GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Maraqlı » Rusiyadan ölkəmizə imperalist tənlik

Rusiyadan ölkəmizə imperalist tənlik

Tarix: 11-12-2012, 18:47 Bölmə :Maraqlı Baxış: 733

Sadval+TANAP+RLS= dövlət müstəqilliyinə təhlükə

gundemxeber.az Bir müddət əvvəl Rusiyadan səfərdən qayıdan tanışlarımdan biri söylədi ki, “Azərbaycanın şimal sərhədində gördüklərim məni dəhşətə gətirdi.” Doğrusu onun danışdıqlarına diqqətlə qulaq asıb, vəziyyətin nə qədər ciddi olduğunu anlamağa çalışdım. Dostum deyirdi ki, gedərkən sərhəddə həmişəki kimi canlanma gördüm: “Azərbaycan tərəfindən rahat şəkildə keçdik. Bizimlə bərabər də demək olar ki, hamısı eyni görkəmdə, geyimdə olan cavan oğlanların keçdiyinin şahidi oldum. Amma Rusiya tərəfində biz bir qədər gözləməli olduq. Bizi saxladılar, həmin cavan oğlanları isə növbəsiz-filansız keçirdilər. Onlar cins şalvarda və qara gödəkcələrdə idilər. Məni qarşılayan şəxsdən bu cavanların kim olması ilə maraqlandım, çiynini çəkdi və “bilmirəm”, - dedi”.
Qeyd edim ki, bu söhbəti eşidərkən Azərbaycan mediasında “Sadval”la bağlı silsilə materiallar dərc edilirdi və bu dəstənin yenidən fəallaşması ilə bağlı məlumatlar səsələndirilirdi. Dostumla söhbət zamanı, “Sadval” məsələsinə vurğu etdim. Və bu gənclərin “Sadval” nümayəndəsi olub-olmaması ilə bağlı polemika apardıq. Fikirlərimlə razılaşdı. Qənaətimi bir qədər də gücləndirmək üçün bildirdi ki, qayıdarkən yenə sərhəddə belə bir dəstə ilə qarşılaşıb və bu gənclər başqa dəstə imiş.
Ancaq bu da hamısı deyil. Belə ki, son zamanlar Rusiyanın Azərbaycanın şimal sərhədlərinə ordu qüvvələri yerləşdirməsi ilə bağlı da xəbərlər yayılıb. Dostum bunu da təsdiqlədi. Bildirdi ki, soyuq müharibə illərində Sovet sərhədlərinə qarşı tərəfdə “burada ağır texnika var” fikri formalaşdırmaq üçün yeşikləri yığıb üstünə çadır çəkirdilər: “Amma Azərbaycanla sərhəddə vəziyyət tamam başqadır. Heç bir şeyin üstü örtülməyib. Bizə doğru “Qrad” qurğuları istiqamətlənib və gördüyüm dərəcədə 50-yə yaxın tank var idi. Məni qarşılayan şəxs bildirdi ki, son zamanlar sərhəd bölgəsində əsgərlərin sayında da artımlar var. Və gördüyümüz texnikalar sadəcə üzdə olanlardır. Yaxınlıqdakı obyektlərə də ağır texnikalar yerləşdirilib.”
Dünən isə Rusiya Federasiyası Azərbaycan tərəfi ilə Qəbələ RLS barədə razılığa gələ bilmədiyini rəsmən açıqladı. Və Azərbaycana stansiyanın fəaliyyətinin dünəndən etibarən dayandırıldığı barədə Nota təqdim etdi.
Görünən odur ki, Rusiya ilə münasibətlərimiz heç də ürəkaçan səviyyədə deyil. Bəzi ekspertlər RLS-in fəaliyyətinin dayandırılmasının vacibliyi ilə bağlı açıqlamalar versələr də, bu fikirlər sadəcə Rusiyaya antipatiyadan irəli gələn mövqeyə görədir desək, yanılmarıq. Düzdür, gec-tez bu stansiya Rusiyadan alınmalı və Azərbaycanın tabeliyinə verilməli idi. Amma hazırda dünyada baş verən mövcud proseslərin fonunda belə bir addımın atılması heç də ürəkaçan görünmür.
Yaddan çıxarmayaq ki, Rusiya və ABŞ arasında münasibətlərin gərginləşdiyi bir zamanda Gürcüstanın azacıq sərt çıxışı, az qala işğalla nəticələnmişdi. Azərbaycanın son zamanlar yürütdüyü qərbyönlü siyasət, TANAP layihəsi və RLS problemi Rusiyaya şillə demək idi. Ayının isə heç zaman bu şilləni yaddan çıxaracağına inanmaq olmaz.

Əziz Sahiboğlu
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Sadval” bütün Rusiya boyunca anti-Azərbaycan aksiyasına hazırlaşır

    Sadval” bütün Rusiya boyunca anti-Azərbaycan ...

    15-06-2013, 14:45

  • 
  • Heydər Əliyev Sabir Rüstəmxanlıya neçə yol açdı – “Məni çağırıb dedi ki..."

    Heydər Əliyev Sabir Rüstəmxanlıya neçə yol açdı – ...

    11-05-2014, 16:16

  • 
  • Türkiyədən şok xəbərdarlıq; “Azərbaycanda siyasi qətllər gözlənilir”

    Türkiyədən şok xəbərdarlıq; “Azərbaycanda siyasi ...

    7-12-2012, 17:48

  • 
  • “Sadval” Azərbaycanla sərhəddə mitinqə hazırlaşır

    “Sadval” Azərbaycanla sərhəddə mitinqə hazırlaşır ...

    26-05-2013, 20:09

  • 
  • Azərbaycanlılar kütləvi şəkildə Rusiyadan çıxarılır

    Azərbaycanlılar kütləvi şəkildə Rusiyadan ...

    6-09-2014, 12:40


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (253)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu