9 ölkənin yığması noyabrın 27-dən dekabrın 5-dək ABŞ-ın Anahaym şəhərində keçiriləcək ağırlıq qaldırma üzrə dünya çempionatından kənarda qalmaq təhlükəsi ilə üzləşib.
gundemxeber.az tanınmış Amerika portalı Inside The Games-ə istinadən bildirir ki, siyahıda Azərbaycan da var. Yığmamızın bu siyahıya düşməsinə səbəb 5 dopinq-testin müsbət nəticələnməsidir. Xəbərdə bildirilir ki, Azərbaycanla yanaşı Rusiya, Qazaxıstan, Belarus, Çin, Moldova, Türkiyə, Ermənistan və Ukrayna da dünya çempionatından kənar qala bilərlər. Yeri gəlmişkən, çoxsaylı dopinq qalmaqalı ilə üzləşən ölkələrlə bağlı qərarı Beynəlxalq Ağırlıqqaldırma Federasiyasının (İWF) İcraiyyə Komitəsi verəcək. Amma İdman Arbitraj Məhkəməsinin də İWF-ə 9 ölkə ilə bağlı sərt qərar verməyi tövsiyə etməsi diskvalifikasiyanın qaçılmaz olduğu anlamına gəlir
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?