Hindistanın milli parlamentində və regional məclislərdə yeni prezidentin seçkiləri üçün səsvermə başlayıb.
Milli parlament və regional məcilislərin hər iki palatasının deputatları seçicilər kollegiyasını formalaşdıracaqlar. Bu kollegiya yeni prezidenti seçəcək. Artıq Hindistanda səsvermə başlayıb.
Baş nazir Narendra Modi artıq Nyu-Delidəki parlament binasına təşrif buyurub. Prezident seçkilərindən başqa bu gün Hindistan parlamentində avqust ortalarına qədər davam edəcək qanunverici sessiya başlayacaq.
Hazırda Hindistanda prezident postunu Pranab Kumar Mukerci tutur. Bu il onun 82 yaşı tamam olacaq və 2012-ci ildə prezident seçilib. Mukerce prezidentliyə namizədliyini verməyəcəyini bəyan etmişdi.
Prezident postu uğrunda iki namizəd mübarizə aparır. Onlardan biri hakim koalisiyanın nümayəndəsi, Bixar ştatının sabiq qubernatoru Rama Natkxa Kovindadır. İkinci namizəd isə müxalifətdə olan Hindistan milli konqresinin nümayəndəsi, parlamentin eks-spikeri Meyra Kumardır./milli.az
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?