“Baghlan group”un və “Bakı”ının prezidenti Hafiz Məmmədov “Lans” klubunun səhmlərinə sahib olub.
Qol.Az-ın Fransanın nüfuzlu “L’equipe” nəşrinə istinadən yaydığı xəbərə görə, bununla bağlı iyulun 3-də H.Məmmədovla “Lans”ın sahiblərindən olan Gervais Martel arasında müqavilə imzalanıb. Məlumatda bildirilir ki, Azərbaycan tərəfi müqavilədə nəzərdə tutulan vəsaiti klubun hesabına gələn həftə köçürəcək.
Qeyd edək ki, H.Məmmədovun klubu almasından sonra “Lans”ın ikinci liqadan uzaqlaşdırılması ilə bağlı Fransanın idarəetmə sahəsinə nəzarət üzrə milli komissiyasının iyunun 26-da çıxardığı qərarın ləğvi gözlənilir. “Lans” ikinci liqada iştirak üçün maddi təminat məktubunu komissiyayanın bu gün keçiriləcək iclasına təqdim etdikdən sonra həmin qərar qüvvədən düşəcək.
“L’equipe” yazır ki, həmin iclasda “Lans”ın rəsmiləri 2013/14 mövsümün üçün klubun büdcəsinin 12 milyon avroya çatdırılacağını elan edəcək. Bu isə komandanın ikinci liqada iştirakına icazə verməyə tam şərait yaradır.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?