GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Maraqlı » Hindistanda yaşayan azərbaycanlı: “Burada inəyə sitayiş etmirlər”

Hindistanda yaşayan azərbaycanlı: “Burada inəyə sitayiş etmirlər”

Tarix: 13-02-2018, 12:58 Bölmə :Maraqlı Baxış: 532
Hindistanda yaşayan azərbaycanlı: “Burada inəyə sitayiş etmirlər”


“Hindistanda inəyə sitayiş etmirlər”

Dünyanın ən qədim ölkələrindən biri olan Hindistan zəngin tarixi-mədəni irsə malikdir.

Qədim sivilizasiya ərzində əldə etdiyi zəngin mədəni irs ərəb və İran xalqlarına, sonra isə Avropaya əhəmiyyətli şəkildə təsir göstərib.

Elə bugünkü müsahibimizlə də Hindistan haqqında danışmışıq. Əminəm ki, budəfəki müsahibim sizin Hindistanla bağlı bütün düşüncələrinizi dəyişəcək.

Uşaqlığından bəri Hindistana böyük sevgisi olan 46 yaşlı Səməndər Kərimov hind fəlsəfəsinin vurğunudur. Elə onu 1993-cü ildən bu yana Azərbaycandan Hindistana aparan da məhz bu olub. Gəlin Səməndər Kərimovu yaxından tanıyaq.

Minval.info Hindistan vurğunu Səməndər Kərimovun müsahibəsini təqdim edir.

– Hindistana ilk dəfə nə məqsədlə getmişdiniz?

– Mən ilk dəfə 1993-cü ildə şəxsi, fəlsəfi və ruhi maraqlarıma görə Hindistana getmişdim. Bir müddət qalıb qayıtdıqdan sonra 2006-cı ildə yenidən fəlsəfi, ruhi maraqlar məni Hindistana apardı. Belə demək olarsa, sadəcə Bakıdan bezdim.

Özüm Əzim Əzimzadə adına Bakı Rəssamlıq Məktəbini bitirmişəm. Uzun müddət Bakıda aranjıançı kimi də çalışmışam. Hətta 2004-2005-ci illərdə Tünzalə xanım Ağayeva ilə əməkdaşlığım olub. Onun məşhur bir mahnısı var, bəlkə eşitmisiniz, “Bir də baxım” mahnısı, onun aranjımanını mən etmişdim. Bundan əlavə, bəzi sənətçilərlə də əməkdaşlığım olub. Həmçinin özümün bəstələdiyim şəxsi mahnılarım da var.

Hazırda isə tamam fərqli işlə məşğulam. Hindistandan Ukraynaya, Rusiyaya mərmər-qranit satmaq işi ilə məşğulam. Lakin yenə də musiqi, incəsənət mənim ayrılmaz hissəm olaraq qalır. Müəyyən musiqi alətlərim var ki, hara gedirəmsə, özümlə aparıram.

– Necə oldu ki, digər ölkələr yox, məhz Hindistana maraq göstərdiniz?

– Hindistana çox bağlıyam, çünki orada çox böyük elm ustadları, dahi insanlar var. Mütləq həqiqət, yoqa elmi, özünü dərk etmək elmi barədə çox gözəl fikirlər var. Ümumiyyətlə, hind fəlsəfəsindən dünya qidalanır. Sıfırı onlar çıxarıblar, şahmat onlarda yaranıb. Hindistana məni çəkən əsasən belə maraqlar oldu. Artıq 30 ilə yaxındır ki, məndə bu maraq var. Hələ o vaxt mən kollecdə oxuyurdum, onda 16 yaşım var idi. Bir dostum mənə yoqa haqqında danışdı. Məndə də o vaxtdan maraq oyandı. Bir ildən sonra əlimə yoqa ilə bağlı kitab düşdü “Bhagat gita”. O kitabı oxuduqdan sonra məndə yoqaya, Hindistana maraq yarandı. Başladım, hind fəlsəfəsi, yoqa, hind tarixi ilə daha da dərindən maraqlanmağa.

– Hind fəlsəfəsində sizi ən çox çəkən nə oldu?

– Hind fəlsəfəsinin ən maraqlı məqamlarından biri Ruhdur. Bütün fəlsəfə bunun üstündə qurulub. Adətən biz deyirik ki, biz cisimik, bizim ruhumuz var. Hind fəlsəfəsi isə deyir ki, biz ruhuq və bizim bədənimiz var. Biz əbədiyiksə, deməli, bizim əbədi dünyamız var. Ruh əbədidir, o bir bədəndən digər bədənə keçir. İkinci maraqlı məqam isə karmadır. Hind fəlsəfəsində bu, “səbəb-nəticə” əlaqəsi ilə bağlıdır. Hər bir insan bir karma ilə doğulur. Hər bir təsir əks təsirə malikdir. Biz nə əkiriksə, onu da biçəcəyik. Karma fəlsəfəsinə görə, insan keçmişində nə edibsə, gələcəkdə də o, qarşısına çıxacaq. Yaxşıdırsa, yaxşı, pisdirsə, pis… Dolayısı ilə insanın bügünkü vəziyyəti onun keçmişinin nəticəsidir.

