“Dərbənd bizim Taksim meydanımız olmalıdır. Biz bütün gücümüzü birləşdirməliyik ki, Azərbaycan hakimiyyətinin bizi əzməsindən qurtulaq. Ləzgilər, talışlar, avarlar, rutullar üçün Dərbəndin “Sovetski” küçəsi Taksim meydanına çevrilməlidir”. Bu bəyanatla Moskvada yaşayan talış separatçısı Fəxrəddin Abboszadə çıxış edib. “Yeni Müsavat”a daxil olan məlumata görə, ləzgi separatçılarna məxsus informasiya portallarında bəyanatı yayılan Abboszadə Azərbaycan ərazisində yaşayan azsaylı xalqların hüquqlarının pozulması kimi absurd bəyanatını bir daha təkrarlayıb.
Bu arada Rusiyada fəaliyyət göstərən ləzgi təşkilatları və separatçı “Sadval” Dərbənddə Heydər Əliyev adına qoyulmuş küçənin adının dəyişdirilməsi üçün yeni aksiya təyin edib. Məlumata görə, aksiyanın iyunun 29-a Moskva da daxil olmaqla Rusiyanın bir çox şəhərlərində keçirilməsi planlaşdırılır.
Aksiyanın təşkilat komitəsi Moskvada mitinq yeri kimi mərkəzdəki Puşkin meydanını (yeri gəlmişkən Azərbaycanın rusiyadakı səfirlyi bu meydanını yaxınlığında yerləşir) seçib. Artıq aksiya ilə bağlı Moskva meriyasına da müraciət edilib. Moskvadan başqa Dərbənddə, Maxaçqala, Tümen, Surqut, Xantı-Mansiysk, Yaroslavl, Ryazan, Krasnodar, Krasnoyarsk və Peterburqda da anoloji aksiyaların keçirilməsi planlaşdırılır.
Mitinqin əsas şüarı isə "Dərbənd Rusiyanın cənub forpostu" olacaq.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?