Fransa mətbuatında “Baglan Grup”un prezidenti Hafiz Məmmədov haqqında bir-birin ardınca yazılar dərc olunur.
“Axar.az”ın Fransa mediasına istinadən verdiyi məlumata görə, həmin yazılarda Məmmədov barədə Azərbaycan oxucusunun bilmədiyi məqamlar yer alıb. Yazıların birində göstərilir ki, öz ölkəsində uğurlu iş adamı olan Hafiz Məmmədov üç dildə - Azərbaycan, rus və ingilis - sərbəst danışır. Sən demə, o, evdən çıxanda özü ilə 7 mobil telefon götürür. Londonda və İsveçrədə ofisləri var. Həftənin cümə günləri onu tapmaq müşküldür. Çünki həmin günü özünə və ailəsinə həsr edir.
«Roman Abramoviç və Dmitri Rıblovlev kimi futbol pərəstişkarı olan Məmmədov hələ 2004-cü ildə «Bakı» klubunu təsis edib. O, təkcə Fransa «Lans»ı ilə kifəyətlənməyib, «Atletiko» və «Porto»da pay sahibi olmaq niyyətindədir. 7 mobil telefon gəzdirən, 18 mühafizəçinin müşaiyəti ilə zirehli “Mersedes”də hərlənən Məmmədov istər ölkəsinin, istərsə də xarici KİV-də öz imicini müsbət çalarlarda göstərmək istəyir».
Fransız KİV-in yazdığına görə, azərbaycanlı miylarderin “Lans” futbol klubunun prezidenti Jerve Martellə əvvəllər tanışlığı olmayıb. Məmmədovun bu klubla tanışlığı 2012-ci ildə Kannda olub. Məmmədov ora dincəlməyə gəlibmiş. Onlar kazinoda tanış olublar. Yerli kazinodakı tanışlıq sonradan onlarını birgə əməkdaşlığına çevrilib. Elə oyun avtomatları arxasındaca “Lans” söhbəti edilib və Hafiz Məmmədov kluba 20 milyon ayırmağa razılaşıb.
"Məmmədov bir sıra biznes strukturlarının sahibidir: neft və qaz daşıımaları, nəqliyyyat şirkətləri… Siz Bakıda taksiyə əyləşib harasa gedirsizsə, bilin ki, bu taksinin dizel yanacağı Məmmədova məxsusdur. Onun pulu həddən artıq çoxdur».
Fransız KİV-in yazdığına görə, elə buna görədir ki, Jerve Martel ondan bərk-bərk yapışıb. Və tərəflərin iddiaları böyükdür.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?