda müəyyən yeniliklərə səbəb olsa da, bütün bu yeniliklərin hamısı vətəndaşlardan qeyri-qanuni yığımların mərkəzləşdirilməsi, bu yığımların bir qədər də artırılması ilə bağlıdır. Bu baxımdan Q.Xudaverdiyevlə Cavid adlı şəxsin həyata keçirdiyi “yüksəliş proyekti” K.Həsənovun şəxsi maraqlar zəminindəki tapşırıqlarını həyata keçirməklə məhdudlaşır ki, bunun da ziyanını sadə vətəndaşlar çəkir”.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?