Ümumiyyətlə, mən hind fəlsəfəsi ilə maraqlandıqdan sonra başa düşdüm ki, fərqli din yoxdur. Bir həqiqi elm var. Həmən o həqiqi elm fərqli formalarda insanlara çatdırılır. İnsanlar da onlara “mənim dinim”, “sənin dinin” deyə fərqli adlar verirlər. Amma bütün bu şeylər hamısı insanların cahilliyindən qaynaqlanır. Allah tərəfindən yerə fərqli dinlər göndərilmir. Bir elm var, bir din var. Bütün peyğəmbərlər də hamısı həmin bir dindən danışırlar. Lakin hərəsi fərqli dillərdə, fərqli şəriətlər çərçivəsində… İnsanların mədəniyyətləri nəzərə alınaraq fərqli şəriət qanunları yaradılır. Amma həqiqət birdir. Bütün müqəddəs kitablar hamısı bir şeyi deyir. Fərqlilik ancaq ibadət formalarındadır.

– Dediniz ki, sizi Hindistana bağlayan xüsusiyyətlədən biri də yoqadır. Yoqa ilə indi də məşğul olursunuz?

Bəli, məşğul oluram. Yoqa vedalara əsaslanır, “cəmlənmə”, “mərkəzləşmə” mənalarını verir. Yoqa sistemində allaha etiqad nəzəri dünyagörüşün əsas elementdir.Yoqanı iztirablardan azad olmağa yardımçı oan, praktik fəaliyyət şəraiti kimi də başa düşmək olar. Yoqanın son məqsədi tanrını dərk etməkdir. Allahın adını çəkərək də ona meditasiya etmək olar. Yoqa fəlsəfə və praktikadır. Bu hətta dini məsələ də deyil, dindən də yüksəkdədir.

Mən özüm 1993-cü ildə Veda məktəbində vayışnava şagirdlik sisteminə daxil olmuşam. Ustad qəbul eləyib, ondan bu işin sirlərini yaxından öyrənmişəm. Bunun adı budhi yoqadır, yəni dərrakə yoqası. İki dəfə mənə ad veriblər. 1993-cü ildə “Shayalu das”. 2007-ci ildə isə “Vadavyasa das”.

– Hindistan haqda müxtəlif cür miflər var. Fikirlər birmənalı deyil. İnsanların həm pinti, həm “vəhşi” olduqlarını deyirlər. Siz bu haqda nə deyə bilərsiniz?

– Bilirsinizmi, Hindistan Çindən sonra ikinci əhalisi çox olan ölkədir. Bura çox fərqli yerdir. Kasıb ölkədir. Mən bu pintiliyi bununla əlaqələndirə bilərəm. O yerdə ki kasıblıq, dərəbəylik var, insan haqları tapdalanır, belə halların müşahidə olunması normaldır. Hindistanda dərəbəylik çox olur. Millət özü özünü idarə edir. Hökumət hər şeyi idarə edə bilmir. Həmçinin orada biri-birindən fərqli ştatlar var. Elə ştatları var ki, orada nəzarət çox güclüdür, yerdə adi bir kağız da görə bilməzsiniz. Eləsi də var ki, çirklidir.

Digər bir tərəfdən isə, ümumiyyətlə, Hindistanda bir millət var-qaraçılar, Hindistanı pis günə qoyan onlardır. Mən deyərdim ki, Hindistanda pintiliklər, təcavüz hadisələri, uşaqların oğurlanıb satılmaları bunların hamısını törədənlər qaraçılardır. Mən sizə bunu 99 faiz əminliklə deyirəm. Hətta Hindistanın özündə belə insanlara “toxunulmaz” deyirlər. Qaraçı xalqı dinsiz, mədəniyyətsiz, heç bir mədəni normaları olmayan xalqdır. Sıravi hindus çox yüksək mədəni keyfiyyətlərə malik insandır. Heç Avropada elə insan yoxdur. O, öz evini silir, süpürür, təmizliyə riayət edir. Gündə səhər-axşam iki dəfə duş qəbul edir. Ümumiyyətlə, Hindistan 15-ci əsrə qədər bütün dünyanın mərkəzində idi. Sonradan ingilislərin, elə müsəlmanların gəlişi ilə də çox deformasiyaya uğradı.

– Səməndər bəy, yeməkləri necə bəs? Dadlı olurmu? Onlar öz yeməklərinə müxtəlif cür ədviyyat qatırlar və dad dəyişir. Necə uyğunlaşdınız yeməklərinə?

– Bəli, onlar ədviyyatlardan çox istifadə edirlər. Hindistanda qida çox istiotludur. Orada istiotdan çox istifadə olunur. Deyim ki, Hindistanın böyük bir hissəsi vegetariandır. Orada ət, yumurta, balıq yemirlər. Mən də vegetarianam. Ona görə də mənə yeməkləri maraqlı, fərqli gəlir. Həm də ki, onlarda yemək ancaq yemək deyil, dərmandır.

– Hindistanda dini inanclar müxtəlifdir. Düzdür ki, onlar inəyə sitayiş edirlər?

