“Hafka” ləqəbli iş adamı indi də İngiltərədən klub almaq istəyir
“Lans” klubunun yaxın vaxtlarda azərbaycanlı iş adamı, “Bakı”nın prezidenti Hafiz Məmmədovun nəzarətinə keçəcəyi dəqiqləşib. Bu barədə Fransanın lensois.сom portalı xəbər yayıb. Adıçəkilən portalın yazdığına görə, gələn ayın, yəni iyulun əvvəlindən «Lans» klubu bütünlüklə Hafiz Məmmədovun mülkiyyətinə keçəcək.
Portal bir maraqlı məqama da toxunub. Sən demə, Hafiz Məmmədov İngiltərə çempionatında bəzi klublarla maraqlanır. Onun Dumanlı Albiondan da hansısa klubu alacağı gözlənilir.
Lensios.com Fransanın dünyaca ünlü “Ekip” jurnalına istinadən maraqlı bir məqama da aydınlıq gətirir.
“Ekip”in yazdığına görə, “Baglan Qrup”un prezidentinin varidatı bir milyard avrodan çoxdur. Jurnal Hafiz Məmmədovu neft və qaz, habelə nəqliyyat sektorunda fəaliyyət göstərən uğurlu iş adamı kimi də təqdim edib.
Yazının orijinalı ilə buradan tanış ola bilərsiniz:
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?