– Hindistanda, ümumiyyətlə, inəyə Allah kimi sitayiş edən yoxdur. Bu, şərdir, böhtandır. Orada heç kim demir ki, inək Allahdır. Orda sadəcə inəyə böyük hörmət var. Hər bir mədəniyyətdə hörmət müxtəlif formalarda təzahür olunur. Məsələn, gələn qonağın ayağının altını yumaq, qonağın başına gül səpmək, bütün bunlar hamısı hörmət formalarıdır.

Hindlilər ailəpərəstdirlər, böyük-kiçik yeri bilirlər. Hindistanda bala öz anasına ibadət edir. Amma ona Allah deyə ibadət etmir. Onun ayaqlarını yuyur, öz əlini anasının ayağına qoyub, başına vurur. Bu hörmət formaları kənardan ibadətə oxşaya bilər, amma o demək deyil ki, Allah kimi görür. Bu, sadəcə hörmətin göstərilən çox böyük formasıdır. Səcdə kimi… İnsana da baş əymək ona səcdə kimi sayılır. Sadəcə bizdə bu sözlər hamısı dinlə səciyyələndirilir.

Hindistanda inəyə böyük hörmət var. Çünki inək min illərdir, insana 100 qram ot qarşılığında süd, qaymaq, qatıq verir. Bütün bu bərəkətləri insana inək bəxş edir. Hətta onun peyini də torpağa xeyirlidir. Öküz inək min illərdir insanın yaxın dostlarıdır. İnsanlara bərəkət , çörək verir. Ona görə də hindlilərdə təbii olaraq bu heyvanlara böyük hörmət var. Boynundan gül asırlar. Amma Hindistanda inəyə sitayiş etmək söhbəti yoxdur.

– Hind filmlərində musiqiyə çox yer verirlər deyə, belə bir gülməli mif də var ki, onlar adi həyatda da oynaya-oynaya gəzirlər. Ümumiyyətlə necə düşünürüsünüz, hindlilər musiqili millətdirlər?

– Hindlilərin psixologiyası elədir ki, çox nadir hallarda əsəbiləşirlər. Gərək onları hansı həddə gətirəsən ki, əsəbiləşsinlər. Tez əsəbiləşmək onlarda çox pis bir haldır. Səbirsizlik, qışqırmaq onlarda mədəniyyətsizlik sayılır. Çox sadə millətdirlər.

Onu deyə bilərəm ki, hind musiqisi, hind incəsənəti yer üzündə yeganə musiqi , incəsənətdir ki, bütün millətlər onu sevirlər, xoşlayırlar. Bütün dünyanın ən böyük musiqiçiləri də qəbul edirlər ki, hind musiqisi böyükdür. Dünyada çox millətlər öz musiqilərini tərifləyirlər, amma hindlilər heç özləri bu haqda heç nə demirlər.

– Hindli dostlarınız var? Hindcə danışa bilirsiniz ümumiyyətlə?

– Bəli var. Hindcə də 70-80 faiz bilirəm. Danışa, özümü ifadə edə bilirəm.

– Hindistanda film sənayesi çox inkişaf edib. Hindistana gələn gəlirin çox hissəsi hətta Bollivud industriyasından gəlir. Ümumiyyətlə, hind filmlərinin ssenarisi sanki hind fəlsəfəsindən bəhrələnir. Bu haqda düşüncələriniz nədir?

– Şübhəsiz ki, onların bütün həyatı “xeyir və şər” üzərində qurulub. Təbiidir ki, onların film və musiqiləri hind fəlsəfəsindən qidalanır. Həyatda da belədir. Elə biz özümüz də istəyirik ki, həmişə xeyir qalib gəlsin, şər olmasın. Hind rejissorları da düşünürlər ki, əgər film, mədəniyyət, incəsənət insana gözəl fikirlər aşılamırsa, o filmin, musiqnin insan üçün heç bir mənası yoxdur. Ona görə də onlar çalışırlar ki, insanların mənəviyyatları zənginləşsin.
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Hindistan hakimiyyəti müsəlmanların qətlinə ordu ilə reaksiya verdi

    Hindistan hakimiyyəti müsəlmanların qətlinə ordu ...

    4-05-2014, 11:38

  • 
  • Dünyanın xoşbəxt ölkələri: Azərbaycan İraq, Hindistan və Zimbabvedən geridədir

    Dünyanın xoşbəxt ölkələri: Azərbaycan İraq, ...

    9-09-2013, 11:47

  • 
  • Azərbaycana terror təhlükəsi - Hindistan kəşfiyyatı

    Azərbaycana terror təhlükəsi - Hindistan ...

    26-02-2014, 13:39

  • 
  • Hindistanda prezident seçkiləri başladı

    Hindistanda prezident seçkiləri başladı ...

    17-07-2017, 11:23

  • 
  • "Mənə iyrənc təkliflər edirlər" - Rəqqasə Oksana

    "Mənə iyrənc təkliflər edirlər" - ...

    27-06-2017, 16:53


Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Arxiv xəbərlər

Sentyabr 2025 (127)
Avqust 2025 (567)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı Antivirusdan istiafdə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu